Türkiyədən bitməyən təəssüratlarla… (Fotolar)

Azər Həsrət

Azər Həsrət*

6 may 2010-cu il tarixində başlanan İtaliya səfərimin ardından 10 maydan etibarən davam edən Türkiyə səfərim 15 mayda sona çatdı. Ciddi bir yol yorğunluğu yaşasam da bu səfərimin min illik xatirəsi olacaqdır. Çox dəyərli insanlarla görüşlər, gənclər və dərnək üzvlərimizlə toplantılar doğrudan da yadda qalmağa layiqdir. Beləliklə, Türkiyə səfərim haqqında ardıcıllıqla…

Mayın 10-da İstanbul hava limanında Yedi Dövlət – Bir Millət Kültür və Dayanışma Dərnəyinin başqanı İbrahim Demirtaş şəxsən məni qarşılayaraq Bursaya götürdü. Avtomobilimizlə birlikdə bərəyə minib saat yarım içində dənizi keçdik və sonra da daha yarım saat yol gedərək Bursanın mərkəzində bir qonaq evinə yerləşdim.

Yeddi Dövlət - Bir Millət bayraq meydanı

Sabah açıldıqdan sonra dərnək üçün kirayələnən yeni ofis binası ilə bağlı işləri tamamlamaq üçün İbrahim Demirtaş və qurucu başqan Cemal Serinlə birlikdə Bursanın səfalı kəsimlərindən birinə getdik və işləmləri tamamladıq. Xeyirli uğurlu olsun deyək.

İbrahim Demirtaş, Azer Hasret, Özgen Keskin ve İsmet Terzioğlu

Bunun ardından Yeddi Dövlət – Bir Millət bayraq meydanı layihəsi ilə bağlı durumu bir daha dəyərləndirmək üçün Bursa Yıldırım bələdiyyəsinə yollandıq. Öncə meydanı gəzib dolaşaraq fikirlərimizi paylaşdıq, ardından da bələdiyyə başqanı Özgen Keskin bəyi ziyarət etdik. Girişimlərindən dolayı şəxsinə təşəkkür edib bir şəkil çəkdirdik.

Dərnək üzvləri ilə toplantı

Bələdiyyə ziyarətimizdən sonra dərnək üzvləri ilə bir toplantımız oldu. Dərnək başqanımız İbrahim Demirtaş bəzi yeni üzvlərlə məni tanış etdi, ardından da həm dərnəyin inkişafı, həm də görülməsi gərəkən işlərlə bağlı geniş fikir mübadiləsi etdik. Bu görüş də uzandıqca uzandı və necə deyərlər bitirməyə məcbur olduq. Ardından da yeni üzvlərimizdən Zafer Ok adlı gənc bizi çay süfrəsinə dəvət etdi və orada da uzun-uzun söhbət etdik.

Böyük öndər Rəsulzadənin məzarı önündə

Gecə gec saatlarda başa çatan toplantının ardından qonaq evinə dönüb dincəldim və mayın 12-si səhər erkəndən Ankaraya yol düşdük. Günorta bu şəhərə yetişdikdən sonra bəzi gərəkən adamlarla zəngləşib böyük öndərlərimizin məzarlarını ziyarət etmək qərarına gəldik. Ankaradakı dərnək fəallarımızdan Murat bəy bizə bu işdə yaxından yardımçı oldu və ilk dəfə Azərbaycan milli davasının bərabəri olmayan ismi Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət etdik. Öndərimizin ruhuna dua oxuyub yolunda yürüdüyümüzü bildirdik.

Başbuğ Alparslan Türkeşin məzarı başında

Bundan sonra Murat bəy bizi daha bir dəyərli böyüyümüz Alparslan Türkeşin məzarına apardı. Bu məzarı da ilk dəfə ziyarət etdim və böyük Başbuğun ruhuna dua oxuyub haqqında söhbət etdik. Nə böyük insanları varmış millətimizin!

Azər Həsrət, İbrahim Dəmirtaş və Hikmet Eren

Ankara səfərimiz səhərisi gün çox önəmli iki görüşlə tamamlandı. Səhər erkəndən Avrasiya Ekonomik İlişkilər Dərnəyi yönətim qurulu başqanı Hikmet Eren bizi səhər yeməyinə dəvət etdi və birlikdə yemək yeyərək Türk dünyasıyla bağlı görə biləcəyimiz işlər haqqında geniş fikir mübadiləsi etdik.

Azər Həsrət, Sinan Oğan və İbrahim Dəmirtaş

Bundan sonra Hikmet bəylə birlikdə Uluslararası İlişkilər və Stratejik Analizlər Mərkəzi (TürkSAM) ofisində quruman başqanı Sinan Oğanla görüşə yollandıq. Burada da Türk dünyası, Azərbaycan-Türkiyə münasibətləri haqqında fikir mübadiləsi etdikdən sonra yenidən Bursaya yollandıq…

Azər Həsrət, Ahat Andican və İbrahim Dəmirtaş

Gecəni Bursada keçirib səhər erkəndən İstanbula doğru yol aldıq. Burada saat 11.00 üçün çox dəyərli bilim adamı, Türk dünyasının dəyərli isimlərindən Ahat Andicanla bir görüş planımız vardı. Danışdığımız zamanda şəxsini ziyarət edib şəxsən tanış olduq, Türk dünyası ilə bağlı fikir mübadiləsi etdik. Həm də dərnəyimizin planları haqqında sayın hocamız Ahat bəyi bilgiləndirdik.

Ahat bəylə görüşün ardından Kocaeli Alpərənlərinin dəvəti üzərinə bu şəhərə yollandıq. Axşama doğru gənclərlə görüşüb ocağa yollandıq. Burada bir müddət çay içib söhbət etdik və ardından da toplantı başlandı. Toplantı uzandıqca uzandı. Türküstan haqqında bilgi verməmi rica edən gənclər öz davranışları, hər sözə diqqət kəsilmələri və ədəbli davranışları ilə diqqətimi cəlb etdi. Ağzımdan çıxan hər kəlməni çox diqqətlə mənimsəməyə çalışmaları onların boşuna milliyyətçiliklə deyil, intellektual milliyyətçiliklə məşğul olduğunu təsdiq edəcək ən ciddi amildir. Heç cür bitmək bilməyən toplantımızdan çıxardığım sonuc budur ki, ən azından Kocaelidə Türk millətinin gələcək etibarını təmin edəcək gənclər yetişməkdədir. Bunlar öz həmyaşıdları kimi meyxanalarda dolaşıb içki və uyuşdurucuyla gününü keçirənlərdən deyil, kitab oxumasını, nəzakətli dartışmalar aparmağı bacaran fərqli gənclərdir. Bu üzdən onlara təşəkkürümü bildirib belə davam etmələrini təkidlə tələb edərdim.

Kocaeli Alpərənlərindən bir qrupu ilə

Bu arada onu da əlavə edim ki, gənc Alpərənlərlə görüşə gedərkən MHP Kocaeli fəallarından Zekai Kahyaoğlu hocamızla da tanış olma fürsətimiz oldu. Özünün gerçək bir müəllim davranışı və yanaşmasıyla diqqətimi çəkən, nəzakətdə qüsur etməyən bu əməkli öyrətmən doğrudan da hər zaman gərək duyduğumuz ziyalılardan biridir. Uzun müddətli müəllimlik təcrübəsi olan və hazırda təqaüddə olan Zekai hocamız gənclərlə birlikdə bizim toplantımıza qatıldı və özünün sual və yorumları ilə doğrudan da söhbətimizi zənginləşdirdi ki, bundan ötrü şəxsinə təşəkkür edirik. Bu arada bir təşəkkür də gənc dostumuz Ayaz Abdullahoğluna gəlsin. Bu gəncimiz Azərbaycanı qardaş ölkədə çox ləyaqətli bir şəkildə təmsil edənlərimiz sırasındadır.

Axşam gec saatlarında İstanbula geri döndük və gücümüz çatan şey yalnız qonaq evində dincəlmək oldu. Səhərisi gün erkəndən yuxudan qalxıb yenə də görüşlərimizə davam etdik. İbrahim Demirtaşla birlikdə eyni zamanda İstanbulda olan DAK Gənclər Təşkilatı sədri Seymur Həsənli və Ümid Partiyası sədrinin ideoloji təbliğat məsələləri üzrə müavini Taleh Əliyevlə görüşdük. Çox sayda ortaq məsələlərin müzakirə edildiyi görüşdən sonra daha bir önəmli görüşə yollandıq.

Banu Avar, Azər Həsrət və İbrahim Demirtaş

İstanbuldakı son görüşümüz dəyərli yazar və jurnalist Banu Avarla oldu. Hər zamankı kimi tıxaclarla zəngin olan İstanbul yollarını keçib çətinliklə də olsa görüş yerinə çatdıq. Ancaq zaman problemimiz olduğundan Banu xanımla yarım saatlıq bir görüşümüz oldu. Dərnəklə bağlı bilgi verməklə bərabər Türk dünyasına aid bir çox məsələlər haqqında qısa-qısa fikir mübadiləsi etdik. Söhbəti bitirib hava limanına yollanmaq zorunda qaldıq və nə yaxşı ki, az gecikməli olsa da uçağa yetişə bildim. Bitməyən təəssüratlarla dolu növbəti Türkiyə səfərim beləcə başa çatmış oldu…

Çalışqan olmaq!

*Azər Həsrət Yeddi Dövlət – Bir Millət Konseyi başqanıdır.

Oxunma sayı: 12478
Share

2 Comments to "Türkiyədən bitməyən təəssüratlarla… (Fotolar)"

  1. Ziya Sahabettin Ismailcelebioglu's Gravatar Ziya Sahabettin Ismailcelebioglu
    19 May 2010 - 3:21 - 03:21 | Permalink

    Sayin Baskan
    Yedim Devlet bir Millet konseyinin varligini kisa bir zaman önce ögrenmis olmama ragmen ,calismalariniz ve faaliyetleriniz takdire sayan .Azeri lehcesini okurken biraz güclük ceksemde cok ilginc yazilari okumanin verdigi sevkle bütün sayfalari okumadan ve kisada olsa birkac kelime yazmadan edemedim.Temenni ederim bu gayretleriniz tüm dünya Türkleri tarafindan ilgi ile takip edilerek teskilatin genis bir cografyaya yayilmasina vesile olur. Selam ve saygilarimla .