AzTV-nin dili. Bu her nedirse bizim ana dilimiz deyil

Öten ilin yadda qalan hadiselerinden biri de latın elifbasına keçid ve ana dilimizin gerçek tetbiqi üçün müeyyen işlerin görülmesi oldu. Uzun illerin hesretinden sonra elifba meselesini hell etmekle hem de ümid edirdik ki, türkcenin öz layiqli yerini tutması da gerçekleşdirilecek. Hetta bu meselede KİV-in, esasen de teleradio şirketlerinin aparıcı rol oynayacağına şübhemiz yox idi. Çünki yazılı KİV-den ferqli olaraq elektron KİV-in tebliğat imkanları qat-qat artıqdır ve sovetlerin dağıdıcı hücumlarından sonra ana türkcemizin hüquqlarının berpası üçün elde olan her bir imkandan istifade edilmelidir. Elektron KİV-den danışarken ise ilk önce ağla gelen AzTV olur. Bu da sebebsiz deyil. Ölke telekanalları arasında en geniş yayım imkanları baxımından bu quruma olan ümidler tebii sayılmalıdır. Doğrudur, şexsen men AzTV-nin davamlı tamaşaçısı sayıla bilmerem. Bununla bele onun imkanlarını nezere alaraq Azerbaycan xalqına ne tebliğ etdiyi ile maraqlanıram ve bu zaman da ortaya qanqaraldıcı meqamlar çıxır. Hamının bildiyi meseleleri (ölke başçısı ve onun oğlu barede cansıxıcı serialları) kenara qoyub daha vacib saydığım bir meseleye – dil meselesine toxunmaq isterdim.

Öten il diqqetimi çekenlerden en birincisi uşaqlar üçün proqramlarda rus dilinden geniş istifade oldu. Bir zamanlar Rusiya işğalı altında olan ölkemizde rus dilini bize zorla sırıyırdılarsa indi o hal aradan qalxıb. AzTV ise yüzde doxsan sekkizi türkce danışan bir milletin uşaqlarının ümumiyyetle bilmediyi (bezi istisnaları çıxmaqla) rus diline yer vermekle ne meqsed güdür belli deyil. Tesevvür edin ki, hansısa ucqar bir kendde yalnız ana dilini bilen uşaq “sehrli güzgü” verilişine baxır. Verilişin ana dilimizde olan giriş hissesinin ardınca rus dilinde multfilm nümayiş etdirilir. İndi bu uşaq ne etsin? Başqa bir meqam. Hansısa teatr tamaşası, yaxud da sehneleşdirilmiş eser nümayiş etdirilir ve bu eserde kelme başı rusca ifadeler işledilir. Onu da qeyd edek ki, AzTV bu cür meqamlarla çox zengindir ve o biri telekanallarımız ona heç cür çata bilmezler. Ele bu bayram günlerinde de AzTV-nin ekranlarından yayımlanan anadilli proqramlarda rus dilinin imkanlarından da gen-bol istifade dediklerimize sübut ola biler. Diqqeti çeken odur ki, uzun iller ana dilimizin temizliyi uğrunda apardığımız mübarize neden buna getirib çıxarmalı idi? Doğrudanmı AzTV-nin başbilenleri halal türkcemize haram rusca qatmaqla neyinse inkişafına xidmet etdiklerini düşünürler? Yeni türkce verilişlere rusca qatanların meqsedi nedir axı?

Onu da qeyd edek ki, AzTV-nin dil siyaseti haqda dediklerimizi bir sıra radio kanallarına ve özel telekanallara da aid etmek olar. Xüsusen de özel radiolarımız gah rus, gah da ingilis dilinden istifade etmekle eslinde dinleyicinin milli şüurunu korlamaqla meşğuldur. Diqqeti çeken başqa bir meqam ise reklamların dilidir. Türkce verilişin ortasında, yaxud da sonunda rus dilinde reklamın verilmesi heç bir mentiqe sığmır. Yeni o verilişin tamaşaçısı tükceye üstünlük verir ve çox zaman da ruscanı bilmir. Ele ise ona rusca reklam göstermenin bir menası varmı? Bu heç bazar qaydalarına da uyğun deyil.

Son vaxtların özellikleri sırasında bezi qezetlerimizin de feallığı diqqeti celb edir. Onlar bir qeder de ireli gederek sehifelerini ingilisce ile bezemek yolu tutublar! Buna gerek varmı? Esla yox! Heç bir millet öz dilinde olan qezetlere yad bir dilde başlıq yamamaz. Ele ise bize ne olub?

Azər Həsrət. Dərc edilib: Azadlıq, 04 yanvar 2002

Oxunma sayı: 9427