Bölmə arxivi: Yazılarım↓

Milli Məclisdə yeni simalar!

Azər Həsrət (azer@azerhasret.com) Bu yazının mövzusu 7 noyabrda keçiriləcək Milli Məclis seçkilərində ölkənin qanunverici orqanına seçilməsini arzu etdiyimiz, həm də boşuna deyil, əsaslı arzu etdiyimiz şəxslər haqqında olacaq. Bəri başdan demək istərdim ki, mən özüm də deputat mandatına iddialıyam və namizədliyimi 34 saylı Xətai II seçki dairəsindən irəli sürməyi düşünürəm. Bir sıra siyasi partiyaların, ictimai [...]

Beş ildə əlli ilin işini görənlər

Azər Həsrət Beş il öncə onun qurulması haqqında müzakirələr gedəndə biz qorxurduq. Əslində düşünürdük ki, hakimiyyət özü üçün daha bir tribuna əldə etmək istəyir. Hələ İsmayıl Ömərovun da ictimai yayımın baş direktoru olacağı haqda söhbətlər ortaya çıxanda lap qanımız qaralmışdı. Deyirdik ki, hakimiyyət Az.TV-nin aparıcı kadrlarından birini ictimai yayıma başçı gətirirsə, deməli hər şey aydındır. [...]

Təpəmizə daş kimi düşən xəbər

Azər Həsrət Heç hansısa bir xəbərin təpənizə daş kimi düşdüyü olubmu? Heç həmin xəbəri qəfil eşitdiyinizdə elə bil başınıza ağır bir daş çırpılırmış kimi bir hiss keçirmisinizmi? Bəlkə də olub. Bəlkə də yox. Ancaq mən belə bir halla rastlaşmışam… Şəxsi keyfiyyətlərimdən dolayı heç vaxt heç bir şəxsiyyətə pərəstiş etməmişəm. Oxunma sayı: 36

Kimlər deputat olmalıdır?

Azər Həsrət Bu ilin aprel ayında yazdığımız “Hər deputat haqqında bir cümlə” başlıqlı yazı maraqla qarşılanmışdı. Bir sıra İnternet saytlarında dərc edilən yazı bəzi deputatların xoşuna gəlməsə də oxucuların böyük əksəriyyəti onu maraqla qarşılamışdı. Xüsusən də yumor qarışıq dostyana tənqid üzərində qurulması, həmçinin doğrudan da hər deputat haqqında onu xarakterizə edəcək cəmi bir cümlənin olması [...]

“Kürd” kartı yaxşı “oyun” qurmağa imkan verir…

Azər Həsrət “Etnik bütpərəst, tat, yəhudi…” adlı yazımda söz vermişdim ki, prezident Heydər Əliyevin kürd olmasıyla bağlı dövriyyədə olan fərziyyələr haqqında fikirlərimi qələmə alacam. Bəlkə də bu məsələ bir az gecikmiş ola bilər. Ancaq düşünürəm ki, bununla bağlı şəxsi qənaətlərim xüsusən də yetişməkdə olan milliyyətçi və yurdsevər gənclər üçün faydalı ola bilər. Oxunma sayı: 33

Kardeş elleri

Azer Hasret Ne hoş, değil mi? Muhteşem bir coğrafyaya sahip olmayı kastediyorum. Türk milletinin coğrafyası o kadar muhteşem ki, insan baktıkça bakıyor, gezdikçe geziyor, ama sonu bir türlü gelmiyor. Hep uzadıkça uzuyor, git git, sonuna varamazsın. Nerde başlıyor, nerde bitiyor, bilinmiyor. Avrupa`sı mı? Her tarafta Türk milleti var. Asya`sı mı? Oxunma sayı: 15

Etnik bütpərəst, tat, yəhudi…

Azər Həsrət Bu sözlər mənim haqqımda deyilir. Özü də deyilənlərin hamısı deyil. “Qulaq gündə bir söz eşitməsə kar olar” deyirlər. Elə düz də deyirlərmiş. Əslində məsələnin üzərindən keçmək də olardı. Ancaq keçməsəm yaxşıdır məncə. Çünki bir zaman gələcək ki, biriləri mənim keçmişimi araşdırıb oradan milli kimliyimin – Türklüyümün şübhəli olması haqqında “faktlar” aşkar edəcək. Oxunma [...]

Doğum günümə özəl

Azər Həsrət Adətən başqalarının doğum günü haqqında yazarlar. Çox zaman da bu yazılar tərif yüklü olar. Hələ bir adam dünyasını dəyişibsə, ümumiyyətlə onu dağ başına qaldırarlar. Layiq olsa da, olmasa da… Mənsə öz doğum günüm haqqında yazıram. Daha doğrusu arxada qoyduğum 42 il haqqında bəzi diqqətədəyər xatirələri qələmə almaq fikrim var. Nəsə içimdən gəldi də, [...]

Suraxanı Atəşgahı və turizm potensialımız…

Azər Həsrət Yəqin ki, Azərbaycanda Suraxanı Atəşgahı haqqında eşitməyən olmaz. Elə uşaqlıqdan Abşeron yarımadasının bu ecazkar yerində (və əslində başqa yerlərində də) yüz illər boyu dayanmadan yanan odlar haqqında oxuyuruq, eşidirik və danışırıq. Təbii ki, bu odlardan söz düşəndə ilk ağla gələn Suraxanı Atəşgahı olur… Oxunma sayı: 23

Oğru elə bağırdı ki…

Azər Həsrət Mən “Azadlıq” qəzetində uzun müddət deyilə biləcək bir zaman kəsimində yazar olmuşam. 1998-ci ildə müxbir kimi fəaliyyətə başlayıb sonradan köşə yazmağa başlamışam. Və bu, 2005-ci ilin sonuna qədər davam edib. Düz səkkiz il edir. Az müddət deyil… 2005-ci ilin sonunda “Azadlıq”la üzülüşəndən sonra bu qəzet demək olar ki, məni yad eləməyib. Oxunma sayı: [...]