Konsey başqanı Cümhurbaşqanı Gülü Qırğızıstan məsələsində hərəkətə keçməyə çağırdı

Abdullah Gül və Azər Həsrət

Bakı, Yalquzaq.com, 22.04.2010 – Yeddi Dövlət – Bir Millət Kültür və Dayanışma Dərnəyi Türk Cümhuriyyətləri baş təmsilçisi, Yeddi Dövlət – Bir Millət Konseyi başqanı Azər Həsrət Türkiyə Cümhurbaşqanı Sayın Abdullah Gülə bir məktub göndərərək onu qardaş Qırğızıstandakı durumu masaya yatırmaq üçün hərəkətə keçməyə çağırdı. 2010-cu ilin aprel ayı içində Qırğızıstanda yer alan dadsız olayların altının cızıldığı məktubda Sayın Güldən digər bağımsız Türk dövlətlərinin başqanlarıyla bir araya gələrək dərhal məsələni masaya yatırması istəndi: “Son bir ay içində qardaş Qırğızıstan Cümhuriyyəti içində olduğu ekonomik ve sosial sorunlar ələ alınaraq durumdan yararlanan dış güclərin qışqırtması sonucu bir vətəndaş ayaqlanması yaşamaqdadır. Təəssüf ki, durum elə bir həddə çatmışdır ki, öncə hökumətə qarşı olanlar indi də dövlət içində qardaş qanı axıtmağa belə qalxışmışlar. 6-7 aprel 2010 olaylarının davamı olaraq 19 apreldə hökumətə saldırmaqla bərabər həm də Qırğızıstan vətəndaşı olan Ahıska Türklərinə ciddi zərər verəcək sonuclar doğuran qarşıdurmalar yer almışdır. Və təəssüf ki, son olmayan bilgilərə görə 5 nəfər yaşamını itirmiş, 25 nəfər də yaralanmışdır. Hökumətin hərəkətə keçməsi sonucu olaylara qarışdığı bildirilən 130 nəfər gözaltına alınmışdır. Belə bir vahiməli durumu daha da vahiməli hala gətirən Rusiya Dövləti və Rusiya yanlısı basının olayların guya ruslara qarşı olduğunu bəlirtən davranış sərgiləməsidir. Halbuki olaylar sırasında tək bir rus belə öldürülməmiş, əksinə, Türkiyədən olan işadamlarıyla qırğızlar və digər Türk xalqları zərərə uğramışdır. Bölgə ekspertləri Rusiya və yandaş mediasının belə davranışlarını Rusiyanın Qırgızıstana əsgər göndərmə və yönətimi ələ keçirmək üçün bəhanə ürətmək amacı güddüyünü söyləməkdədir. Əlbəttə ki, yanında daha altı bağımsız Türk Dövləti varkən Qırğızıstanın belə durumlara düşməsi digər Türk dövlətləri üçün də ibrətverici olmalıdır. O üzdən Uca Şəxsinizin digər Türk Dövlət Başqanları ilə irtibata keçərək ən qısa zamanda Qırğızıstandakı durumu masaya yatırmasını əffinizə sığınaraq arzu etməkdəyik”.

Konsey başqanı daha sonra Cümhurbaşqanı Gülün Qırğızıstan keçici hökuməti təmsilçisini özəl uçaq göndərərək Ankaraya dəvət etməsini təqdir etdiklərinin də altını cızır: “Bu arada Sizin özəl uçaq göndərərək Qırğızıstan keçici hökuməti təmsilçisi Sayın Almazbek Atambayevi Ankara`ya dəvət etməyinizi, onunla olan görüşmə və müzakirələrinizi də təqdir etdiyimizin altını cızmaq istəyirik. Sərgilədiyiniz yanaşma Azərbaycan və Orta Asiyadakı qardaş Türk Dövlətləri, həm də hələ bağımsızlığını qazanmamış diğər Türk Topluluqlarına güvən verməkdədir”.

Məktubun sonunda Konsey başqanı Azər Həsrət “Umuram ki, qardaş Qırğızıstandakı durumun bir an öncə düzəldilməsi və yaşamın normal hala dönə bilməsi üçün ən qısa zamanda digər Türk dövlət başqanlarıyla təmasa keçmə çağırışımıza gözlənən cavabı verəcəksiniz” deyərək fikrini tamamlayır.

Oxunma sayı: 4626