"Skinhed" dazbaş demekdir

Ana dilimizin saflığı ve ehtiyac olduqca zenginleşdirilmesi neinki her bir aydının, ümumiyyetle her bir vetendaşın borcudur. Ancaq teessüfler olsun ki, eli qelem tutanlarımız bu meseleye hedden artıq bigane yanaşır. Qezetlerimiz ve teleradio kanallarımız çox zaman ferqine varmadan, yeri geldi-gelmedi ecnebi dillerden öyrendikleri sözleri milletimize sırıyırlar. Sonucda ise hem dilimiz zibillenir, hem de adi vetendaşlarımızın öz dilimizi bele anlaması çetinleşir. Özü de bu proses o qeder süretle gedir ki, qarşısı alınmasa belke de yaxın illerde öz türkcemizi anlamaq üçün yanımızda bir dilmanc gezdirmeli olacağıq. Bununla bele hele qurtuluş imkanları da yox deyil.

…Öten hefte en böyük faşist Adolf Hitlerin ad günü idi. Azerbaycanın tele ve radiokanalları, qezetleri xeber yaymağa başladı ki, bes bu günü qeyd etmek üçün Moskvaya çoxlu sayda “skinhed” toplaşıb. Onlar Hitlerin ad gününde Rusiya paytaxtında yaşayan qeyri-rusları öldürecekler. Xeberin özüyle işimiz yoxdur. Adi ve normal bir xeberdir. Amma buradakı bu “skinhed” sözüyle bizim işimiz var.

Birincisi, adi Azerbaycan vetendaşı üçün “skinhed” sözü anlaşılmaz bir kelmedir. Yeni göresen bu ne demekdir? Ve bu zaman bir az savadlı sayılanlar felsefe açaraq “skinhed”in ne olduğunu izah etmeye girişirler. Ve herlenib- dolanıb ona gelirler ki, sen deme bu sözün türkcesi “dazbaş” demekdir. Yeni ingiliscede “skin” “deri”, “head” ise “baş” demekdir. Birleşib olublar “deribaş”. Bizim dilde bunun qarşılığı sadece “dazbaı” kelmesidir. Bu qeder.

İkincisi ise, tekce bu sözle iş bitseydi derd yarıydı. Jurnalistlerimiz neye görese “keçmiş” sözünü “eks”le evez etmeye hedden çox meyl gösterirler. Yaxud Milli Meclis sedri üçün artıq “spiker” sözü vetendaşlıq qazanıb. Eger biz Murtuz Elesgerova “spiker” evezine “meclis başqanı” desek bir ziyanamı düşerik? Esla yox! Eksine daha çox insanın bizi anlamasına nail ola bilerik. Ele eyni düşünceni bu “eks”e de aid etmek olar. Bir de gördün ana dilinden başqa dil bilmeyenin birisi (hele onu da düz emelli bilirse – A.H.) özünü, nece deyerler, savadlı göstermek üçün bildiyi beş-altı ecnebi sözü yazıb yapışdırır ki, gel göresen! O zaman keçmiş idare müdiri olur “eks-şef”, keçmiş deputat da “eks-empi”!

Hele bir “transfer” kelmesine baxın. İdman xeberçilerinin dilinden tez-tez bele bir cümle eşitmek olar: “filan futbolçu filan komandadan filan komandaya “transfer” etdi”. Evveller ise burada “transfer” evezine “keçdi” deyerdiler. Bu “keçdi” kelmesinin neye göre öz hüquqlarını itirmesi heç anlaşılmır. Halbuki en adi vetendaş bele “transfer” sözünü anlamağa çetinlik çekerken “keçdi” sözünü derhal anlayacaq. Başqa bir misalda “qapıçı”nın “golkiper”le evez edilmesinin şahidi oluruq. Futbolda qapıçının kim olduğunu anlamayan ümumiyyetle ola bilmez. Di gel neden buna “golkiper” (“goal” – “qol”, “keeper” ise “tutan” demekdir) deyirik? Niye türkce evezine bir ingilis sözünü işledirik? Hele bu harasıdır?!

Yeqin ki, tez-tez “servis xidmeti” kimi ecaib bir söz birleşmesini eşitmeyen olmaz. Xüsusen de reklam metnlerinde: “filan şirket filan istiqametde “servis xidmeti” gösterir”. İndi gel anla görüm bunlar ne demek isteyir! “Service” ele ingilisceden çevirende dönüb olur “xidmet”! İndi bu “servis xidmeti”ni türkceye çevirsek olacaq “xidmet xidmeti”! Necedir?

Bu cür misalları çox çekmek olar. Ancaq meqsedimiz bu deyil. Meqsedimiz odur ki, vetendaşlarımız, xüsusen de jurnalistlerimiz dilimizin başına bele oyunlar açmasınlar. Türkceni zibillemeye kimsenin haqqı yoxdur! Ecnebi dil bilmek yaxşı şeydir. Ancaq öz diline xor baxanın ecnebi dil öyrenmesi de bir şey vermez.

Azər Həsrət. Dərc edilib: Azadlıq, 23 aprel 2002

Oxunma sayı: 7997
Share