Tac Mahalı da sevgi tikib!

Tac Mahal

Azər Həs­rət: “Bi­zim ta­ri­xi­miz­də İl­ham-Fə­ri­zə ha­di­sə­si sev­gi ilə bağ­lı bir ör­nək, bir nü­mu­nə­dir­sə, baş­qa sa­hə­lər­də də çox də­yər­li olan ör­nək­lə­ri­miz var və bun­la­rın bən­zə­ri yox­dur”

Ata­türk də­yər­lə­ri ol­ma­sa, Tür­ki­yə par­ça­la­nar…

Azər Həs­rət re­dak­si­ya­mı­za gəl­di və 30 İyu­nun bü­tün türk dün­ya­sın­da Sev­gi­li­lər Gü­nü ki­mi qeyd olun­ma­sı üçün əmək­daş­lıq tək­lif et­di. Do­nub qal­dıq. Ona gö­rə yox ki, gör­mə­miş­li­yi­nə düş­müş­dük. Ona gö­rə ki, in­di Azər­bay­can­da ada­mın ya­nı­na gə­lən ən azı əlin­də özü boy­da bir din­lə­mə qur­ğu­su gə­ti­rir, ada­mın aya­ğı­nın al­tı­nı eşir, ada­mın çı­ra­sı­nı ke­çi­rir…

Für­sə­ti föv­tə ver­mə­dik. Əli­mi­zə düş­müş­kən in­di­yə qə­dər olub-bi­tən­lər­dən da­nış­dıq. Nə ol­du, nə­lər ol­du, bir za­man­lar ra­di­kal­lı­ğın­dan “Azad­lıq” qə­ze­ti­nin sə­hi­fə­lə­rin­də qan da­mar­kən, in­di ni­yə bu qə­dər lo­yal­laş­dı? Bir za­man­lar Mət­bu­at Şu­ra­sı­nın və Əf­la­tun Ama­şo­vun qor­xu­lu rö­ya­sı olar­kən, nə ol­du ki, in­di Əf­la­tu­nun ən bö­yük mü­da­fiə­çi­lə­rin­dən bi­ri­nə çev­ril­di? Ge­niş və ət­raf­lı söh­bət et­dik… Bu­ra­da Əli Kə­rim­li ilə ay­rı­lıq­dan Azər Həs­rə­tin AXCP-nin köh­nə ofi­si­ni tərk et­mə­si­nin giz­lin­lə­ri­nə qə­dər hər şey açıq­lan­dı. Yə­ni an­la­şı­lan Azər Həs­rə­tin bu mü­sa­hi­bə­si keç­miş par­ti­ya­daş­la­rı­nı əməl­li-baş­lı hirs­lən­di­rə­cək.

Be­lə­lik­lə, qo­na­ğı­mız Yed­di Döv­lət – Bir Mil­lət Kon­se­yi­nin baş­qa­nı Azər Həs­rət­dir…

Əv­və­li ötən sa­yı­mız­da

– İşin ma­raq­lı tə­rə­fi odur ki, lap Tür­ki­yə hö­ku­mə­ti, par­la­men­ti Av­ro­pa Bir­li­yi­nin şərt­lə­ri­ni qə­bul et­sə be­lə, o qa­pı­lar Tür­ki­yə­nin üzü­nə açıl­ma­ya­caq. Ata­türk­dən im­ti­na et­di­yi təq­dir­də də Tür­ki­yə­yə elə bir də­yər­lər ye­ri­di­lə­cək, elə ağır şərt­lər irə­li sü­rü­lə­cək ki, Tür­ki­yə av­to­ma­tik ola­raq bö­lün­mə və par­ça­lan­ma təh­lü­kə­si­lə üz-üzə qa­la­caq…

– Tür­ki­yə Av­ro­pa Bir­li­yi­nə Tür­ki­yə döv­lə­ti ol­ma­ya­raq la­zım­dır. Bu gün də Türk döv­lə­ti­nin bel sü­tu­nu Ata­türk də­yər­lə­ri­dir. Tür­ki­yə bu də­yər­lər­dən im­ti­na et­di­yi za­man tə­nəz­zü­lə doğ­ru ge­də­cək, zə­if­lə­yib par­ça­la­na­caq. Azər­bay­can cə­miy­yə­tin­də də bi­zim mü­şa­hi­də et­di­yi­miz bir mə­qam var. Son 20 il­də, SSRİ da­ğı­lan­dan və Azər­bay­can müs­tə­qil­lik qa­za­nan­dan son­ra Əbül­fəz El­çi­bəy, Hey­dər Əli­yev ən par­laq fi­qur­lar olub­lar. Əbül­fəz El­çi­bəy xalq hə­rə­ka­tı­nın mil­liy­yət­çi bir li­de­ri ki­mi, Hey­dər Əli­yev də El­çi­bəy ha­ki­miy­yə­tin­dən son­ra­kı dö­nə­min pre­zi­den­ti ki­mi, üs­tə­lik də ki­fa­yət qə­dər san­bal­lı keç­mi­şi – düz­dür, kor­rup­si­ya, rüş­vət mə­sə­lə­lə­ri cə­miy­yət­də tən­qid olu­nur, am­ma bü­tün bun­la­rı kə­na­ra qoy­maq la­zım­dır – nə­həng çə­ki­si olan bir in­san­dır. Bu iki adam ar­tıq çağ­daş ta­ri­xi­miz­də öz yer­lə­ri­ni tu­tub­lar. İn­di əgər biz on­la­rı ta­ri­xi­miz­dən çı­xar­saq, ye­rin­də nə qa­lar?

– Ta­ri­xi­miz ke­çəl gö­rü­nər…

– Hə­qi­qə­tən də… Əbül­fəz El­çi­bə­yin ye­ri bu gün də mil­liy­yət­çi­lik hə­rə­ka­tın­da gö­rü­nür. Mil­liy­yət­çi­lik hə­rə­ka­tın­da onun ye­ri boş­dur. Tu­taq ki, pre­zi­dent İl­ham Əli­ye­vin pre­zi­dent ola­raq var­lı­ğı möv­cud­dur, hiss olu­nur, am­ma Hey­dər Əli­ye­vin ye­ri gö­rü­nür. Yə­ni Hey­dər Əli­yev nə­həng­li­yin­də si­ya­si fi­qur, av­to­ri­tet yox­dur. O ba­xım­dan, bu gün Ata­tür­kü də Tür­ki­yə ta­ri­xin­dən, türk tə­fək­kü­rün­dən çı­xa­ran­da…

– Ümu­miy­yət­lə, Tür­ki­yə qal­mır…

– Val­lah…

– Tür­ki­yə­də bu gün nə var­sa, Ata­tür­kün adı ilə bağ­lı­dır…

– Tür­ki­yə bu­dur. Ona gö­rə Av­ro­pa Bir­li­yi is­rar edir ki, Ata­tür­kü ta­ri­xi­niz­dən, yad­da­şı­nız­dan, tə­fək­kü­rü­nüz­dən si­lin. Tür­ki­yə­də elə qüv­və­lər var ki, bu­na “dün­ya də­yər­lə­ri” de­yib dəs­tək­lə­yir­lər. Mən ba­şa düş­mü­rəm ki, “dün­ya də­yər­lə­ri” de­dik­lə­ri şe­yi ni­yə bi­zə sı­rı­yır­lar? Ni­yə fran­sız­la­ra de­mə­di­lər ki, Şarl De Qo­lu ta­ri­xi­niz­dən çı­xa­rın, son­ra Av­ro­pa Bir­li­yi­nə bir­lə­şin. O da Fran­sa­nın Ata­tür­kü­dür…

– On­lar­da da­ha sərt və da­ha ağır qə­rar­lar olur…

– Üs­tə­lik, bu gün ne­cə olur ki, Tür­ki­yə­ni is­lam­çı­lıq­da it­ti­ham edir­lər, am­ma Fran­sa baş ör­tü­sü­nü qa­da­ğan edir. Ha­ra­da qal­dı in­san haq­la­rı? Bi­zim üzə­ri­mi­zə də gə­lir. Av­ro­pa, Qərb döv­lət­lə­ri ABŞ üzə­ri­mi­zə gə­lir ki, Azər­bay­can­da in­san haq­la­rı po­zu­lur. Baş ör­tü­sü bir in­sa­nın di­ni azad­lı­ğı­dır. Adam İs­la­ma si­ta­yiş edir və ba­şör­tü­sü ta­xır, nə­dər in­san haq­la­rın­dan dəm vu­ran bir döv­lət bu­na qa­da­ğa qo­yur? Bir mil­yard­dan ar­tıq in­san İs­lam di­ni­nə ta­pı­nır. Mən özüm din­dar de­yi­ləm, am­ma is­tər-is­tə­məz içi­miz­də bir əda­lət his­si var. Ya­xud “er­mə­ni soy­qı­rı­mı” mə­sə­lə­si… Fran­sa par­la­men­ti qə­rar çı­xa­rır ki, soy­qı­rı­mı dan­maq suç­dur. Da­na bil­məz­sən, ya həbs, ya da cə­ri­mə olu­na­caq­san. Tür­ki­yə­də Ata­tür­kü qo­ru­maq Av­ro­pa­ya gö­rə suç­dur. De­yir­lər ki, Ata­tür­kü qo­ru­yan qa­nun­lar də­yiş­di­ril­mə­li­dir. Bu­ra­da bir ada­mın lə­ya­qə­ti, şəx­siy­yə­ti qo­ru­nur. Bu­nun nə­yi pis­dir ki? Bə­yəm Tür­ki­yə­də Ata­tür­kü tən­qid et­mək qa­da­ğan olu­nub? Elə. Am­ma əsas­lı və təh­qir et­mə­yə­cək şə­kil­də…

– Elə döv­lət­lə­ri­mi­zə də mə­də­niy­yət çə­ti­ri al­tın­da­kı giz­li ideo­lo­gi­ya­lar­la da­xil olur­lar. 14 fev­ral­da Tür­ki­yə­də bir bay­ram əh­val-ru­hiy­yə­si olur. Hal­bu­ki dörd bir tə­rəf­də yer­lə­şən döv­lət­lər bu gü­nü ümu­miy­yət­lə, qa­da­ğan edib­lər. İran qa­da­ğan edib, Səu­diy­yə Ərə­bis­ta­nın­da kral əmr ve­rib ki, hə­min gün gül sat­maq qa­da­ğan olun­sun, İn­do­ne­zi­ya­da mol­la­lar ca­mi­lər­də xüt­bə­lər oxu­yur­lar – bu da 14 fev­ra­lın qar­şı­sı­nı al­mır, da­ha da güc­lən­di­rir. Çün­ki hə­min ya­saq­lar bu gü­nü da­ha da po­pul­yar­laş­dı­rır. Ona gö­rə də be­lə qa­da­ğa­lar qoy­maq əvə­zi­nə, al­ter­na­tiv bay­ram tək­lif et­mək da­ha yax­şı­dır. O za­man gənc­lər də öz sev­gi­li­lə­ri­ni al­ter­na­tiv bay­ram gü­nün­də qeyd edə­cək­lər və 14 fev­ral da ne­cə gə­lib­sə, o cür də çı­xıb ge­də­cək…

– Bu, mən­tiq­dir…

– Əgər bi­zim ki­fa­yət qə­dər gü­cü­müz ça­tar­sa, bu gü­nü nə­in­ki bü­tün türk dün­ya­sın­da, elə İs­lam dün­ya­sın­da da qə­bul et­di­rə bi­lə­rik. Bu­nun üçün ilk növ­bə­də döv­lə­tin dəs­tə­yi ol­ma­lı­dır. Əs­lin­də top­lum­lar, qu­rum­lar, bir­lik­lər ic­ti­ma­iy­yə­ti bu­na ça­ğı­rır, döv­lət isə dəs­tək olur. Bü­tün is­lam və türk alə­mi bil­sə ki, bu bay­ram­da is­la­ma ria­yət olun­muş şə­kil­də ni­ga­hı kə­si­lən iki gən­cin öz sev­gi­si­nə sa­diq ol­ma­sı ideo­lo­gi­ya­sı var, o za­man on­lar da bu­nu se­və­rək qə­bul edə­cək­lər. Mən Azər­bay­can­da gör­düm. Azər­bay­can xal­qı və Azər­bay­can gən­ci  bir­mə­na­lı ola­raq yek­dil şə­kil­də 30 İyun Sev­gi­li­lər Gü­nün­dən ya­pış­dı. Mət­bu­at 30 İyu­nu tə­qib edə bil­mə­di. Nə te­le­vi­zi­ya rəh­bər­lə­ri, nə də qə­zet­lə­rin baş re­dak­tor­la­rı bu gü­nün xalq tə­rə­fin­dən bu şə­kil­də qə­bul olu­na­ca­ğı­na inan­mır­dı­lar. Bu bay­ram ar­tıq otu­ru­şan­da siz ba­yaq qeyd et­di­yi­niz qıs­qanc­lıq­lar ya­ran­ma­ğa baş­la­dı, özü də mə­nə və “Xu­ral”a qar­şı. Hal­bu­ki be­lə iş­lə­ri kim­sə gör­mə­li­dir və sa­də­cə bu da Al­la­hın işi­dir ki, bi­zim öh­də­mi­zə düş­dü və biz bu ide­ya­nı ve­rən­dən son­ra da ar­xa­sın­ca get­dik. Bö­yük də­yər­lə­ri, bö­yük mə­sə­lə­lə­ri əs­lin­də xır­da, cı­lız hiss­lə­rə qur­ban ver­mək ol­maz. Mən si­zə bir mə­qa­mı da xa­tır­la­dım…

1996-cı il­də fev­ra­lın 14-nü “Va­len­tin Gü­nü” ki­mi qeyd et­mək üçün ilk ola­raq 100 min dol­lar pul ay­rı­lıb. O vaxt da bu məb­ləğ həd­dən ar­tıq də­yər­li idi. Çox ma­raq­lı­dır, ma­dam bu gün tək “Sev­gi­li­lər Gü­nü” ki­mi qeyd olu­na­caq­sa, sa­də­cə gənc­lər üçün dü­şü­nü­lüb­sə, on­da nə üçün hə­min o bö­yük qüv­və­lər bu gü­nün ar­xa­sın­ca pul-pa­ra xərc­lə­yir və bu­nu təş­fiq edir­lər. De­mə­li, bu­ra­da həm də mə­də­niy­yət­lər sa­va­şı mə­sə­lə­si var. Əs­lin­də, o sa­vaş­da qa­lib ol­maq mə­də­niy­yə­ti­mi­zin qa­lib ol­ma­sı de­mək­dir. Biz hər za­man mə­də­niy­yə­ti­miz­də uduz­mu­şuq­sa, si­ya­sə­ti­miz­də də uduz­mu­şuq, mə­də­niy­yə­ti­miz­də ud­mu­şuq­sa, si­ya­sə­ti­miz­də də ud­mu­şuq. Mə­sə­lən, elə “Eu­ro­vi­si­on 2010” ya­rış­ma­sı­na bax­dıq. Biz bu mü­sa­bi­qə­yə 20 mil­yon pul xərc­lə­dik, heç nə əl­də et­mə­dik, am­ma er­mə­ni­lər biz­dən bir az aşa­ğı yer tut­du­lar, an­caq mə­də­niy­yə­ti­mi­zə tə­ca­vüz edib, bi­zə məx­sus ba­la­ba­nı, mil­li ge­yi­mi­mi­zi, mu­si­qi ele­ment­lə­ri­mi­zi, na­ğıl­la­rı­mı­zı Av­ro­pa səh­nə­si­nə öz­lə­ri­nin­ki ki­mi çı­xar­dı­lar. Rəh­mət­lik Mi­rə­li Se­yi­do­vun bir za­man­lar yaz­dı­ğı türk mi­fik “dün­ya ağa­cı”nı er­mə­ni­lər “er­mə­ni mi­fo­lo­gi­ya­sı” adı ilə de­kor­laş­dır­dı­lar. Biz mə­də­niy­yət­də ax­sa­dı­ğı­mız üçün hər za­man si­ya­sət­də də iş­lə­ri­miz ən­gəl­lə­yir. Av­ro­pa­da, bü­tün dün­ya­da er­mə­ni təb­li­ğa­tı üs­tün­lük təş­kil edir. Sayt­la­ra diq­qət ye­ti­rin, heç nə ilə on­la­rın təb­li­ğa­tı­na çat­maq müm­kün de­yil. Biz on­lar­la mü­qa­yi­sə­də mü­da­fiə olu­nu­ruq. Hal­bu­ki biz hü­cum edib də­yər­lə­ri­mi­zi qo­ru­ma­lı­yıq…

– Bi­zim prob­le­mi­miz bi­lir­si­niz­mi nə­də­dir? Er­mə­ni­lər adə­tən bir şey elə­yir, biz də on­la­rın ar­dın­ca sü­rü­nü­rük ki, o zər­bə­ni zə­rər­siz­ləş­di­rək. İs­tər Tür­ki­yə­yə, is­tər Azər­bay­ca­na, is­tər­sə də bü­töv­lük­də türk dün­ya­sı­na vu­ru­lan zi­ya­nı ara­dan qal­dır­maq üçün ça­lı­şı­rıq. Hal­bu­ki biz za­tən bi­li­rik ki, bun­lar ap­re­lin 24-də nə edə­cək­lər. Ona qə­dər təb­li­ğat hü­cum­la­rı­nı o sə­viy­yə­də təş­kil et­mə­li­yik ki, er­mə­ni­lə­rin ge­no­sid mə­sə­lə­si bir tə­ca­vüz­kar mil­lə­tin ya­lan­çı ah-va­yı­na bən­zə­sin. Ta­rix­də bi­zim 18 mart soy­qı­rı­mı­mız var. On­lar soy­qı­rım qış­qı­ra­na qə­dər biz on­la­rın üs­tü­nə get­mə­li­yik. On­suz da bi­li­rik ki, bun­la­rın hə­də­fi, niy­yə­ti nə­dir. Biz on­lar­dan da­ha əv­vəl ge­dib, on­la­rı qa­baq­la­ma­lı­yıq. Hə­də­fə biz on­lar­dan tez çat­ma­lı­yıq. Yə­ni əs­lin­də, bi­zim si­ya­sə­ti­mi­zin yan­lı­şı bu­dur. Cə­miy­yət və döv­lət ola­raq da bu yan­lış­lı­ğa yol ve­ri­rik. Bə­zən elə olur ki, biz mə­sə­lə qal­dı­rı­rıq. 7 türk döv­lə­ti mə­sə­lə­si ilə bağ­lı may ayın­da mə­nim Tür­ki­yə döv­lə­tin­də bə­zi gö­rüş­lə­rim və söh­bət­lə­rim ol­du. Bi­zim ta­ri­xi­miz­də İl­ham-Fə­ri­zə ha­di­sə­si sev­gi ilə bağ­lı bir ör­nək, bir nü­mu­nə­dir­sə, baş­qa sa­hə­lər­də də çox də­yər­li olan ör­nək­lə­ri­miz var və bun­la­rın bən­zə­ri yox­dur. Bu gə­mi əh­va­la­tı or­ta­ya çı­xan­da bu mə­sə­lə də gün­də­mə gəl­di. Sul­tan Mə­həm­məd Fa­te­hin qu­ru­dan gə­mi ke­çi­rə­rək İs­tan­bu­lu fəth et­mə­si. Yə­ni İs­tan­bu­lun fəth edil­mə­si dün­ya­nı hey­rə­tə sa­lan bir ha­di­sə­dir. Də­niz­dən ke­çi­rə bil­mə­di­yi gə­mi­ni qu­ru­dan ke­çi­rib, dağ­la­rı aşa­raq gə­ti­rib və İs­tan­bu­lu fəth edib. Ya­xud Sul­tan Bey­bars qa­zax­lar de­yir bi­zim­dir, şi­ma­li Qaf­qaz­da­kı türk­lər – qa­ra­çay­lar, ku­mık­lar, no­qay­lar, krım ta­tar­la­rı de­yir bi­zim­dir, am­ma fərq et­məz – türk­dür. Sul­tan Ak­bey var. Ərəb­lər gə­lib o tor­paq­lar­dan kö­lə ola­raq gö­tü­rüb Su­ri­ya­ya, Mi­si­rə apa­rıb və bu adam­lar kö­lə­lik­dən sul­tan­lı­ğa qə­dər yük­sə­lib­lər. Siz fi­kir ve­rin, be­lə nü­mu­nə­lə­ri olan xalq nə et­mə­li­dir? Bu cür mil­lə­ti olan xalq bun­dan an­caq qü­rur duy­ma­lı­dır. Be­lə əməl­lər­lə an­caq qü­rur du­yu­lur. Ya­xud da Ba­bur­lar im­pe­ri­ya­sı haq­qın­da mən bu ya­xın­lar­da ya­zı da yaz­dım. Te­le­ka­nal­la­rın bi­rin­də cin­siy­yə­ti, şəx­siy­yə­ti bəl­li ol­ma­yan bi­ri du­rub de­di ki, “öz­bək­lər kim­dir ki? Mə­nə öz­bək­lə­rin nə dəx­li var? On­lar­la mə­nim or­taq heç bir şe­yim yox­dur. Ola bi­lər biz fi­kir­lə­şək ki, so­yu­muz ey­ni­dir, am­ma ta­rix­dən bi­zi bir-bi­ri­mi­zə heç nə bağ­la­mır. Öz­bə­yin ta­rix­də nə ye­ri var, kim­dir ki o?”

– Çox na­dan, ca­hil və çox dü­şün­cə­siz de­yil­miş söz­lər­dir…

– Çox tər­bi­yə­siz­cə­si­nə de­yil­miş fi­kir­dir. Na­dan­lıq­la­rı bir ya­na qal­sın, çox tər­bi­yə­siz­cə­si­nə de­yil­miş söz­lər­dir. Öz­bə­yin tək Əmir Tey­mu­ru bü­tün dün­ya ta­ri­xi­nə bəs elə­yir. O bir tə­rə­fə qal­sın. Babur­ Şahın üzə­rin­də nə üçün da­yan­dım, onun haq­qın­da nə üçün yaz­dım? Babur Şah Əmir Tey­mu­run nə­və­lə­ri ilə, ai­lə­si ilə da­va edir. Hər şe­yi­ni atır, ba­şı­na bir dəs­tə adam top­la­yıb Əf­qa­nıs­ta­na ge­dir. Əf­qa­nıs­ta­na ba­şı­na bir dəs­tə top­la­yıb ge­dən bir adam ora­da 350 il­lik ta­ri­xi olan im­pe­ri­ya qu­rur. İn­gi­lis­lər Hin­dis­tan­da ko­lo­ni­ya ya­ra­da­na qə­dər bu im­pe­ri­ya da­vam edir. Və bu adam öz­bək­dir, türk­dür. Bu adam qu­ru yer­də bir im­pe­ri­ya qu­rub. Hin­dis­ta­nın sim­vo­lu de­yən­də ağ­lı­nı­za ilk ola­raq nə gə­lir?

– Tac Ma­hal…

– Gö­rür­sü­nüz­mü? Ha­mı be­lə de­yir. “Tac Ma­hal”ı bəs kim ti­kib? Ba­bur­lar im­pe­ri­ya­sı­nın nü­ma­yən­də­lə­rin­dən bi­ri – Ca­han şah Hə­qi­qi ti­kib. Hə­min sü­la­lə­dən olan türk im­pe­ra­to­ru. Hin­dis­tan dün­ya­nın ən zən­gin öl­kə­si­dir – mə­də­niy­yə­ti, di­ni, sər­və­ti… Hin­dis­tan­da sim­vol ola bi­lə­cək min­lər­lə şey tap­maq olar. İs­tər yo­qa­la­rı ol­sun, is­tər bud­dizm­lə­ri, hər şey­lə­ri ilə sim­vol və rəm­zə çev­ri­lə bi­lər­lər. Av­ro­pa­da olan­da da, Qər­bi Ru­si­ya­da olan­da da bu haq­da söh­bət­lə­ri­miz olub. May ayın­da İta­li­ya­da sə­fər­də olar­kən bir uk­ray­na­lı jur­na­list­lə söh­bət edən­də, söz türk dün­ya­sın­dan düş­dü. Bu sua­lı ona da ver­dim ki, Hin­dis­tan de­yən­də ağ­lı­na nə gə­lir? De­di, Tac Ma­hal. Mən ona bu­nun ta­rix­çə­si­ni da­nı­şan­da, o, hey­rə­tə gəl­di. Üs­tə­lik, Ca­han şah Hə­qi­qi İs­tan­bul­dan me­mar Si­na­nın şa­gird­lə­ri­ni ora gə­tir­dib və 20 il müd­də­tin­də bu­nu tik­di­rib. Xət­ta­tı da İs­tan­bul­dan gə­tiz­di­rib…

– Bu­nun da tə­mə­lin­də bir sev­gi var…

– Bə­li, çox sev­di­yi bir xa­nı­mı olur və o, dün­ya­ya öv­lad gə­ti­rər­kən və­fat edir. Onun şə­rə­fi­nə “Tac Ma­hal”ı tik­di­rir… Bə­yəm or­ta əsr­lər­də Av­ro­pa me­mar­lı­ğı in­ki­şaf et­mə­miş­di ki? İs­tə­dik­lə­ri yer­dən me­mar də­vət edə bi­lər­di­lər. Hin­dis­ta­nın, Çi­nin öz me­mar­lıq sə­nə­ti var idi. Am­ma bu adam İs­tan­bul­dan me­mar də­vət edir. Ona gö­rə­dir ki, bu gün də Hin­dis­tan de­yən­də “Tac Ma­hal” ya­da dü­şür. Düz­dür, “Tac Ma­hal”ın ti­ki­lib qur­tar­ma­sı­nı o gör­mür. Dün­ya­nı bi­lir­si­niz­mi, ən çox nə hey­rə­tə gə­ti­rir? Bu me­mar­lıq abi­də­si­nin çox ma­raq­lı bir işıq­lan­dır­ma sis­te­mi var. Tə­bii işıq­lan­dır­ma sis­te­mi var ki, bu gün də heç bir me­mar bun­dan baş aça bil­mir. Onu de­mək is­tə­yi­rəm ki, bü­tün bun­lar bir öz­bə­yi, bir qa­za­xı bə­yən­mə­yən­lə­rin qar­şı­sı­na qü­rur­la qo­yu­la­caq ta­ri­xi fakt­lar­dır. Bu gün bu nü­mu­nə­lə­ri bil­mə­mək­lə­ri az­dır, hə­lə bir tər­bi­yə­siz­lik edib de­yir­lər ki, öz­bək kim­dir? De­yir, qa­zax kim­dir? Ça­dır­da, yurd­da ya­şa­yan bir mil­lət­dir. On­la­rın mə­də­niy­yə­ti­ni araş­dı­ran­da çox gö­zəl nü­mu­nə­lər or­ta­ya çı­xır. Al­ma­tı­da “Qı­zıl adam” de­yi­lən bir abi­də­lə­ri var. Onun mə­za­rı­nı açan­dan son­ra bi­lib­lər ki, qa­zax­la­rın ta­ri­xi mi­nil­lə­rə­dək ge­dib çı­xır.

– Bö­yük bir mil­lə­tin bu­daq­la­rı­dır, is­tə­mə­sə­lər də qə­bul et­mə­yə məc­bur­dur­lar…

Da­va­mı gə­lən say­la­rı­mız­da

Qaynaq: Xural qəzeti, 20 iyun

Müsahibə:

1-ci hissə: 30 İyun Türk dünyası üçün örnəkdir!
2-ci hissə: Tac Mahalı da sevgi tikib!
3-cü hissə: AXCP mənə arxadan zərbə vurdu
4-cü hissə: Həqiqətən də loyallaşmışam

5-ci hissə: Başımızda Heydər Əliyevin yumruğu olmalıydı!

Oxunma sayı: 11887
Share