Vallah, bunlar düzelen deyil

Öten hefte ölke başçısı ile media nimayendelerinin görüşünde müzakire edilen meseleler sırasında müsteqil KİV-in guya ermenilerden maliyye alması haqda YAP-ın xalqa müracietinde yer almış fikirlere de aydınlıq getirildi. H.Eliyev özünemexsus bir şekilde bu fikirleri “cılız” deyimler adlandırdı ve resmen beyan etdi ki, müsteqil KİV ermenilerden heç bir maliyye yardımı almır. Bununla da düşmen terefinden maliyyeleşdirilmekde ittiham edilen qezetler meselenin bitmiş olduğunu düşündüler ve bu haqda ittihamlara son verildiyine inandılar. Doğrudan da, eger YAP-çıların başçısı H.Eliyev en yüksek seviyyede beyan edirse ki, bu ittihamlar esassızdır, o zaman o biri YAP-çılar da öz önderlerine hörmetle yanaşmalı, dedikleri böhtanlardan el çekmeli idiler. En azı öz başçılarını yeniden xalqın qarşısında partiyadaşlarının sehvlerini etiraf etmek kimi bir addıma zorlamamaq üçün. Ancaq bele olmadı. H.Eliyevle görüşün müzakireleri bitmemiş hamının şerti olaraq YAP-ın simvolu adlandırdığı Siyavuş Novruzov “Yeni Müsavat”ın bazar günü sayına verdiyi müsahibede dediklerini bir daha tekrarlamağa cehd etdi. Hetta bir qeder de uzağa gederek yene de bizleri dövlet eleyhine işlemekde ittiham eden S.Novruzov deyesen ya ölke başçısını saymır, ya da ölke başçısı bize bir şey deyib öz terefdarlarına başqa cür hereket etmeyi tapşırıb. Her halda bunun bele olmasına inanmaq istemezdik. Amma fakt göz qabağındadır: S.Novruzov deyir ki, biz qezetçiler Soros Fondundan maliyye alırıq ve o maliyyeni bize ermeniler ötürür. Üstelik biz hem de dövlet eleyhine çalışırıq ve yazdıqlarımızın da az qala hamısı şer, böhtan ve qerezden başqa bir şey deyil. Bütün bunları S.Novruzov deyir. YAP-ın metbuata qarşı son addımlarının sehv olduğunu etiraf eden H.Eliyev partiyasının rehberliyinde temsil olunan S.Novruzov. Adam mat qalır. Yaxşı, doğrudan da bizler düşmenden pul alıb Azerbaycan eleyhine çalışırıqsa niye bu meselelere müvafiq hüquqi qiymet verilmir? Axı dünyanın her bir yerinde insanları ittiham etmek üçün müvafiq qanunların imkanlarından istifade edilir. Bizde ise neye göre qanun evezine S.Novruzov kimiler danışır anlamaq olmur. Başqa yandan, ömrünü-gününü, sağlamlığını bele milli dövletimizin ayaqda durması uğruna xerclemekde olan insanlara milli azadlıq mücadilemizin üstünden xett çekib Azerbaycanın en yeni tarixinin H.Eliyevle başladığını iddia edenler ne üçün böhtan atırlar? Sual edirem: axı sizi rahatsız eden nedir? Niye imkan vermirsiniz ki, başımızı aşağı salıb öz işimizle meşğul olaq? Bizim tek bir arzumuz vetenin torpaq bütünlüyüne nail olmaq ve Azerbaycanı demokratik ve azad bir ölke kimi görmekdir. Kimseyle de işimiz yoxdur.

Vallah, adam baxır Siyavuşa ve düşünür ki, bunlar düzelen deyil. Doğrudan da bunlar düzelene oxşamır. Düzelen olsaydılar bir yandan ölke başçısının etiraf etdiyi sehvlerle razılaşdıqlarını beyan edib o biri yandan dediklerini tekrarlamağa çalışmazdılar. Sehvi etiraf etmek her yerde ve hemişe müdriklik, böyüklük elameti sayılıb. Görünür S.Novruzov kimiler özünde bu gücü tapmır. Sehvi tekrarlamağın ise adı başqadır.

…Amma ölke başçısı onları veziyyetden çıxarmışdı. Hemin görüşden bir neçe gün sonra siyavuşlar danışmadı, yaxud danışanda ölke başçısının dediklerinden netice çıxardıqlarını bildirdi. Biz de düşündük ki, her şey bitdi. Amma yox. S.Novruzov yeniden danışdı ve her şeyi korladı. Bu yerde söyüş söymeye öyreşmiş bir oğlan haqda bir meşhur letife yadıma düşdü. Amma ne edim ki, onu qezet sehifesine çıxarmaq caiz deyil…

Azər Həsrət. Dərc edilib: Azadlıq, 26 dekabr 2001

Oxunma sayı: 5860