30 İyun Sevgililər Günü bütün Türk dünyasında qeyd edilməlidir

Azər Həsrət

Bakı, Yalquzaq.com, 09.06.2010 – Azərbaycanda hər il Sevgililər Günü kimi qeyd edilən 30 İyuna 20 gün qalır. Bu günün Azərbaycan xalqının çağdaş tarixində kəsb etdiyi önəm, onun gənc nəslə çatdırılması yönündə hələ 2003-cü ildə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının irəli sürdüyü təşəbbüs son illər daha geniş şəkildə dəstəklənməkdədir. Artıq Azərbaycan xalqı və hətta Azərbaycandan kənarda yaşayan insanlar birilərinin Türk kimliyinə yad olan sevgililər günü təbliğatına qarşılıq olaraq əsl Türk Sevgililər Günü olan 30 İyunu xüsusi olaraq qeyd etməkdədir.

Bu məsələyə münasibət bildirən Yeddi Dövlət – Bir Millət Konseyinin başqanı Azər Həsrət bildirib ki, “30 İyun Sevgililər Günü daha geniş şəkildə bütün Türk dünyasında qeyd edilməlidir”. O, qeyd edib ki, iki Azərbaycan gənci – İlhamla Fərizənin nümayiş etdirdiyi gerçək sevgi nümunəsi nəinki bütün Türk dünyası üçün, hətta bütün insanlıq üçün nümunə olacaq keyfiyyətdədir. “Bir zamanlar biz kitablardan Leyli və Məcnun, Fərhad və Şirin, Əsli və Kərəm kimi dastanları oxuyanda düşünürdük ki, belə sevgi yalnız nağıllarda olur. Ancaq 1990-cı ilin 20 yanvarında sinəsini rus işğalçılarına qarşı verən İlhamın Vətən və Millət eşqini öz qanı və canı hesabına, bundan sonra da onun sevgilisi Fərizənin İlham kimi Vətən fədaisinə olan eşqini canına qıyaraq sübut etməsinin nəinki Azərbaycan, bütün dünya insanlarına bir örnək olması şübhəsizdir”, – deyə Konsey başqanı bildirib.

Konsey başqanı Azər Həsrət onu da qeyd edib ki, Türk xalqları bu cür dəyərləri özlərinin ortaq dəyərləri kimi qəbul etməli və dünyaya tanıtmalıdır: “İlhamla Fərizə dastanı yalnız Azərbaycan xalqına deyil, bütün Türk dünyasına aid şərəfli bir örnəkdir. Düşünürəm ki, onların təməlini qoyduğu Sevgililər Günü – 30 İyun bütün Türk dünyasında ən yüksək səviyyədə qeyd edilməli, yetişməkdə olan nəslə bu günün önəmi haqqında bilgi verilməlidir”.

Azər Həsrət onu da vurğulayıb ki, artıq Azərbaycan dövlətinin bu günü rəsmi olaraq tanımasının zamanı çatıb. “Mən inanıram ki, hörmətli prezident İlham Əliyev bir çox milli məsələlərdə olduğu kimi bu məsələdə də ən qısa zamanda öz sözünü deyəcək və 30 İyun Sevgililər Gününün rəsmi şəkildə dövlət səviyyəsində tanınması üçün öz mövqeyini nümayiş etdirəcək”, – deyə o, bildirib. “Biz isə Yeddi Dövlət – Bir Millət Konseyi olaraq bu günün bütün Türk dünyasında tanınması üçün əlimizdən gələni edəcəyik.”

Xatırladaq ki, 30 İyun Sevgililər Günü öz başlanğıcını 20 yanvar 1990-cı ildə rusların Bakını işğal etməsi zamanı şəhid olmuş İlhamla onun sevgilisi Fərizənin 1989-cu ildəki toy günündən alır. Ruslar İlhamı şəhid etdikdən sonra Fərizə bu ayrılığa dözməyərək sevgilisi ilə o dünyada qovuşmaqdan ötrü canına qəsd edir və onların hər ikisi Bakıda Şəhidlər Xiyabanında dəfn edilir. Artıq Azərbaycanda sevgililərin və yeni evlənənlərin İlhamla Fərizənin məzarı üstünə gedərək bir-birilərinə söz verməsi bir ənənə halı alıb. Bu durumu zamanında düzgün dəyərləndirən “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı 2003-cü ildən etibarən 30 İyunun Azərbaycanda rəsmi olaraq Sevgililər Günü kimi qeyd edilməsi üçün təşəbbüslə çıxış edib. Təşəbbüs geniş ictimaiyyət tərəfindən dəstəklənməklə qeyri-rəsmi də olsa dövlət səviyyəsinə qədər yüksələ bilib. Yeddi Dövlət – Bir Millət Konseyi də bu ildən başlayaraq bu günün ortaq Türk dəyəri olması barədə tədbirlərin görülməsi üçün çalışmaqdadır.

Uşaqlar İlhamla Fərizənin məzarı üstünə çiçək qoyarkən

Oxunma sayı: 23919
Share

18 Comments to "30 İyun Sevgililər Günü bütün Türk dünyasında qeyd edilməlidir"

  1. Xəyyam's Gravatar Xəyyam
    12 June 2010 - 17:14 - 17:14 | Permalink

    Bu günü millətimizə bəxş edən İlham-Fərizə Sevgisinin ucalığını, aililiyini bütün Türk dünyasında təbliğ və tərənnüm edən hər kəs alqışa layiqdir. Bütün sevənlərə belə təmiz , ülvi məhəbbət, sədaqət arzulayıram. Bayramımız mübarək!

  2. Emil Elçin oğlu's Gravatar Emil Elçin oğlu
    12 June 2010 - 12:50 - 12:50 | Permalink

    Xalqımızı 30 iyun Sevgililər Günü münasibətilə təbrik edirəm. Bütün milli dəyərlərinə sahib çıxan Azərbaycan gənci inanıram ki, bu günün də qürurunu, məsuliyyətini şərəflə daşıyacaq . Gün gələcək, nəinki Azərbaycan, eləcə də bütün Türk dövlətləri 30 iyun Sevgililər Gününün təntənəsini yaşayacaq. Bu günün mövcudluğunu, müqəddəsliyini hamımıza qəbul etdirən , yaşadan qeyrətli vətən övladlarının başladığı işi davam etdirmək və onlara bu şərəfli yolda dəstək olmaq hamımızın borcudur!

  3. Şövkət Yusifqızı's Gravatar Şövkət Yusifqızı
    12 June 2010 - 11:11 - 11:11 | Permalink

    30 İyun Sevgililər Günü Azərbaycan gəncləri üçün əziz və doğma bir bayrama çevrilib.Bu təşəbbüsü irəli sürən “Xural” qəzetini alqışlayıram və təşəkkürümü bildirirəm. 30 İtun Sevgililər Gününün dövlət tərəfindən rəsmi bayram kimi təqvimə salınmasını səbirsizliklə gözləyirik.
    İnanıramkı 30 İyun Sevgililər Gunu bütün sərhədləri aşaraq Türk dünyasını birləşdirəcək.
    Bütün sevənləri 30 İyun Sevgililər Günü münasibətilə təbrik edirəm.
    SEVGİLİLƏR GÜNÜNÜZ MÜBARƏK!!!

  4. Rashad Vaqifoglu's Gravatar Rashad Vaqifoglu
    11 June 2010 - 11:42 - 11:42 | Permalink

    30 İyun Sevgililer Gunu esil turk bayramidir. Sadece bunu teblig etmek ve bu gunun mahiyyetinin neden ibaret olduğunu catdirmaq lazimdir. Bu günün teşebbuskari olmus “Xural” qezetinin olke daxilinde kifayet qeder tebligat aparması sayesinde 30 İyun Sevgililer Gunu Azerbaycanda demek olar ki, tamamile qebul olunub. İndi ise serhedleri asmaq vaxtidir. Mehz bu gunun sayesinde Turk Dunyasi birleşe biler. İnaniram ki, bu tarix tekce turk dunyasinin yox, butun dunyanin qebul edeceyi bir bayram olacaq.

    30 İYUN SEVGİLİLER GUNUNUZ MUBAREK!!!

  5. Əminə Öztel's Gravatar Əminə Öztel
    11 June 2010 - 1:04 - 01:04 | Permalink

    Destek veren her kese tesekkurler. Bu gün deyil Azerbaycanda, bütün Türk dövlətlərində qeyd olunacaq. Mən buna inanıram. Bu günün onurunu hər zaman duymaq və yaşamaq üçün öncəliklə millətimin dəstəkləməsi lazımdır. Haydi bütün sevenler, öncəlik bizlərdə!!!

  6. Adik's Gravatar Adik
    10 June 2010 - 17:21 - 17:21 | Permalink

    Urekden alqislayiram ve destekleyirem.
    Ureyinde sevgi isigi olan hamini 30 iyun Sevgililer Gunu munasubeti ile tebrik edirem!

  7. Zamina Rustambeyli's Gravatar Zamina Rustambeyli
    10 June 2010 - 16:33 - 16:33 | Permalink

    Sizi ve bu gunun Bayram kimi taninmasinda , teblig olunmasinda emeyi kecen her kesi, xususile de “Xural” qezetinin Bas redaktoru Evez Zeynallini urekden alqislayiram. İnaniram ki, temelini Azerbaycandan goturen bu bayram yaxın gelecekde Butun Turk dunyasinin en Sevimli, Ozel bayramlarindan birine cevrilecek. Tanri butun sevenleri qorusun! Bayramimiz mubarek!

  8. Afina's Gravatar Afina
    10 June 2010 - 10:57 - 10:57 | Permalink

    Sevib sevilen her kesi 30iyun Sevgililer gunu munasubeti ile tebrik edirem! Sevginiz Ilham-Ferize Sevgisi qeder boyuk ve temiz olsun! Tanrı sevenleri ayirmasin!
    Bu gunu Bayram kimi sahiblenen, teblig eden her bir kese sonsuz tesekkurler!

  9. Rufina Rustamova's Gravatar Rufina Rustamova
    10 June 2010 - 10:13 - 10:13 | Permalink

    Boyuk sevgiler boyuk fedakarliqlar ister! Butun fedakarliqlardan, sinaqlardan kecen İlham ve Ferize sevgisi, sədaqəti genclerimize ornek olmalidir. 30 iyun Sevgililer gununun topluma təqdim olunmasına ve nece illerdir teblig olunmasina gore ” Xural” qezetini rehberliyine boyuk tesekkur dusur. Butun Kutlevi İnformasiya Vasiteleri de bu serefli missiyanin heyata kecirilmesinde onlara destek olmalidirlar. Bu gun tek Azerbaycanin yox, butun Turk Dunyasinin bayramina cevrilmelidir. Ozunu Turk bilen her bir kəs bu yolda elinden geleni etmelidir.

  10. 9 June 2010 - 18:39 - 18:39 | Permalink

    30 IYUN BUTUN TURK DUNYASIDA SEVGILILER GUNU KIMI QEYD OLUNMALIDIR. Men qabqcadan bu fikri ireli surenlere ve 8 ildir bu mubarizeni boyuk serefle yurutenlere cox tesekkurumuzu bildirir ve bu layiheye destek olan her kese minnetdarliq edirem.BIZ SEVE VE SEVGILIMIZ UGRUNDA OLE BILIRIK….TANRI HEC BIR MILLETE BELE BIR GUN GONDERMEDI.

  11. Selcan Zeynalli's Gravatar Selcan Zeynalli
    9 June 2010 - 18:38 - 18:38 | Permalink

    Biz Ilham ve Ferize kimi yasamali ve olmeyi bacarmaliyiq. Bunun yolu SEVGIden kecir. Sevmeyen ole bilmez.
    O qeder sevmek lazimdir ki, ugrunda olmek mumkun olsun-Ferize kimi!
    Ele sevmek lazimdir ki, ugrunda olunsun-Ilham kimi!
    Hazirsinizmi, Eziz Gencler!

  12. Semen Esedova's Gravatar Semen Esedova
    9 June 2010 - 18:15 - 18:15 | Permalink

    Azerbaycan gencliyi artiq 8 ildir bu gunun Sevgililer Gunu kimi qeyd olunmasi ucun elinden geleni esirgemir… Her bir Turk gencini qarsidan gelen Sevgililer Gunu munasibetile tebrik edir, Onlara Ilham-Ferize sevgisi arzulayiram…Turk gencinin qelbinden Ilhamin Veten sevgisi, Ferizenin Ilham sevgisi eskik olmasin…

  13. Səfayət Nəcəfova's Gravatar Səfayət Nəcəfova
    9 June 2010 - 18:14 - 18:14 | Permalink

    Hər dəfə 30 İyun yaxınlaşdıqca, gözlərimin önünə gur-gur guruldayan Azadlıq meydanı gəlir. Təlatümlü günlərimiz bizi azadlıgımıza qovuşdurdu. İnaniram azadlığımız da bizi 30 İyun “Sevgililər Günü” kimi bayramlar sayəsində milli dəyərlərimizə qovuşduracaq. Sag olsun o analar ki, dünyaya İlham, Fərizə kimi övladlar gətiriblər. Sağ olsun bu günü müqəddəsləşdirən Əvəz Zeynallı və onun kimi milli qeyrəti olan ogullarımız. Her zaman yenilməz və qüdrətli olun. Türk milləti kimi!

  14. 9 June 2010 - 17:06 - 17:06 | Permalink

    Təşəkkür edirəm, dostlar! Biz əl-ələ verib Azərbaycanın ən dəyərli günlərindən olan 30 İyun Sevgililər Gününü bütün dünyaya tanıda bilərik. İnşallah, bu işdə Tanrı da yardımçımız olar.

  15. bamsı's Gravatar bamsı
    9 June 2010 - 15:53 - 15:53 | Permalink

    Azerbaycanın üzağlığı olan bu günün – 30 iyun Sevgililer gününün
    bütün Türk Dünyasında qeyd olunması fikri alqışlanmalıdır. Biz bu günü – eziz şehidlerimiz İlhamla Ferizenin toy gününü Azerbaycanın ve Türk milletinin, bütövlükde insanlığın en leyaqetli bayramlarından birine çevire bilerik. Yeter ki, el-ele verek!

  16. 9 June 2010 - 13:03 - 13:03 | Permalink

    Uqurlar, elbette, biz oz milli deyerlerimizi umumturk ve qlobal bayramlar seviyyesine qaldirmaliyiq!!!

  17. 9 June 2010 - 11:59 - 11:59 | Permalink

    Deyerli Azer beyin fikirlerine qatiliram ve tam destek verirem. Ilahi Sevginin butun turk dunyasinda taninacagi gun uzaqda deyil!