Bağlı qapılar arxasında çıxarılan ölüm hökmü

YAP-ın bağlı qapılar arxasında keçirilen qurultayını bu ayın yadda qalan hadiselerinden biri kimi xarakterize etmek olar. Her halda şerti adı “varis planı” olan bir emelin heyata keçirilmesine köklenmiş bu qurultayın siyaset gündemine gözlenilen deyişikliyi getireceyine heç kim şübhe etmirdi. En azı ona göre ki, H.Eliyev neyin bahasına olursa olsun özünden sonra hakimiyyeti zor-xoş oğluna ötürmeye çalışır ve bu da hakimiyyete iddiası olanlarla yanaşı onun hakimiyyetinden cana doymuş milyonlarla insanın menafelerine cavab vermir. Bele bir halda vetendaşın YAP qurultayına ve onun sonrakı tebliğat kampaniyasına diqqet kesilmesi tebiidir. Ancaq deyesen yapçılar bir balaca taktiki sehve yol verdiler: müsteqil metbuatı qapılar arxasında qoyaraq onun arxasınca danışmaqla. Önce qeyri-resmi, sonra da resmi şekilde yayılan xeberlere göre, baş yapçı H.Eliyev şexsen bir sıra qezetlerin ünvanına olmazın dözümsüzlük nümayiş etdirib ve partiya yoldaşlarını bu meselelere lazım olan diqqeti yetirmemekde ittiham edib. Yeni “ne durmusunuz, müsteqil metbuat bizi basıb yedi, qoymayın”. Bu, maksimum dözümlülük nümayiş etdirmeli olan ölke başçısının eslinde dözümsüz olmasının en bariz nümunesi hesab oluna biler. Bir vaxtlar vardı bizleri haqlı-haqsız mehkemeye çeken memurlara az qala H.Eliyevi nümune göstermek fikrine düşürdük. Çünki onun haqqında yazılan tenqidlere dözümsüzlük nümayiş etdirse de bunu yalnız sözle ifade eder, mehkeme-filan haqda düşünmezdi. Amma bu defe bele olmadı. Demek olar ki, mehkemeden daha dehşetli bir tedbirin görülmesine komanda vermiş oldu. Hemkarlarımız onun verdiyi komandanın neticelerini çox gözlemeli olmadı. Ilk zerbe bezi metbeelerin müsteqil metbuatın çapından imtina etmesi oldu. Bu zerbe esasen YAP-ın qara siyahısına adı resmen salınmış “Azadlıq”, “Hürriyyet” ve “Yeni Müsavat” qezetlerine yönelib. Sonuncu artıq 24 sehifelik neşrini 16 sehifeyle evez etmek zorunda qalıb. Qezetin baş yazarı Rauf Arifoğlu bazar ertesi buraxılışlarını da ixtisar etmeli olacaqlarını deyir. “Azadlıq”ın baş yazarı Rövşen Hacıyevse artıq 1998-ci ilin qezetle bağlı mehkeme çekişmelerinin onlara xatırladıldığını deyir. Yeni “yerinizde dinc oturmasanız başınız ağrıya biler”. Sade bir xatırlatma…

Bütün dünyada metbuatı bir güzgüye benzedirler. Adamlar bu güzgüde özlerine baxıb eyer-eskiklerini aradan qaldırmağa çalışır. Meselen, ABŞ-ın keçmiş prezidenti Bil Klintonun eşq maceraları baresinde yayılan xeberler onu neinki metbuata hirslenmeye mecbur etmedi, hetta o, bir uşaq kimi müticesine metbuatın tenqidlerine dözmeli oldu. H.Eliyevden yaşca xeyli kiçik olan B.Klinton eslinde esl prezident kimi davranmaqla bir çoxlarına, lap ele H.Eliyevin özüne de nümune oldu. Onun nümayiş etdirdiyi dözümlülüyü H.Eliyevin ve etrafının nümayiş etdirmesi ağlasığmaz bir şeydir.

H.Eliyevin metbuata qarşı dözümsüzlüyü çoxlu qüsurları olan birisinin baxdığı güzgüde bu qüsurları gördükden sonra güzgünü sındırmasına benzeyir. Güzgünün sınması ise heç de qüsurların aradan qaldırılması anlamına gelmir. YAP ve onun “ezeli ve ebedi” başçısı H.Eliyevin bağlı qapılar arxasında müsteqil metbuata ölüm hökmü çıxarması da buna benzeyir. Guya bununla da öz qüsurlarını ört-basdır ede bilecekler. Eslinde ise o ve tayfasının müsteqil metbuatın tenqidinden bir qurtuluş yolu var: qüsurlarını aradan qaldırmaq. Meselen 21-ci yüzilde cefeng görünen monarxiya ideyasından el çekmek, yaxud da saxta ittihamlarla jurnalistleri hebse atmaqdan vaz keçmekle. Eks teqdirde bağlı qapılar arxasında çıxarılan ölüm hökmü onların özlerine qarşı çevrilecek.

Azər Həsrət

Dərc edilib: Azadlıq, 30 noyabr 2001

Oxunma sayı: 13118