Yeddi Dövlət – Bir Millət Konseyi quruldu

Konsey üzvləri

03 aprel 2010-cu il tarixində Bakıda Yeddi Dövlət – Bir Millət Konseyinin qurulması ile sonuclanan toplantı gerçəkləşdi. Dr. Ramiz Əskər, jurnalist, araşdırmaçı və elm adamı Qafar Çaxmaqlı, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun elmi işçisi Dilavər Əzimli, Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatı sədri Seymur Həsənli, Bakı Strateji Araşdırmalar Mərkəzi sədri Elnur Eltürk, “Yeni Nefes+” qəzetinin redaktoru Nərmin Məmmədli və “Yeddi Dövlət – Bir Millət” Kültür və Dayanışma Dərnəği Türk Cümhuriyyətləri baş təmsilçisi Azər Həsrətin qatılımıyla gerçəkləşən toplantıda yeddi bağımsız Türk dövlətinin birlik qurması üçün vətəndaş fəallığının sürətləndirilməsi amacıyla baş təmsilçi Azər Həsrətin başqanlığında Konseyin qurulması haqqında qərar alındı.

Yeni Konsey mərkəz qərargahı Türkiyənin Bursa şəhərində yerləşən “Yeddi Dövlət – Bir Millət” Kültür və Dayanışma Dərnəyi Türk Cümhuriyyətləri baş təmsilçiliyi nəzdində fəaliyyət göstərəcək və gərəkli zamanlarda yeddi Türk dövləti və digər Türk topluluqlarıyla bağlı məsələlərin ələ alınması üçün toplantılar gerçəkləşdirəcək.

Toplantı qatılımçıları heç bir zaman Türk dövlət və hökumət başçılarının siyasi çalışmalarına zətər verə biləcək fəaliyyətlərə yol verməmək, Türk dövlət və topluluqlarındakı siyasi partiya və qrupların dartışmalarına qatılmamaq, belə dartışmalarda tərəf olmamaq, yalnız Türk dövlət və topluluqlarının ortak faydaları, dövlətlərin və xalqların daha da yaxınlaşması yönündə çalışmalara özən göstərmək qərarı aldılar.

Konsey üzvləri son illərdə Türk Birliyinin gerçəkləşməsi yönündə atılan addımları təqdir etdiklərini də dilə gətirdilər. Özəlliklə də Naxçıvanda gerçəkləşən sonuncu Türk Zirvəsi, TürkPA-nın faktiki olaraq qurulması və baş katibliyinin Bakıda çalışmağa başlaması Konsey üzvlərinin altını cızdığı məsələlər sırasındaydı. Azərbaycan dövləti və prezident İlham Əliyevin bu gəlişmələrin yer almasındakı rolunun da Konsey üzvləri tərəfindən təqdirle qarşılandığının altı cızıldı.

Yeddi Dövlət - Bir Millət Konseyinin toplantısı

Yeddi Dövlət - Bir Millət Konseyinin toplantısı

Yeddi Dövlət - Bir Millət Konseyinin toplantısı

Yeddi Dövlət - Bir Millət Konseyinin toplantısı

Yeddi Dövlət - Bir Millət Konseyinin toplantısı

Oxunma sayı: 9987

7 Comments to "Yeddi Dövlət – Bir Millət Konseyi quruldu"

  1. 28 April 2010 - 0:45 - 00:45 | Permalink

    Bu hələ ilk addımdır. Hər şey Türk Birliyinə doğru isə bir addımdır. İnanırıq ki, bizim addımlarımız da müqəddəs ideala doğru ən az bir addım olacaq. Konsey başqanı Azər bəyə də bu təşəbbüsünə və başqanlıq məsuliyyətini üzərinə götürdüyünə görə uğurlar arzu edirik

  2. 7 April 2010 - 16:27 - 16:27 | Permalink

    Şeyda, çox sağ ol. Mən düşünürəm ki, sən də bizim yanımızdasan. Həmişə olduğu kimi biz eyni yolun yolçularıyıq. O üzdən bu təşəbbüsün sənə də aid olduğunu deyə bilərsən. Biz də sənə başarılar diləyirik.

  3. Şeyda NESİBLİ's Gravatar Şeyda NESİBLİ
    5 April 2010 - 19:48 - 19:48 | Permalink

    Tebrik edirem, Azer! Bu işinzide başarılar dilerim. Çok sevindim. En küçük bir adım bele bu zehniyyetin gündemde kalmasına yarar sağlamaktadır. Türk Birliyi için her hankı vasıta olursa olsun, bir işlerin yapılması çok, hem de çok önemlidir. Başarılar dilerim.

  4. Ruslan Izzetli's Gravatar Ruslan Izzetli
    5 April 2010 - 12:54 - 12:54 | Permalink

    Inaniram bu qrum Turk birliyinde cox boyuk isler gorecek….Atdigi her bir addim gencleri bir araya getirecek…..

  5. simral mahmudov's Gravatar simral mahmudov
    3 April 2010 - 22:44 - 22:44 | Permalink

    azer bey size ise bu gun ki cixisdan dolayi derin tesekkurumu bildirirem

  6. simral mahmudov's Gravatar simral mahmudov
    3 April 2010 - 22:42 - 22:42 | Permalink

    mene ele gelir ki,bu konseyin qurulmasi esas vacib meselelerden bel kede 1 sidir,size uqurlar arzu edirem ,eminem ki insallah yaxsi olar