30 iyun Türk dünyası üçün örnəkdir!

Azər Həsrət

Azər Həs­rət: “Təb­liğ olun­ma­lı­dır ki, tür­kün öz ta­ri­xin­də 14 fev­ral ki­mi gün­lə­ri ayaq­la­rı­nın al­tı­na sa­lıb tapdalayacaq sə­viy­yə­də şə­rəf­li və lə­ya­qət­li gün­lə­ri var”

Azər Həs­rət re­dak­si­ya­mı­za gəl­di və 30 İyu­nun bü­tün türk dün­ya­sın­da Sev­gi­li­lər Gü­nü ki­mi qeyd olun­ma­sı üçün əmək­daş­lıq tək­lif et­di. Do­nub qal­dıq. Ona gö­rə yox ki, gör­mə­miş­li­yi­nə düş­müş­dük. Ona gö­rə ki, in­di Azərbaycanda ada­mın ya­nı­na gə­lən ən azı əlin­də özü boy­da bir din­lə­mə qur­ğu­su gə­ti­rir, ada­mın aya­ğı­nın al­tı­nı eşir, ada­mın çı­ra­sı­nı ke­çi­rir…

Für­sə­ti föv­tə ver­mə­dik. Əli­mi­zə düş­müş­kən in­di­yə qə­dər olub-bi­tən­lər­dən da­nış­dıq. Nə ol­du, nə­lər ol­du, bir zaman­lar ra­di­kal­lı­ğın­dan “Azad­lıq” qə­ze­ti­nin sə­hi­fə­lə­rin­də qan da­mar­kən, in­di ni­yə bu qə­dər lo­yal­laş­dı? Bir zaman­lar Mət­bu­at Şu­ra­sı­nın və Əf­la­tun Ama­şo­vun qor­xu­lu rö­ya­sı olar­kən, nə ol­du ki, in­di Əf­la­tu­nun ən bö­yük mü­da­fiə­çi­lə­rin­dən bi­ri­nə çev­ril­di? Ge­niş və ət­raf­lı söh­bət et­dik… Bu­ra­da Əli Kə­rim­li ilə ay­rı­lıq­dan Azər Həs­rə­tin AXCP-nin köh­nə ofi­si­ni tərk et­mə­si­nin giz­lin­lə­ri­nə qə­dər hər şey açıq­lan­dı. Yə­ni an­la­şı­lan Azər Həs­rə­tin bu müsahi­bə­si keç­miş par­ti­ya­daş­la­rı­nı əməl­li-baş­lı hirs­lən­di­rə­cək.

Be­lə­lik­lə, qo­na­ğı­mız “Yed­di döv­lət-bir mil­lət” Kon­se­yi­nin baş­qa­nı Azər Həs­rət­dir…

Söh­bə­tə 30 İyun Sev­gi­li­lər Gü­nün­dən, İl­ham­la Fə­ri­zə­dən baş­la­dı…

– Za­man-za­man biz is­tər ədə­biy­ya­tı­mız­da, is­tər­sə də ta­ri­xi­miz­də, hət­ta tək Azər­bay­ca­nın de­yil, bü­töv­lük­də Şərq ədə­biy­ya­tın­da və poe­zi­ya­sın­da da İl­ham-Fə­ri­zə sev­gi­si­ni das­tan­lar­dan oxu­mu­şuq. Bü­tün bun­lar das­tan şək­lin­də təq­dim olun­du­ğu­na gö­rə, bi­zə na­ğıl ki­mi gö­rü­nüb.

– Bir qə­dər də qey­ri-re­al…

– Bə­li. Ki­min­sə tə­fək­kü­rü­nün məh­su­lu ki­mi ya­naş­mı­şıq. Bəl­kə də bir uy­dur­ma, xə­yal ki­mi bax­mı­şıq. Ola bil­sin ki, bu das­tan­la­rın qəh­rə­man­la­rı­nın ara­sın­da da güc­lü və bö­yük sev­gi olub, am­ma son­ra­lar ya­ra­dı­cı­lıq im­ka­nı ge­niş olan in­san­lar bu­nu na­ğıl, das­tan şək­li­nə sa­lıb­lar. Biz də elə bil­mi­şik ki, bu cür bö­yük və güc­lü sev­gi yal­nız na­ğıl və das­tan­la­rı­mız­da ola bi­lər. Ki­min ağ­lı­na gə­lə bi­lər­di ki, XX əs­rin son­la­rı­na ya­xın, çağ­daş dün­ya­mız­da be­lə bir sev­gi ilə üz-üzə qa­la­ca­ğıq. Əl­bət­tə ki, bu Azər­bay­can xal­qı­nın ta­le­yi­nə düş­müş bir ha­di­sə­dir və mə­nə elə gə­lir ki, xal­qı­mız bu­nun­la bü­töv­lük­də qü­rur duy­ma­lı­dır. Bu­ra­da həm im­pe­ria­liz­mə bir eti­raz var…

– …sev­gi var, mil­li mü­ba­ri­zə var…

– …sev­gi­yə qə­dər ru­sun iş­ğal­çı­lıq si­ya­sə­ti­nə çox cid­di bir eti­raz var. Rus or­du­su bir öl­kə­nin əra­zi­si­ni iş­ğal edir və onun və­tən­da­şı­nı öl­dü­rür və öz hə­yat yol­da­şı­nı iti­rən bir xa­nım bü­tün bə­şə­riy­yə­tə üs­yan edir, eti­ra­zı­nı özünə qəsd et­mək­lə bil­di­rir. Bəl­kə bu­nu ədə­biy­yat­çı­lar da­ha bə­dii dil­də ifa­də edə bi­lər­lər. Mən sa­də­cə bu ha­di­sə ilə gənc in­san­la­rın için­də olan üs­ya­nın sə­bəb­lə­ri­ni izah et­mə­yə ça­lış­dım. Özü­mü on­la­rın ye­ri­nə qoy­dum. Vətəninin müs­tə­qil­li­yi yo­lun­da ca­nı­nı qur­ban ve­rən bir in­sa­nın hə­yat yol­da­şı, sev­gi­li­si bə­şə­riy­yə­tə üs­yan edir ki, “ni­yə onu öl­dür­dü­nüz?! Mən də on­suz ya­şa­mı­ram…” Bu na­ğıl­lar­da oxu­du­ğu­muz, das­tan­lar­da eşit­di­yi­miz bir şeydir ki, ger­çək­də gör­dük və biz bu in­san­la­rın müa­sir­lə­ri ol­duq. Bü­tün­lük­də 20 Yan­var ha­di­sə­lə­ri­nə qə­dər və on­dan son­ra­kı ha­di­sə­lə­rin için­də ol­duq. Şə­hid­lər Xi­ya­ba­nı­nın ya­ran­ma­sı­nın şa­hi­di ol­duq. Yə­ni 20-30 il­dən son­ra bəl­kə də şa­hid­lər təd­ri­cən azal­ma­ğa baş­la­ya­caq. Am­ma bu gün biz can­lı şa­hi­dik, ya­şa­yı­rıq və o gün­lə­ri gənc nəs­lə ol­du­ğu ki­mi izah et­mə­yə ça­lı­şı­rıq. Mə­sə­lən, 1813-1828-ci il­lər­də Azər­bay­ca­nın par­ça­lan­ma­sı pro­se­si bi­zə ol­du­ğu ki­mi çat­mır. Ta­rix ki­mi bəl­kə də oxu­mu­şuq, bi­li­rik, am­ma hə­min gün­lə­rin müa­si­ri ol­ma­dı­ğı­mız üçün onu Xoca­lı dər­di­ni hiss elə­di­yi­miz qə­dər içi­miz­dən ke­çi­rə bil­mi­rik. Ca­vad xa­nın Gən­cə uğ­run­da gös­tər­di­yi di­rə­ni­şi biz Xo­ca­lı qə­dər du­ya bil­mi­rik. Çün­ki müa­si­ri ol­ma­mı­şıq. Ona gö­rə dü­şü­nü­rəm ki, İl­ham və Fə­ri­zə ola­yı­nı cə­miy­yət ola­raq, bü­töv­lük­də Türk cə­miy­yə­ti ola­raq bü­tün bə­şə­riy­yə­tin önü­nə qo­ya, sər­gi­lə­yə bi­lə­rik və bu, çox gö­zəl bir nü­mu­nə­dir. Bu­ra­da həm iş­ğal­çı­ya qar­şı di­rə­niş var, iş­ğal­çı­ya qar­şı di­rə­nib hər şe­yin­dən, hə­ya­tı­nın ən çi­çək­li dövrün­dən ke­çib öl­mək var, onun ar­dın­ca da sev­gi­li­si­nin dün­ya­nın bu ni­zam­sız­lı­ğı­na eti­raz əla­mə­ti ola­raq bir üsya­nı var. Bu, ar­tıq nə na­ğıl, nə də das­tan­dır. Bu, ger­çək bir olay­dır və biz də bu ola­yın müa­sir­lə­ri­yik. Hər şey də göz­lə­ri­mi­zin önün­də baş ve­rib. Ona gö­rə də dü­şü­nü­rəm ki, bu gün tək Azər­bay­ca­nın bu gü­nü üçün de­yil, bütün türk dün­ya­sı üçün bir ör­nək­dir və biz də bü­tün dün­ya­ya bu­nu yax­şı bir ör­nək ki­mi gös­tər­mə­li və tanıtmalıyıq.

– “Sev­gi­li­lər Gü­nü”nün əhə­miy­yə­ti in­di çox va­cib­dir. Çün­ki hə­min yan­lış gün­lər, 14 fev­ral­lar türk boy­la­rı­na, türk tom­lum­la­rı­na elə si­ra­yət edib ki, mə­sə­lən, Qır­ğı­zıs­tan­da 14 fev­ral döv­lət bay­ra­mı elan edi­lib. Am­ma əmi­nəm ki, əgər biz bu bay­ra­mı çox təd­bir­li şə­kil­də, ic­ti­mai qu­rum və bir­lik­lə­ri­nin dəs­tə­yi ilə qeyd et­sək, o mü­na­si­bət də dəyi­şər…

– Müt­ləq də­yi­şər…

– Çün­ki bi­zim mə­nə­viy­ya­tı­mı­za, bi­zim əx­la­qı­mı­za, bi­zim gü­nü­mü­zə 30 İyun da­ha uy­ğun­dur…

– Bi­zim də öz ça­lış­ma­la­rı­mız var. Or­ta Asi­ya­da bu haq­da söh­bət­lər ge­dir. Biz o cə­miy­yət­dən nə­yi­sə çı­xar­maq istə­yən­də və izah et­mə­yə ça­lı­şan­da ki, bi­zim de­yil, bi­zə heç bir ai­diy­ya­tı yox­dur və zi­yan­lı­dır, o za­man bi­zə sual edir­lər, “si­zin al­ter­na­ti­vi­niz nə­dir? Siz nə tək­lif edir­si­niz?”

– Al­ter­na­tiv də ən azı möv­cud olan­dan güc­lü ol­ma­lı­dır ki, onu sı­ra­dan çı­xa­ra bil­sin…

– Tə­bii ki… On­lar al­ter­na­tiv is­tə­yir­lər ki, mü­qa­yi­sə et­sin­lər, tu­tuş­dur­sun­lar və öz se­çim­lə­ri­ni or­ta­ya qoy­sun­lar. Al­ter­na­tiv da­ha fay­da­lı, da­ha güc­lü, da­ha uy­ğun­dur­sa, biz onu qə­bul et­di­rə bi­lə­rik. Qır­ğı­zıs­tan­da və Qazaxıstanda 14 fev­ra­la da­ha çox meyl­li­lik hiss olu­nur. On­la­ra bu tək­lif­lə­ri irə­li sü­rən­də bu­nu 14 fev­ra­lın bü­tün dün­ya­da qeyd olun­ma­sı ilə əsas­lan­dır­ma­ğa ça­lı­şır­lar. Ma­hiy­yə­ti­ni isə heç kəs bil­mir. “Sev­gi­li­lər Gü­nü” ol­du­ğu­nu de­yib ke­çir­lər. Onun ma­hiy­yə­ti­nə var­ma­dan qeyd edir­lər və il­lər­lə də bu in­san­la­rın bey­ni­nə ho­pur. 10-20 il keçən­dən son­ra ye­ni nə­sil ye­ti­şə­cək və o nə­sil bu­nu özü üçün mü­qəd­dəs bir gün ola­raq qeyd edə­cək. Bir gün on­la­ra de­yən­də, ba­şa sa­lan­da ki, 14 fev­ra­lın ma­hiy­yə­ti nə­dir, on­lar sa­də­cə ola­raq dəh­şə­tə gə­lə­cək­lər və çı­xış yo­lu­nu tap­ma­ya­caq­lar. Ona gö­rə biz he­sab edi­rik ki, Or­ta Asi­ya­da, hət­ta Tür­ki­yə­nin özün­də də 14 fev­ral­la bağlı sa­ğa-so­la təb­li­ğat apa­ran­lar var, bun­la­ra da təb­liğ olun­ma­lı­dır ki, tür­kün öz ta­ri­xin­də 14 fev­ral ki­mi gün­lə­ri ayaq­la­rı­nın al­tı­na sa­lıb tap­da­la­ya­caq sə­viy­yə­də şə­rəf­li, lə­ya­qət­li gün­lə­ri var.

– Ma­raq­lı­dır ki, Av­ro­pa hər şey­də ol­du­ğu ki­mi, bu mə­sə­lə­də də irə­li dü­şür və çox əhə­miy­yət­siz, uzun il­lər Avropa­nın özün­də qa­da­ğan edil­miş də­yər­lə­ri, od­da qa­la­nan Va­len­ti­ni üs­tü­mü­zə gön­də­rir­lər. On­suz da bi­lir­lər ki, bir-bi­ri­ni se­vən iki gənc bir gün bir-bi­ri­lə­ri­nə gül ba­ğış­la­ya­caq­lar. Əs­lin­də, Av­ro­pa­nın ma­ra­ğın­da da de­yil ki, keşiş Va­len­tin kim­dir və onu ha­ra apa­rır?

– Bu­ra­da in­san­la­rın şü­ur­la­rı­na tə­ca­vüz var. İn­san­la­rın be­yin­lə­ri­nə Va­len­tin gü­nü­nü ye­rit­mək­lə baş­qa bir missiyanı hə­ya­ta ke­çi­rir­lər. Bu, eks­pan­si­ya­dır. Özü də bu eks­pan­si­ya­da av­ro­pa­lı­la­rın bəl­kə də baş­qa se­çə­nə­yi ol­say­dı, onu tət­biq edər­di­lər. Sa­də­cə ola­raq, Av­ro­pa­nın bu sev­gi mə­sə­lə­sin­də da­ha abır­lı se­çə­nə­yi ol­ma­dı­ğı­na gö­rə, o bia­bır­çı­lıq gə­ti­rən gün­dən məc­bu­rən is­ti­fa­də et­mə­li ol­du. Üs­tə­lik, bu on­la­rın iş­lə­ri­nə ya­ra­yır. Ni­yə yarayır? Çün­ki Av­ro­pa əx­la­qı ilə türk və şərq əx­la­qı ta­ma­mi­lə fərq­li şey­lər­dir. Tür­kün əx­la­qı­nı əgər bu gün əlindən al­san, türk dün­ya­sı məhv ola­caq. Türk dün­ya­sı­nı za­man-za­man ayaq­da sax­la­yan ən mü­qəd­dəs amil onun əx­la­qı olub. Bö­yü­yə say­ğı, ənə­nə­lər, adət, tö­rə… Biz mə­za­ra 200 il əv­vəl qo­yu­lan ulu­la­rı­mı­za say­ğı duyuruq, onun mə­za­rı­nı zi­ya­rət edi­rik. Onu bir can­lı ola­raq qəlb­lə­ri­miz­də ya­şa­dı­rıq. Av­ro­pa­lı isə heç ata­sı­nın məza­rı­nın ha­ra­da ol­du­ğu­nu çox za­man unu­dur. Nə­və­lər çox za­man ba­ba­la­rı­nın qəb­ri­ni dü­şün­mür. Yə­ni o əx­laq bi­zim cə­miy­yə­ti deq­ro­da­si­ya­ya – aşın­ma­ya mə­ruz qoy­maq üçün tət­biq olu­nur. Bu gün 14 fev­ral Va­len­tin gününü gə­ti­rib­lər, am­ma əs­lin­də əx­la­qı­mı­za tə­ca­vüz edir­lər…

– Gö­rü­nüş­də “Sev­gi­li­lər Gü­nü”dür, am­ma əs­lin­də onun ar­xa­sın­da həm mis­sio­ner­lik, həm türk ai­lə­si­nə tə­ca­vüz, həm Avropa mə­də­niy­yə­ti­nin ye­ri­dil­mə­si və s. şey­lər da­ya­nır…

– Gənc­lər üçün be­lə bir gün la­zım­dır ki, sev­gi­li­lə­ri­nə hə­diy­yə et­sin­lər, on­la­ra diq­qət gös­tər­sin­lər, ilin bir təq­vim gü­nün­də sev­gi­lə­ri­ni bə­yan et­mə­lə­ri üçün im­kan ol­sun, av­ro­pa­lı­lar da bu gün­dən is­ti­fa­də edir­lər və öz­lə­ri­nin heç bir də­yə­rə söy­kən­mə­yən gün­lə­ri­ni bi­zə ye­dirt­mə­yə ça­lı­şır­lar. Am­ma sa­bah öv­la­dı­mız biz­dən so­ru­şan­da ki, “ata, bu nə Sev­gi­li­lər Gü­nü­dür, bu­nun ta­ix­çə­si nə­dir?” – da­nış­ma­ğa be­lə uta­nır­san. Prob­lem bun­da­dır. Ona gö­rə də, 30 İyun-Sev­gi­li­lər Gü­nü­nün də­yər­lə­ri­ni öv­lad­la­rı­mı­za izah et­mə­li­yik. Bir və­tən­daş ola­raq Əvəz Zey­nal­lı bu təşəbbü­sü irə­li sü­rüb, bə­zi­lə­ri de­yir­lər ki, Əvəz Zey­nal­lı bu tə­şəb­bü­sü ilə ta­rix­də özü­nə ad qa­za­na­caq, am­ma mən si­zin də fi­kir­lə­ri­ni­zi eşit­mi­şəm de­mi­si­niz ki, “mə­nim adım ol­ma­sın, nə olur­sa ol­sun…”

– Mə­nim bü­tün re­dak­tor­la­ra rəs­mi mü­ra­ciə­tim olub…

– Bir in­san bun­dan ar­tıq mil­lə­ti üçün nə edə bi­lər ki? İn­di Əvəz Zey­nal­lı­nın ağ­lı­na bu ide­ya gə­lib və dü­şü­nüb ki, bu­nu elə­mək la­zım­dır, biz də cə­miy­yət ola­raq bu­nu dəs­tək­lə­mə­li­yik…

– Əs­lin­də, mil­lə­tin xey­ri­nə­dir­sə, əs­lin­də, mil­lə­ti­mi­zin ta­ri­xi­nə gənc­lə­ri­miz üçün önəm­li ne­mət ve­rə bi­li­rik­sə, ad qazan­ma­ğın da gü­na­hı yox­dur ki? Ni­yə, bu adı Va­len­tin­lə­rə gö­rə, xa­ri­ci­lə­rin axıt­dı­ğı qrant­la­ra gö­rə qa­zan­ma­lı­yıq ki? Öz mil­lə­ti­miz­dir, öz də­yər­lə­ri­miz­dir…

– Tə­bii ki…

– Söh­bət heç Əvəz Zey­nal­lı­dan get­mir. Siz də bir mis­si­ya­nın için­də­si­niz. İn­di o ba­rə­də söh­bət edə­cə­yik. İn­sa­na ça­mur atan­lar da olur, is­teh­za ilə ya­na­şan­lar da… Am­ma “7 döv­lət-bir mil­lət” mə­sə­lə­si də bir ideo­lo­gi­ya­dır və mü­rək­kəb bir ideo­lo­gi­ya­dır. Qoy bu adı bi­zim mil­lə­ti­miz qa­zan­sın. Əgər bi­zim içə­ri­miz­də elə adam­lar var ki, bu mis­si­ya­nın ağır­lı­ğı­nı öz üzər­lə­ri­nə gö­tü­rüb­lər, nə üçün on­la­ra dəs­tək ol­ma­yaq? Ni­yə ideo­lo­gi­ya­nı mil­lə­ti­mi­zə Corc So­ros gə­tir­mə­li­dir? Mən bu təş­ki­la­tı aşa­ğı­la­maq niy­yə­tin­də de­yi­ləm, av­ro­pa­lı təş­ki­lat­la­rın bir ço­xu­nun azad­lıq, öz­gür­lük, de­mok­ra­ti­ya gə­tir­di­yi­nə ina­nı­ram. Am­ma heç də bü­tün təş­ki­lat­lar be­lə de­yil. Biz ar­tıq 8 il­dir 30 İyu­nun “Sev­gi­li­lər Gü­nü” bay­ra­mı ki­mi qeyd olun­ma­sı uğ­run­da mü­ba­ri­zə apa­rı­rıq və mən bu­na qar­şı o qə­dər bö­yük qısqanc­lıq hiss edi­rəm ki, bu sa­də­cə Əvəz Zey­nal­lı­ya qar­şı yö­nəl­miş qıs­qanc­lıq de­yil. Əvəz Zey­nal­lı və ya “Xural” qə­ze­ti o qə­dər bö­yük de­yil ki, bir mil­lə­tin ən önəm­li də­yə­ri­ni on­la­ra gö­rə gü­da­za ver­sin­lər? Əs­lin­də, biz bu mə­sə­lə­lər­lə, bu tək­lif­lər­lə hiss edi­rəm ki, öl­kə­miz­də olan nə­həng güc­lə­rin ma­raq­la­rı­na to­xu­nu­ruq. On­lar be­lə şey­lər­dən çox na­ra­hat­dır­lar…

– SSRİ da­ğı­lan­dan və müs­tə­qil­lik qa­za­nan­dan son­ra üzə­ri­miz­də çox göz ol­du. Çox­la­rı is­tə­di­lər ki, Azər­bay­ca­na gə­lib hökm­ran­lıq et­sin­lər. Av­ro­pa və ABŞ-ın hə­rə­si­nin özü­nə gö­rə si­ya­sə­ti var və on­la­rın hər iki­si Azər­bay­can­da he­ge­mon­luq et­mək is­tə­yir­lər. Tə­bii­dir ki, bu ek­pan­si­ya nə si­lah, nə ma­liy­yə, nə də neft gü­cü­nə de­yil. Yə­ni hər sa­hə­də bun­lar hü­cu­ma ke­çib­lər və is­tər-is­tə­məz öz də­yər­lə­ri­ni öl­kə­nin da­xi­li­nə ye­ri­də­rək, bi­zi öz­lə­ri­nə bağ­la­maq is­tə­yir­lər. Bu gün Tür­ki­yə­də Av­ro­pa Bir­li­yi ilə bağ­lı ha­mı­nın iz­lə­di­yi pro­ses­lər ge­dir. Mən ora­da­kı dost­la­ra da deyirəm ki, “siz bu iki se­çə­nək­dən bi­ri­nin üzə­rin­də da­yan­ma­lı ol­du­ğu­nuz hal­da, Av­ro­pa­nın is­tə­di­yi­nin üzə­rin­də da­ya­na­caq­sı­nız­sa, Tür­ki­yə, türk dün­ya­sı əl­dən ge­də­cək. Ümu­miy­yət­lə, türk­lük əl­dən ge­də­cək. Ba­xın, nə tə­ləb edir­lər: Ata­türk­dən, Ata­türk də­yər­lə­rin­dən im­ti­na et­mə­li­sən. Hal­bu­ki bü­tün dün­ya bi­lir ki, Tür­ki­yə­ni ayaq­da tutan fak­tor əs­lin­də Ata­türk də­yər­lə­ri­dir. Ola bi­lər ki, bu gün Tür­ki­yə­də de­mok­ra­ti­ya ilə ayaq­laş­ma­yan mü­əy­yən də­yər­lər var. Ata­tür­kün tə­lim­lə­rin­də… Tə­bii ki, öz za­ma­nın­da güc­lü, qə­bul olun­ma­sı məc­bur olan də­yər­lər­dir bun­lar…

– On­la­rı da in­ki­şaf et­dir­mək olar…

– …Mə­sə­lə ora­sın­da­dır ki, Tür­ki­yə döv­lə­ti­ni Ata­türk bel sü­tu­nu ola­raq qo­ru­yur. Özü ol­ma­sa da, ideo­lo­gi­ya­sı Türki­yə döv­lə­ti­ni ayaq­da sax­la­yır və bu gün Av­ro­pa Bir­li­yi şərt qo­yur ki, Ata­türk­dən im­ti­na edil­mə­li­dir. Ne­cə? De­yir­lər ki, Ata­tür­kü qo­ru­ma­ğı nə­zər­də tu­tan mad­də­lər çı­xa­rıl­sın, yə­ni do­la­yı­sı ilə ona gə­ti­rir­lər ki, Ata­türk sıradan bir in­san­dır və onu təh­qir et­mək və ağ­zı­na gə­lə­ni de­mək olar… Bu­yu­run, bu təq­dir­də Av­ro­pa Bir­li­yi­nin qa­pı­la­rı si­zin üzü­nü­zə açıq­dır. Mən də Tür­ki­yə­də ya­şa­yan dost­la­rı­mı­za de­yi­rəm ki, si­zi ni­yə Ata­türk­süz Av­ro­pa Bir­li­yi­nə qə­bul edir­lər? Çün­ki Ata­tür­kün özü bö­yük bir də­yər­dir.

– İşin ma­raq­lı tə­rə­fi odur ki, lap Tür­ki­yə hö­ku­mə­ti, par­la­men­ti Av­ro­pa Bir­li­yi­nin şərt­lə­ri­ni qə­bul et­sə be­lə, o qapılar Tür­ki­yə­nin üzü­nə açıl­ma­ya­caq. Ata­türk­dən im­ti­na et­di­yi təq­dir­də də Tür­ki­yə­yə elə bir də­yər­lər yeridiləcək, elə ağır şərt­lər irə­li sü­rü­lə­cək ki, Tür­ki­yə av­to­ma­tik ola­raq bö­lün­mə və par­ça­lan­ma təh­lü­kə­si­lə üz-üzə qa­la­caq…

Ha­zır­la­dı: Sel­can Xa­tun

Ardı növbəti sayda

Qaynaq: Xural qəzeti, 13 iyun 2010

Müsahibə:

1-ci hissə: 30 İyun Türk dünyası üçün örnəkdir!
2-ci hissə: Tac Mahalı da sevgi tikib!
3-cü hissə: AXCP mənə arxadan zərbə vurdu
4-cü hissə: Həqiqətən də loyallaşmışam

5-ci hissə: Başımızda Heydər Əliyevin yumruğu olmalıydı!

Oxunma sayı: 6999