Azər Həsrət Özbək futboluna yardım edib

Onun köməyi ilə “Xarəzm” futbol klubunun saytı açııb

Martın 5-də “Xorazm” futbol klubunun rəsmi İnternet saytı açılıb. Onun tərtibində Urgənç şəhərinin futbol klubu özbək dilinin latın əlifbasıyla yazılışına əməl edib: sayt İnternet aləminə www.xorazmfk.com ünvanıyla daxil olub. “Xorazm”ın mətbuat katibi Babamurad Abdullanın dediyinə görə, bu sayt klubun 5 dekabr 2009-cu ildə qəbul edilən “2010-cu il üçün inkişaf proqramı”na uyğun layihə çərçivəsində qurulub.

“Saytın qurulmasında klubumuzun qardaş Azərbaycandakı tərəfdarları yaxından yardım etdi. Xüsusən də “Xorazm” futbol klubunun, Xarəzm torpağının və elinin tərəfdarı, mənim dostum jurnalist Azər Həsrət özünün maliyyə və əməli yardımını əsirgəmədi”, – deyə “Xorazm” mətbuat katibi bildirib. Onun dediyinə görə, Azər Həsrət “Xorazm” futbol klubunun rəsmi saytı ilə bağlı bütün texniki tərtibat və maliyyə xərclərini öz üzərinə götürüb.

“Xorazm”ın İnternet saytı Özbəkistandakı və xaricdəki idman jurnalistləri, həvəskarlar və klub tərəfdarlarının bilgi tələblərini təmin etmək, həm də klubu respublika içində və xaricdə tanıtmaq məqsədilə açılıb.

Qaynaq: Yeni Müsavat

Oxunma sayı: 13

Şərh yaz

Siz bu HTML yarlıq və ünsürlərindən yararlana bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>