Rejimin dolanıb gelmekliyi

Başlıq bir qeder standartdan kenar tesir bağışlasa da H.Eliyev rejiminin davranışlarına başqa ad tapmaq olmur. Gerçekden de bunlar kese yol varken dolanıb gelmeye üstünlük verirler. Bu, indiki dövrde olduqca ecaib bir yanaşmadır. Ve bele bir yanaşmanı ancaq H.Eliyev rejimi nümayiş etdire biler. Heç Kuba diktatoru Fidel Kastronun da bele bir yanaşmasını gören olmayıb. Daha deqiq desek söhbet Avropa Şurasının son günler Azerbaycana dikte etdiyi ve ölke hakimiyyetinin yerine yetirmeye hazırlaşdığı bezi teleblerden gedir.

Neçe illerdir ki, hüquq müdafieçileri ve siyasi müxalifet hakimiyyeti siyasi mehbusların azad edilmesi vacibliyine inandırmağa çalışır. Tereflerin iddiaları ferqlidir: müdafieçiler çoxsaylı siyasi mehbusların azad edilmesine çalışmaqdayken hakimiyyet onların ümumiyyetle varlığını danmaq yolu tutub. “Bizde insanlar siyasi mensubiyyetine ve eqidesine göre teqib edilmir” deyen iqtidar resmileri az keçmir ki, siyasi mehbus hesab edilenlerden bir qrupunu azad edir. Meselen, “onların yaxınlarının müracietleri esasında ve ölke başçısının humanizmi neticesinde”. Tebii ki, siyasi mehbusların azadlığı uğrunda çalışanlar üçün onların hansı adla hebsden buraxılmasının o qeder de ehemiyyeti yoxdur. Esas odur ki, insan haqsız yere hebsde yatmasın.

İlk baxışdan bütün bunlar adi şeyler kimi görünür. Eslinde ise baş verenlerin ölkenin beynelxalq nüfuzuna vurduğu yaraların sağaldılması çox böyük enerji teleb edir. Bir terefden Azerbaycan haqqında menfi fikirler öz esasını tapır, o biri terefden ise ölkemize tezyiq üçün imkanlar yaranır. Yeni siyasi hakimiyyetin dar düşünceli evezçıxma cehdleri neticesinde ne olursa Azerbaycana olur. Misal üçün, keçmiş daxili işler naziri İsgender Hemidov bu tipli siyasi mehbuslardandır. Onun baresinde demek olar ki, hamının fikri birdir: “H.Eliyev İ.Hüemidovdan öc alır”. Bele olmasaydı son iller erzinde imzalanan efv siyahılarında onun da adı olardı. En azı ona göre ki, bu adamın hele de haqsız olaraq hebsde saxlanması Azerbaycanın mövqelerini zeifledir. Bele anlaşılır ki, hakimiyyet öz maraqlarını ölkenin maraqlarından üstün tutur.

Dünen KİV-de yayılan melumatlara göre, iqtidar “Milli metbuat, teleradio ve internet şurası haqqında” fermanın icrasını dayandırıb. Çünki AŞ bele teleb edib. Öz vetendaşına sayğısızlığın daha bir nümunesi. Ölke başçısı vaxtında bu probleme münasibet bildirenlerin sesini eşitseydi hansısa şura bizlere daha neyise dikte etmek imkanı qazanmış olmazdı. İndi bunlar bizim, yeni Azerbaycan vetendaşlarının arzu etdiklerini gerçekleşdirecek. Neçe müddetdir bizim dediklerimiz AŞ-nin dilinden seslendikde onlara emel edilir. İster siyasi mehbuslarla bağlı, isterse de KİV-le bağlı. Ele KİV haqqında qanuna edilen deyişiklikler, ictimai televiziya ile bağlı gelişmeleri de deyilenlere elave etmekle hakim rejimin hereketlerini ne üçün “dolanıb gelmeklik” kimi qiymetlendirdiyimizi anlamaq olar.

H.Eliyev rejimi artıq öz vetendaşının teleblerine emel etmeye öyreşmeye başlayıb. Ancaq bu telebler vetendaşın öz dilinden seslenende deyil, yer küresinin başqa nöqtelerindeki conların dilinden seslenende. Bu, ölkeni ve milleti başqalarının ayaqları altına atmaq deyilmi? Olmazdımı ki, AŞ-nın telebleri kimi gündeliye gelen meseleleri ele öz vetendaşlarımız dile getirerken hell etmekle hem de Azerbaycana deyecek zerbenin qarşısı alınsın? Olardı. Amma etmirler. Çünki vetendaşı köle kimi görmek isteyen hakimiyyet onun haqlı teleblerini yerine yetirmekle eslinde xalqla hesablaşmış olardı. Buna da ki, H.Eliyev rejimi öyrenceli deyil. Bu rejim özünden yuxarıdakılarla hesablaşmağa öyreşib. Ona göre de bu “dolanıb gelmeklikler” hele de davam edecek. Yene de ölkenin nüfuzu hesabına…

Azər Həsrət. Dərc edilib: Azadlıq, 22 yanvar 2002

Oxunma sayı: 5294