Həqiqətən də loyallaşmışam

Azər Həsrət

Azər Həs­rət: “De­mok­ra­tik yol­la be­lə bu ha­ki­miy­yət mü­xa­li­fə­ti uda bi­lər”

Hə­kim­lər di­aq­noz qoy­du­lar ki, bir ilə ölə­cək­sən…

Azər Həs­rət re­dak­si­ya­mı­za gəl­di və 30 İyu­nun bü­tün türk dün­ya­sın­da Sev­gi­li­lər Gü­nü ki­mi qeyd olun­ma­sı üçün əmək­daş­lıq tək­lif et­di. Do­nub qal­dıq. Ona gö­rə yox ki, gör­mə­miş­li­yi­nə düş­müş­dük. Ona gö­rə ki, in­di Azər­bay­can­da ada­mın ya­nı­na gə­lən ən azı əlin­də özü boy­da bir din­lə­mə qur­ğu­su gə­ti­rir, ada­mın aya­ğı­nın al­tı­nı eşir, ada­mın çı­ra­sı­nı ke­çi­rir…

Für­sə­ti föv­tə ver­mə­dik. Əli­mi­zə düş­müş­kən in­di­yə qə­dər olub-bi­tən­lər­dən da­nış­dıq. Nə ol­du, nə­lər ol­du, bir za­man­lar ra­di­kal­lı­ğın­dan “Azad­lıq” qə­ze­ti­nin sə­hi­fə­lə­rin­də qan da­mar­kən, in­di ni­yə bu qə­dər lo­yal­laş­dı? Bir za­man­lar Mət­bu­at Şu­ra­sı­nın və Əf­la­tun Ama­şo­vun qor­xu­lu rö­ya­sı olar­kən, nə ol­du ki, in­di Əf­la­tu­nun ən bö­yük mü­da­fiə­çi­lə­rin­dən bi­ri­nə çev­ril­di? Ge­niş və ət­raf­lı söh­bət et­dik… Bu­ra­da Əli Kə­rim­li ilə ay­rı­lıq­dan Azər Həs­rə­tin AXCP-nin köh­nə ofi­si­ni tərk et­mə­si­nin giz­lin­lə­ri­nə qə­dər hər şey açıq­lan­dı. Yə­ni an­la­şı­lan Azər Həs­rə­tin bu mü­sa­hi­bə­si keç­miş par­ti­ya­daş­la­rı­nı əməl­li-baş­lı hirs­lən­di­rə­cək.

Be­lə­lik­lə, qo­na­ğı­mız Yed­di Döv­lət Bir Mil­lət Kon­se­yi­nin baş­qa­nı Azər Həs­rət­dir…

Əv­və­li ötən sa­yı­mız­da

– Əli Kə­rim­li?

– Tə­bii ki, mən bir­ba­şa Əli Kə­rim­li­ni gü­nah­lan­dı­ra bil­mə­rəm. 2006-cı ilin ya­yın­da Mir­zə Sa­ki­tin gu­ya ci­bin­dən nə­sə ta­pı­lan­da dö­zə bil­mə­yib “Azad­lığ”a get­dim. O vaxt Re­dak­tor­lar Bir­li­yi­nin bü­tün təd­bir­lə­rin­də iş­ti­rak edir­dim. Ra­uf Ari­foğ­lu bir də­fə Qə­ni­mət Za­hi­də de­di ki, “Qə­ni­mət bəy, Azə­rin ota­ğı­nı qay­ta­rın özü­nə, gəl­sin otur­sun, biz bat­dıq, bu işi­ni gör­sün…” Mən də Ra­uf bə­yin ağ­zın­dan vu­rub de­dim ki, bəy, bu söh­bət qa­pa­nıb, bu­rax. Be­lə… 6-7 ay müd­də­tin­də ki, mən ora ge­dib-gə­lir­dim, gör­düm o ota­ğı toz ba­sıb, bom-boş qa­lıb.

– Yə­ni is­ti­fa­də də et­mə­yib­lər?

– İs­ti­fa­də et­mir­di­lər. Hət­ta ora­da Fik­rət ad­lı mü­ha­fi­zə­çi var­dı, o mə­nə de­di ki, Azər bəy axı, on­lar sə­ni bu­ra­dan ni­yə çı­xar­dı­lar, on­suz da otaq bom­boş qa­lıb? De­dim, “çı­xar­dı­lar da… mən nə de­yim? Sə­bə­bi öz­lə­ri­nə bəl­li­dir ki, ni­yə çı­xar­dı­lar…” O vaxt­dan bun­lar­la üzü­lüş­düm… Üzü­lüş­düm de­yən­də, səh­hə­tim­də bir ba­la­ca prob­lem ya­ran­dı. Prob­lem­dən da­ha çox fi­kir­ləş­dim ki, bəl­kə bir iş qu­rum, pul qa­za­nım, nə­sə bir iş gö­rüm… Bir az da dü­şün­düm ki, ar­tıq di­va­ra kəl­lə at­maq­dan əl çək­mə­yin za­ma­nı­dır. Yə­ni bu ha­ki­miy­yət on­suz da güc­lü­dür, biz ona ba­ta bil­mi­rik. Şəx­sən mən bu sa­at da o fi­kir­də­yəm ki, bu ha­ki­miy­yə­tə bat­maq gü­cü­müz yox­dur. Bü­tün mü­xa­li­fə­ti is­tə­yir­si­niz bir ara­ya top­la­yın, ye­nə də gü­cü­müz yox­dur. Yə­ni bu gün nə Mü­sa­va­tı, nə AXCP-si, nə də öz­lə­ri­ni par­ti­ya elan et­miş qu­rum­la­rın heç bi­ri bu gün bu ha­ki­miy­yət­lə ba­ca­ra bil­mə­yə­cək­lər. Üs­yan da ol­ma­ya­caq. İn­qi­lab da ol­ma­ya­caq. De­mok­ra­tik yol­la be­lə bu ha­ki­miy­yət mü­xa­li­fə­ti uda bi­lər. De­mok­ra­tik yol­la da­ha asan uda bi­lər. Özü­nə ar­tıq əziy­yət ver­mə­dən… İs­tə­sə­lər, de­mok­ra­tik yol­la mü­xa­li­fət­çi­lə­rin ha­mı­sı­nı seç­ki­lər­də ge­ri­də qo­yar­lar. Əs­li­nə qa­lan­da, 2008-ci il pre­zi­dent seç­ki­si hə­min o işar­tı idi. Çox ra­hat şə­kil­də pre­zi­dent seç­ki­si­ni həll elə­di­lər. Mü­xa­li­fət də heç əv­vəl­ki ki­mi at­la­nıb dü­şə bil­mə­di, heç Qərb də sə­si­ni qal­dır­ma­dı. Bir-iki bə­ya­nat ve­rən­dən son­ra ha­mı­sı ye­rin­də otur­du­lar. O vaxt da və­ziy­yət bu cür ol­du­ğu üçün fi­kir­ləş­dim ki, bəl­kə ti­ca­rət­lə məş­ğul olum? Mə­nə de­di­lər ki, ən yax­şı ti­ca­rət ma­şın ti­ca­rə­ti­dir. Açı­ğı, bir az məşq elə­dim, part­nyor tap­dım. Bö­yük biz­nes qur­maq im­kan­la­rım var idi. Hər şey də alı­nır­dı. Bu­ra gə­lən­də po­lis­lə­rin, göm­rük­çü­lə­rin ye­kə­baş­lı­ğı­nı, da­na­baş­lı­ğı­nı gö­rən­dən son­ra özüm-özü­mə nif­rət et­dim və qə­rar ver­dim ki, bu sa­hə mən­lik de­yil. Çün­ki po­li­sin ota­ğı­na gi­rib gö­rür­sən ki, dü­nə­nin uşa­ğı otu­rub, bö­yük gö­rən­də aya­ğa da qalx­mır, nə bir qa­na­ca­ğı, nə bir adam­la da­nı­şı­ğı var, dəh­şə­tə gə­lir­sən. Al­ma­ni­ya­da rəs­mi ola­raq hər han­sı bir iş həll et­mək üçün ha­ra­sa, han­sı­sa mə­mu­run ya­nı­na ge­dən­də qar­şı­na çay, ko­fe qo­yur­lar. Yə­ni ora­da­kı mü­na­si­bə­ti gö­rüb, bu­ra­da in­sa­na olan mü­na­si­bə­ti gö­rən­dən son­ra özüm-özü­mə nif­rət et­dim. Hət­ta Azər­bay­can sər­həd­di­ni Gür­cüs­tan­dan bu ya­na ke­çən­də Gür­cüs­ta­nın o par-pa­rıl­da­an bay­ra­ğı­nı gö­rüb, öz sər­həd zo­la­ğı­mız­da özü­mü­zün ar­tıq cın­dır və­ziy­yə­ti­nə düş­müş, yır­tıl­mış bay­ra­ğı­mı­zı gö­rən­də, va­hi­mə­lə­nir­dim. Sər­həd­çi­lə­ri­mi­zə de­yir­dim ki, qar­daş, bu bay­ra­ğı ba­şı­nı­zın üs­tün­dən gö­tü­rün, tə­zə bay­raq asın… Mə­nə de­yir ki, de­yib­lər bu­ra­nı tə­mir edə­cək­lər, son­ra ye­ni bay­raq asa­caq­lar. Da­ha bun­la­ra nə de­yə­sən? Al­la­hın 5 ma­nat­lıq, lap çox ol­sa 10 ma­nat­lıq bay­ra­ğı­dır, bu­nu bə­yəm tə­mir­dən tə­mi­rə də­yiş­mək la­zım­dır? Mil­yon­lar qa­za­nır­sı­nız, vic­da­nı­nız əl ve­rir­mi ki, hö­ku­mə­ti, döv­lə­ti bir kə­na­ra qo­yaq, be­lə bir bay­ra­ğın al­tın­da otu­rub iş­lə­yə­si­niz? Hər şe­yi döv­lət­dən göz­lə­mək də düz­gün de­yil axı. Döv­lət hər nöq­tə­yə ça­ta bil­mir. Tə­bii ki, döv­lə­tin özü­nün də bu haq­da mü­va­fiq əmr­lə­ri ol­ma­lı­dır. Am­ma Azər­bay­can da müs­tə­qil­li­yi­ni ye­ni qa­za­nıb, Tür­ki­yə­də olan bay­raq sev­gi­si, hə­lə ki biz­də yox­dur. O sər­həd­çi­nin ba­şa düş­mə­di­yi­ni gö­rüb içim ya­nır­dı, dəh­şə­tə gə­lir­dim. “Qır­mı­zı kör­pü”dən in­san­lar sa­at­lar­la növ­bə göz­lə­yib ke­çir­lər, bir də gö­rür­sən, bir nə­fər ya­xın­la­şır bi­zim sər­həd­çi­mi­zə 5 ma­nat ve­rib növ­bə­siz ke­çir. Də­fə­lər­lə olub ki, sər­həd­çi­nin ya­xa­sın­dan tut­mu­şam ki, bu qə­dər də açıq-aş­kar rüş­vət yığ­maq olar? Bu adam dərk et­mir ki, Azər­bay­ca­nı 5 ma­na­ta sa­tır… De­yir, nə var e bur­da, ma­şın­dı da ke­çir… De­yi­rəm, sən ne­cə sər­həd qo­ru­yu­cu­su­san ki, 5 ma­na­ta Və­tə­ni sa­tır­san? Bü­tün bun­lar çox cid­di şə­kil­də səh­hə­ti­mə mən­fi tə­sir gös­tər­di. Ağır xəs­tə­lən­dim. Hət­ta hə­kim­lər bir il müd­də­tin­də di­aq­noz da qoy­muş­du­lar ki, ölə­cək­sən. Arıq­la­mış­dım, ge­cə ya­tan­da fi­kir­lə­şir­dim ki, sə­hə­rə sağ çı­xa­ca­ğam, yox­sa yox. Hət­ta o həd­də çat­mış­dı… Tə­bii ola­raq çox ada­mın bun­dan xə­bə­ri də ol­ma­mış­dı. Hə­min vaxt­lar­da mə­ni yan­dı­ran bir şey ol­du. Bi­ri­lə­ri mət­bu­at­da, or­da-bur­da yaz­ma­ğa baş­la­dı ki, Azər Həs­rət sa­tı­lıb, udu­zub, lo­yal­la­şıb. Mən ya­taq­da ca­nı­mın dər­di­ni çə­ki­rəm, ölü­rəm, hə­rə­kət im­ka­nım be­lə yox­dur… Hət­ta o vaxt­lar şə­kil də çək­dir­mi­şəm, ta­ma­mi­lə arıq­la­mış, üzün­tü­lü şə­kil­lə­rim­dir bun­lar. Nə isə, o ağır mər­hə­lə­ni də keç­dim. Üzə­ri­mə gə­lən­lə­rin də tə­bii ola­raq ca­vab­la­rı­nı ver­dim. Lo­yal­lıq mə­sə­lə­si­nə gə­lin­cə, bun­da hə­qi­qət var. Mən hə­qi­qə­tən də lo­yal­laş­mı­şam…

– Xü­su­si­lə, Mət­bu­at Şu­ra­sı­na qar­şı çox lo­yal­laş­dı­nız. Çün­ki siz o qu­ru­ma qar­şı hər za­man dö­yü­şən adam ol­mu­su­nuz…

– Mən si­zə bir şey de­yim…

– Son­ra­lar si­zi Mət­bu­at Şu­ra­sı­nı dəs­tək­lə­yən gör­dük…

– Mən in­di de­yə­cə­yəm, siz də ra­zı­la­şa­caq­sı­nız. Mət­bu­at Şu­ra­sın­da mə­nim ol­du­ğum dövr 2003-2005-ci il­lər olub, hə­min dövr­də nəşr olu­nan qə­zet­lə­ri açıb ba­xa bi­lər­si­niz. O vaxt­lar efir­də də bi­zə yer ve­rir­di­lər. Mən da­nış­ma­say­dım, kim da­nı­şır­dı? Bu gün Mət­bu­at Şu­ra­sın­da si­nə­si­ni dö­yüb özü­nü mü­xa­li­fət­çi elan elə­yən də var, gu­ya haqq-əda­lət üçün mü­ba­ri­zə apa­ran da var, gu­ya de­mok­ra­ti­ya üçün mü­ba­ri­zə edən də var, am­ma o adam­lar­dan şəx­sən so­ruş­mu­şam ki, hər şe­yi mən de­mə­li­yəm, siz yox? Yə­ni siz bu gün Mət­bu­at Şu­ra­sın­da­sı­nız və mə­ni də it­ti­ham edir­si­niz ki, sən ni­yə lo­yal­san? Siz axı onun için­də­si­niz, sə­si­niz çıx­sın da… Əf­la­tun Ama­şo­vu hər za­man elə Azər Həs­rət tən­qid elə­mə­li­dir? Son seç­ki­lər za­ma­nı bi­zim Arif Əli­yev­lə söh­bə­ti­miz ol­du. Bi­ri­lə­ri de­di­lər ki, sə­ni ha­ki­miy­yət is­ti­fa­də elə­di. De­dim, xeyr, ha­ki­miy­yət is­ti­fa­də elə­mə­di, mən bu­nu qəs­dən elə­dim. Ni­yə? Ona gö­rə ki, on­suz da bi­lir­dim ki, ha­ki­miy­yət özü­nün la­zım bil­di­yi­ni elə­yə­cək. Sa­də­cə ola­raq, mən bu­ra­da Arif Əli­ye­və de­mək is­tə­yir­dim ki, “Arif Əli­yev, sən za­ma­nın­da bi­zi eşit­mə­din, in­di bu­nu bi­zim ba­şı­mı­za sən gə­tir­mi­sən…”

– O vaxt bü­tün bun­la­rın ha­mı­sı­nı Arif Əli­yev elə­di…

– Ra­uf Ari­foğ­lu Al­lah şa­hi­di­dir. Bir də­fə Arif Əli­yev “Azad­lığ”ın re­dak­si­ya­sı­na gəl­di. Mən, Qə­ni­mət Za­hid, Ra­uf Ari­foğ­lu otu­rub söh­bət edir­dik, o da qa­tıl­dı. Ra­uf bəy de­di ki, bəy­lər, siz ni­yə Əf­la­tun Ama­şo­vu Mət­bu­at Şu­ra­sı­nın səd­ri ol­ma­ğa qoy­mur­su­nuz? Qə­ni­mət Za­hid de­di ki, Əf­la­tun Ama­şov­dan Mət­bu­at Şu­ra­sı­na sədr ol­maz. De­di, əgər Arif Əli­ye­vi sədr qoy­maq is­tə­yir­si­niz­sə, biz eti­raz elə­mi­rik. Onun heç ol­ma­sa di­li var­sa da, dil­çə­yi də var. Ra­uf de­di, yox, bu adam bi­zim ha­ki­miy­yət­lə ara­mız­da kör­pü ola­caq. Mən bil­dir­dim ki, Ra­uf bəy, kör­pü mə­sə­lə­si­nə qa­lan­da, biz də o ro­lu oy­na­ya bi­lə­rik, bi­zim də öz tak­ti­ka­mız var, öz bil­di­yi­miz şey­lər var. Tə­bii ki, mət­bu­at yı­ğı­şıb qə­rar ve­rə­cək.

– Hə­lə sədr se­çil­mə­miş­di?

– Yox, 2003-cü ilin söh­bə­ti­dir. Hə­lə bi­rin­ci qu­rul­ta­ya qə­dər­ki dövr idi. Tə­bii ki, Ra­uf bə­yin mə­ra­mı xoş idi. O de­yir­di ki, biz elə adam se­çək ki, ha­ki­miy­yət­lə da­va­sı ol­ma­sın. Mə­nə de­yir­di ki, sən çox ra­di­kal­san. Yə­ni mən tip­də bir adam­san, ha­ki­miy­yət sə­ni is­tə­mə­yə­cək. De­dim, əgər yı­ğı­şıb qə­rar ve­ri­lə­cək­sə ki, mən tu­ta­lım, ra­di­kal ol­ma­yım, an­laş­ma­ya ge­dim, prob­lem ol­ma­ya­caq. Bu söh­bət ol­du. O vaxt ha­mı­mız Arif Əli­ye­vin üzə­ri­nə da­yan­dıq ki, onun sədr se­çil­mə­si­nə ra­zı­yıq. Arif Əli­yev də mə­nim qə­dər ra­di­kal de­yil və üs­lu­bu da ta­ma­mi­lə mən­dən fərq­li­dir. Fi­kir­ləş­dik ki, bu adam bi­zim­lə də iş­lə­yə bi­lər, ha­ki­miy­yət­lə də… Onun­la ra­zı­laş­ma­dı­lar və Əf­la­tun Ama­şo­vun üzə­rin­də da­yan­dı­lar. Arif Əli­yev də de­yir­di ki, əgər mən sədr gəl­səm, de­yə­cək­lər ki, bu qu­ru­mu özü üçün ya­ra­dıb, ona gö­rə də is­tə­mi­rəm. Bir tə­rəf­dən, bəl­kə də haq­lı idi, çün­ki ağ­zı­göy­çək­lər çı­xıb de­yə­cək­di­lər bu qu­ru­mu özü­nə biç­di. Nə isə ol­ma­dı. Ol­ma­yan­da biz ona baş­qa al­ter­na­tiv tək­lif et­miş­dik. Yə­ni gəl ha­mı­mız otu­raq, mü­xa­li­fət adı­na id­dia edən­lər bir nə­fə­rin üzə­rin­də ra­zı­laş­sın­lar və biz də ona dəs­tək ve­rək. Şəx­sən mən de­miş­dim ki, bü­tün bey­nəl­xalq əla­qə­lə­ri, ta­nı­tım, təb­li­ğat mə­sə­lə­lə­ri­ni, pia­rı­nı iş­lə­mək mən­lik­dir. Hə­qi­qə­tən, mə­nim bu gün də elə im­kan­la­rım var, əlim ça­ta­caq­dı və elə­yə­cək­dim də… Am­ma ra­zı­laş­ma­dı­lar. Be­lə olan­da de­dik ki, za­ma­nı gə­lən­də bu adam si­zin də, bi­zim də bə­la­mız ola­caq. Arif Əli­yev bi­zi eşit­mə­di. Ona gö­rə də son qu­rul­tay­da hə­min mə­sə­lə ilə bağ­lı, mən du­rub fik­ri­mi bil­dir­dim ki, sən bu­nu ba­şı­mı­za bə­la elə­mi­sən, in­di də cə­za­nı çək. Mən in­di Əf­la­tu­nu dəs­tək­lə­yi­rəm. Mən o qu­rul­tay­da Əf­la­tun Ama­şo­vun se­çil­mə­si üçün səs ver­mə­dim və bül­le­te­ni­mi də ha­mı­ya göbs­tə­rib qu­tu­ya at­dım. Ha­mı da gör­dü ki, mən Əf­la­tun Ama­şo­va səs ver­mə­mi­şəm. Kim­sə be­lə dü­şün­mə­sin. Yə­ni mən in­di də he­sab edi­rəm ki, o vaxt han­sı prin­sip­dən çı­xış et­mi­şəm­sə, bu gün də o prin­si­pin ar­xa­sın­da­yam. Sa­də­cə ola­raq, o çı­xı­şım ki Ni­zam­na­mə də­yi­şil­mə­li­dir, tə­bii ola­raq bu ona he­sab­lan­mış­dı ki, za­ma­nın­da səhv et­mə­yəy­di­niz, in­di də al­tı­nı çək­mə­yəy­di­niz. 2005-ci il­də də ba­yaq qeyd et­di­yim sə­bəb­lər uc­ba­tın­dan si­ya­si pro­ses­lər­dən kə­nar­da qal­mış­dım. Sə­mi­mi ola­raq de­mək is­tə­yi­rəm ki, çox dost­la­rım olub, çox si­ya­si təş­ki­lat­lar olub, de­yib­lər, gəl sə­nə bu qu­rum­da ən yük­sək və­zi­fə­ni ve­rək – tə­bii ki, sədr­dən baş­qa… – bi­li­rik ki, sən par­ti­ya­nı da po­pul­yar­laş­dı­ra­caq­san, özün də ic­ti­mai iş­lə­ri qay­da­sı­na sa­la­caq­san. Bu gü­nün özün­də be­lə mə­nim sağ­da və sol­da olan güc­lü şə­bə­kəm var. İs­tər Azər­bay­can­da ol­sun, is­tər­sə də xa­ric­də. Şü­kür Al­la­ha ki, mə­nim qey­ri-rəs­mi də ol­sa bu cür şə­bə­kəm var – xə­bər­lə­ri­mi də ya­yır­lar, iş­lə­ri­mi də gö­rür­lər, nə la­zım­dır­sa, onu da edir­lər. Özü­nü bu gün par­ti­ya elan et­miş bir çox qu­rum­lar var ki, on­la­rın bir ne­çə­si­ni qat­la­yıb di­zi­min al­tı­na da ra­hat qo­ya bi­lə­rəm. Heç bir prob­lem yox­dur. 2006-2008-ci il­lər­də biz pre­zi­dent seç­ki­lə­rin­də mü­şa­hi­də­çi­lik et­dik. Bi­ri­lə­ri yaz­dı­lar ki, bun­lar ha­ki­miy­yə­tə sa­tıl­dı, on­la­ra iş­lə­di­lər. Əs­lin­də, bu­ra­da baş­qa bir mə­sə­lə var idi və biz də onu giz­lət­mə­dik. Şəx­sən mən­dən bu­nu so­ru­şan­la­ra izah edi­rəm. Mə­sə­lə on­da­dır ki, 2008-ci il seç­ki­lə­rin­də mü­xa­li­fət özü­nü oyun­dan­kə­nar və­ziy­yə­tə sal­dı. “Boy­kot elə­yi­rik” de­yib, ge­ri çə­kil­di­lər. Boy­kot da ol­ma­dı. Ne­cə? Seç­ki­yə ge­dən az ol­du, am­ma bu o de­mək de­yil­di ki, mü­xa­li­fə­tin boy­ko­tu baş tut­muş­du. Sa­də­cə, in­san­lar nə­ti­cə­ni əv­vəl­cə­dən də­yər­lən­dir­miş­di­lər. Pas­siv ola­raq, in­san­lar ra­zı­laş­mış­dı­lar ki, bə­li, ha­kim­yyə­tin ba­şın­da İl­ham Əli­yev qal­ma­lı­dır. Və­tən­da­şın ya­naş­ma­sı bu ol­du, bəl­kə bir qə­dər də bi­ga­nə­lik ol­du. Mü­xa­li­fət, “Azad­lıq blo­ku”nda olan par­ti­ya­lar – Mü­sa­vat, AXCP 500 nə­fər mü­şa­hi­də­çi ilə seç­ki­lə­ri mü­şa­hi­də elə­di­lər. 4 min seç­ki mən­tə­qə­si var. Bil­mi­rəm, nə qə­dər düz­gün­dür ki, o qə­dər seç­ki mən­tə­qə­si ola-ola 500 nə­fər­lə mü­şa­hi­də apa­ra­san. İkin­ci­si də, əs­lin­də biz də o mə­sə­lə­lə­rə ob­yek­tiv ya­naş­dıq. Prob­le­mi­miz də on­da ol­du ki, mü­şa­hi­də­çi­lə­ri­mi­zin 90 fai­zi pe­şə­kar de­yil­di. Son­ra­dan bu­nun nə­ti­cə­si­ni də gör­dük. Pe­şə­kar de­yən­də nə­yi nə­zər­də tu­tu­ram? Tu­taq ki, mə­nim seç­ki mən­tə­qə­sin­də gö­rə bi­lə­cə­yim bir şe­yi on­lar otu­ra-otu­ra gö­rə bil­mir­di­lər. Sə­hər­dən ax­şa­ma­dək və­tən­da­şın gə­lib səs ver­di­yi­ni gö­rür­lər, pro­to­ko­lun ya­zıl­ma­sın­da da iş­ti­rak edir­lər, la­kin in­cə­lik­lə­ri dərk edə bil­mir­lər. Bil­mir­lər ki, sax­ta­laş­dır­ma han­sı mə­qam­lar­da baş ve­rə bi­lər. Mən təc­rü­bə­li ada­mam, ona gö­rə də bu ne­qa­tiv­lik­lə­ri gö­rə bi­lir­dim, on­lar isə gör­mür­dü­lər. Əs­li­nə qa­lan­da, Qər­bin bu seç­ki­lə­rə lo­yal mü­na­si­bə­ti var idi. Mü­xa­li­fə­tin özü­nün baş­qa bir lo­yal­lı­ğı var idi. Yə­ni bü­tün bu pro­ses­lə­ri mən gö­rür­düm və tək­ba­şı­na ala­qar­ğa­lıq elə­mə­yə də gə­rək yox idi. Am­ma bu­nun üzə­rin­dən ke­çən il AXCP-dən bir sü­rü gənc üs­tü­mə gəl­di, mə­ni it­ti­ham et­di­lər ki, biz mi­tinq edən­də sən ha­ra­da idin? Biz mi­tinq­lər­də can qo­yan­da sən nə edir­din? Gör­düm, uşaq-mu­şaq­dır­lar, de­dim, ay oğul, ge­din bö­yük­lə­ri­niz­dən so­ru­şun ki, mi­tinq­lər­də mən ha­ra­da idim? Gu­ya mən öm­rün­də mi­tinq­də-zad­da iş­ti­rak et­mə­mi­şəm. Bun­lar get­di. Bu il də baş­qa bir mü­xa­li­fət par­ti­ya­sın­dan üzə­ri­mə gə­lən­lər ol­du. Tə­bii ki, hə­min par­ti­ya­nın rəh­bə­ri­lə bu mə­sə­lə­ni bağ­la­ma­dım, hət­ta onun­la gö­rüş­düm, söh­bət də et­dik. Mə­lum ol­du ki, bu sədr­dən, rəh­bər­dən qay­naq­la­nan mə­sə­lə ol­ma­yıb. Am­ma sağ­dan-sol­dan üzə­ri­mə gə­lən­lər var. Üzr is­tə­yi­rəm ifa­də­mə gö­rə, ba­şı ala­ya­rım­çıq olan bi­ri mə­nə ya­zıb gön­dər­miş­di ki, Sa­bi­ra­ba­dı su ba­sıb, sən ni­yə bir bə­ya­nat ver­mir­sən? Mən də ca­vab yaz­dım və adam di­lin­də izah et­mə­yə ça­lış­dım ki, bax, de­yən la­zım Sa­bi­ra­ba­dı su bas­ma­ğı­nın Yed­di Döv­lət – Bir Mil­lət Kon­se­yi­nə nə dəx­li var? Tə­bii ki, bu bir tə­bii fə­la­kət­dir, fa­ciə­dir, bu öz ye­rin­də, am­ma ver­di­yim bu bə­ya­na­tın adı nə ola­caq?

– Kim ola­raq bə­ya­nat ver­mə­li idi­niz?

– Bə­yəm mən Me­lio­ra­si­ya İda­rə­si­yəm və ya­xud Kə­ma­ləd­din Hey­də­ro­vam, yox­sa si­ya­si par­ti­ya səd­ri­yəm, ki­məm mən? Bu il­ki seç­ki­lər­də də 34-cü Seç­ki dai­rə­sin­dən na­mi­zəd­li­yi­mi irə­li sür­mək niy­yə­tin­də­yəm. Bə­zi dost­la­rı­mız­la da ar­tıq blok ya­rat­maq haq­qın­da dü­şü­nü­rük. Sa­ğa-so­la bax­dım və gör­düm ki, bir çox si­ya­si par­ti­ya­la­rın edə bil­mə­yə­cə­yi çox iş­lə­ri mən hə­ya­ta ke­çi­rə bi­lə­rəm­miş…

– Na­mi­zəd­li­yi­ni­zi ver­mək­də qə­rar­lı­sı­nız?

So­nu gə­lən sa­yı­mız­da

Ha­zır­la­dı: Ba­nu Çi­çək

Qaynaq: Xural qəzeti, 11-17 iyul 2010

Müsahibə:

1-ci hissə: 30 İyun Türk dünyası üçün örnəkdir!
2-ci hissə: Tac Mahalı da sevgi tikib!
3-cü hissə: AXCP mənə arxadan zərbə vurdu
4-cü hissə: Həqiqətən də loyallaşmışam

5-ci hissə: Başımızda Heydər Əliyevin yumruğu olmalıydı!

Oxunma sayı: 9052
Share