YAP-laşdırma, yaxud diplomlu kütle psixologiyası

Vetendaşların aktiv siyasi fealiyyete celb edilmesi normal ve qanuni nesnedir. İster müxalifet, isterse de iqtidar partiyalarının öz sıralarını genişlendirmesi anlaşılandır. Çünki partiya üzvlüyü sabit terefdarlıq demekdir ve her bir partiya öz terefdarlarının sayını artırmaqla eslinde evvelceden uğurunu temin etmiş olur.

Deyilenler normal cemiyyetlerde baş veren normal prosesler haqqındadır. Azerbaycanda ise yalnız bu mekana xas olan partiyalaşdırma prosesleri gedir. Vaxtaşırı metbuatda hansısa müessisede, mektebde çalışanların zorla partiyaya üzv edilmesi haqda yeqin ki, her kes eşidib. Bir qayda olaraq kimse filan mektebde, yaxud da idarede çalışanların zorla YAP-a üzv yazılmağa mecbur edilmesi haqqında melumat ötürür. Bu tip xeberler daha çox tibb müessiselerinden, mekteblerden qaynaqlanır ve bir qayda olaraq zorla “yaplaşdırma”da bu sahelere başçılıq eden yüksek rütbeli memurların adı çekilir. Elbette, hansısa qerb ölkesinde bele bir xeber yayılsa yeqin ki, buna heç kim ehemiyyet vermez. Çünki zorla partiyaya qatılanların bu partiyaya ses vermeyeceyi gün kimi aydın olduğuna göre.

Amma sözümüz YAP-ın üzv toplama metodologiyasında deyil. Onlardan başqa bir şey gözlemek de olmazdı. Anladıqları, bacardıqları budur. Insanlar arasında normal tebliğat aparıb qanuni yollarla onları partiyalarına celb etmek YAP funksionerlerinin qabiliyyeti dışındadır. YAP-çılar yalnız insanları qorxutmaq, hedelemek, gözükölgeli etmek yolu ile öz partiyalarını böyütmek yolu tutub. Ne deyirik, qoy olsun.

Bizi rahatsız eden başqa meseledir: insanların zorla bu rartiyaya celb edilmesi. Özü de ne az, ne azacıq, ali tehsilli, diplomlu “müellim”lerin, “hekim”lerin ve başqa “savadlı” kimlerin. Teeccüblü, hem de ürek ağrıdıcı deyilmi? Axı milletin bir derdi olanda savadlı kimselere, ziyalılara üz tutur. Indi savadlılarımız bu kökdedirse biçare millet başına ne çare qılsın? Menim ali tehsilli, dünya görmüş müellimimi, hekimimi zorla sürüb bir partiyanın sıralarına qata bilirlerse, dünyadan az qala xebersiz, bir parça çörekden başqa isteyi olmayan savadsız, sade insanlar ne etsinler? Adeten milletin savadlıları onun işığı, yol göstereni hesab edilir. Buna göre de her kes onlara ziyalı deyib bir derdi olanda yardım üçün müraciet edir. Indi bu biçareler hara, kime üz tutsunlar? Memurlarımız harınlayıb, ziyalılarımızın gözü kölgeli, jurnalistlerimiz dustaq, müxalifetimiz ölezimiş. Bütün bunların fonunda torpaqlarının 20 faizi Ermenistanın işğalı altında, insanlarının bir milyonu qaçqın-köçkün olan zavallı, sahibsiz milletimin “dünya şöhretli” önderi h.Eliyevin yere-göye sığmayan tebliğatı. Acınacaqlı deyilmi?

Haşiye: Tez-tez xaricden gelenleri qaçqınların yaşadığı çadırlara ararıb onların acınacaqlı veziyyetini gösterirler. Memurlarımızın kerameti sayesinde burada yaşayan (eger “yaşayan” demek olarsa) biçare tifiller Heyder babanın dahiliyinden, böyüklüyünden behs eden şerlerle ecnebileri çaş-baş salırlar. Bir defe de Türkiye prezidenti Ehmed Necdet Sezer Bakıda qaçqınlara baş çekirdi. Balaca uşaqların yene de H.Eliyevi medh etmesini gören Türkiye prezidentinin sifetindeki qeribe ifadeni yeqin ki, çoxları unutmayıb. Yeni “ey biçare millet, hansı gününe şer qoşursan? Sizi hele de toyuq damlarında yaşadan H.Eliyev rejiminemi?”

Son olaraq onu demek isterdik ki, müellimini, hekimini, mühendisini zorla sürüb bir partiyanın sıralarına qatmaq olan milletin axırı olmaz. hörmetli dirlomlular, milleti hörmetden salmayın. YAP-ı sevirsinizse ora könüllü qoşulun, sevmirsinizse kimseye imkan vermeyin ki, menliyinizi tapdalasın.

Azər Həsrət

Dərc edilib: Azadlıq, 02 oktyabr 2001

Oxunma sayı: 5969
Share