YAP-sayağı demaqogiya

Tez-tez rast geldiyimiz bir sehne var: YAP-çılar, yaxud da iqtidar temsilçileri bütövlükde hansı meseleden danışırlar danışsınlar, söhbeti herleyib-fırlayıb AXC-Müsavat hakimiyyetinin üzerine getirirler. İster Milli Meclisde müzakireler zamanı, isterse de adi debatlarda YAP-çılara, meselen, indiki rejimin antidemokratik olmasından, insan haqlarını pozmasından danışsan mütleq 1992-93-cü illerdeki hakimiyyet zamanı baş verenlere ekskurs ederek o zaman daha dehşetli durumda olduğumuzu sübut etmeye qalxışacaqlar. Bir çox hallarda ise yeri geldi-gelmedi, H.Eliyeve yarınmaq üçün yene de müxalifeti tenqid edecek, onun fealiyyetini gözden salmaq yolu tutacaqlar. Rehmetlik E.Elçibeyin sözü olmasın, bunlar üçün ne çalırsan çal, onsuz da “Heyvagülü” oynayacaqlar. H.Eliyevin son hakimiyyet dövrünü müşahide edenler bu sehneni demek olar ki, her gün seyr etmek zorunda qalıblar. YAP-çıların çıxışlarının bir ana xetti var: “H.Eliyevin uğurlu daxili ve xarici siyaseti neticesinde ölkede sabitlik yaranıb, Azerbaycan dünyada tanınıb. Lakin bu uğurlarla barışmaq istemeyen bedxahlar, yeni müxalifet yalandan hay-küy salır ki, insan haqları pozuldu, ne bilim ne oldu. Halbuki onların bir illik hakimiyyeti dövründe nece dehşetli hadiseler baş verirdi. Meselen jurnalistler döyülürdü, korrupsiya baş alıb gedirdi ve s.” Bütün bunlara söykenen YAP-çıların mentiqini bele anlamaq olar: eger demokratların hakimiyyeti zamanı hansısa insan haqları pozuntuları baş veribse, demeli niye de H.Eliyev hakimiyyeti zamanı bu hallar baş vermesin? İndiki iqtidarın insan haqlarını pozması ve insanları rezil etmesi haqda danışanların YAP-çılardan aldıqları cavab bu olur: “sizin beyendiyiniz demokratlar jurnaliste kağız yedirirdiler”. Çox “güclü” mentiqdir.

İndi ise keçek esas metlebe. H.Eliyev hakimiyyetinin insan haqlarını pozması şübhesizdir. Ac-yalavac insanların olması da bir faktdır (en azı “Azadlıq”ın redaksiyasından bir tin arxadakı küçeye baş çekmek yeter). Korrupsiya az qala milletin iliyine işleyib. Ele bir idare tapmazsan ki, orada senden rüşvet almasınlar. Biz de bu faktları dile getiririk ve getirmekde de davam edeceyik. Yalnız bu naqislikler aradan qaldırıldıqda susmaq fikrimiz var. Yoxsa bütün bunları görüb dinmemekle naqislikleri töredenlerle hemreylik nümayiş etdirmiş olardıq. Heç iddia etmirik ki, E.Elçibeyin hakimiyyeti dövründe her şey doğrudan da yaxşı idi. Tebii ki, o dövrün de öz naqislikleri vardı. YAP-çıların “arqumentine” çevrilmiş meseleler de baş vermiş ola biler. Heç onların öz tebliğatlarında bu faktlardan istifade etmesinin de eleyhine deyilik. Amma yeri geldi-gelmedi bele meselelere esaslanıb bugünkü pozuntuları ört-basdır etmek cehdleri ile barışmaq doğru olmazdı.

Yeni lap tutaq ki, E.Elçibey hakimiyyeti başdan ayağa cinayete qurşanıbmış. Doğrudanmı bele bir hal indiki hakimiyyete de cinayet etmek üçün haqq verir? Axı hansı mentiqle öz qanunsuz emellerinize özünüzden önceki hakimiyyetin qanunsuz saydığınız emelleri ile haqq qazandırmaq isteyirsiniz? Eger bu mentiq doğrudursa onda E.Elçibeyden önceki dövrde de bir xeyli qanun pozuntusu baş verib. Tebii ki, burada H.Eliyevin birinci hakimiyyeti de “yaddaqalan” işler görüb. İndi E.Elçibey hakimiyyetinin nümayendeleri de durub demelidir ki, bizden öncekilerin dövründe dehşetli hadiseler baş vermişdi ve biz buna göre qanun pozuntularına yol vermekde haqlıyıq? Bu yanaşma demaqogiyadan başqa bir şey deyildir ve bele bir demaqogiyadan gen-bol behrelenenler de YAP-çılardır. Ele ise buna sadece “YAP-sayağı demaqogiya” adı vermek daha doğru olardı.

Azər Həsrət. Dərc edilib: Azadlıq, 10 yanvar 2002

Oxunma sayı: 8733
Share