Yeddi Dövlət – Bir Millətdən Yıldırım ziyarəti

İ.Demirtaş ve A.Hasret

Bursa, Yeddi Dövlət – Bir Millət, 11.05.2010 – 11 may 2010 tarixində Yeddi Dövlət – Bir Millət Kültür və Dayanışma Dərnəyinin üç nəfərlik heyəti Bursa Yıldırım Bələdiyyəsi başqanı Sayın Özgen Keskini bələdiyyə binasında ziyarət etdi. Dərnək başqanı İbrahim Demirtaş, Türk Cümhuriyyətləri baş təmsilçisi Azər Həsrət və İsmet Terzioğludan oluşan heyət başqan Keskinə Yeddi Dövlət – Bir Millət Bayraq Meydanı projesindən dolayı təşəkkür etdi. Dərnək başqanı İbrahim Demirtaş Sayın Keskinin bu girişiminin digər Türk ölkələrində böyük ilgi gördüyünü dilə gətirərək sözü Azər Həsrətə verdi.

Baş temsilçi Azər Həsrət Azərbaycan və Orta Asiya Türk Cümhuriyyətlərində Yeddi Dövlət – Bir Millət Bayraq Meydanı projesinə geniş yer verildiyini, Azərbaycan İctimai TV kanalının TRT “Avaz”la birlikdə xəbəri görüntülü olaraq üç dəfə yayınladığını, Azərbaycan, Qazaxıstan və Qırğızıstan radio kanallarının xəbəri təkrar-təkrar yayınladıqlarını, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə basınının da məsələni geniş şəkildə xəbər verdiyini söylədi. “Biz sizin belə bir girişimdə bulunmanızı təqdir edir, başarılı bir projeyə imza atdığınız üçün təbrik edirik”, – deyə Azər Həsrət başqan Keskine xitab etdi.

İbrahim Demirtaş, Azer Hasret, Özgen Keskin ve İsmet Terzioğlu

Başkan Keskin də öz sırasında Türk Dünyasına xidmət baxımından hər zaman belə girişimlərdə bulunmaqdan qürur duyduğunu ifadə etdi.

Daha sonra 3 iyul 2010 tarixində yapılması gərəkən Yeddi Dövlət – Bir Millət Bayraq Meydanının açılış törəni ilə ilgili məsələ müzakirə edildi. Dərnək yetkililəri ilə bələdiyə başqanı açılış törəninin rəsmi çıxışlar, marşlar bərabərində bayraqların göylərə çəkilməsi, ardından da konsertlə davam etməsi yönündə fikir alış verişi etdilər.

İşte Gerçek!

Oxunma sayı: 4559
Share