AXCP mənə arxadan zərbə vurdu

Azər Həsrət

Azər Həs­rət: “Çox ağır vax­tım­da mə­nə “Azad­lıq” qə­ze­tin­dən ul­ti­ma­tiv şə­kil­də bə­ya­nat ver­di­lər ki, bi­na­nı tərk et­mə­li­sən”

Azər Həs­rət re­dak­si­ya­mı­za gəl­di və 30 İyu­nun bü­tün türk dün­ya­sın­da Sev­gi­li­lər Gü­nü ki­mi qeyd olun­ma­sı üçün əmək­daş­lıq tək­lif et­di. Do­nub qal­dıq. Ona gö­rə yox ki, gör­mə­miş­li­yi­nə düş­müş­dük. Ona gö­rə ki, in­di Azər­bay­can­da ada­mın ya­nı­na gə­lən ən azı əlin­də özü boy­da bir din­lə­mə qur­ğu­su gə­ti­rir, ada­mın aya­ğı­nın al­tı­nı eşir, ada­mın çı­ra­sı­nı ke­çi­rir…

Für­sə­ti föv­tə ver­mə­dik. Əli­mi­zə düş­müş­kən in­di­yə qə­dər olub-bi­tən­lər­dən da­nış­dıq. Nə ol­du, nə­lər ol­du, bir za­man­lar ra­di­kal­lı­ğın­dan “Azad­lıq” qə­ze­ti­nin sə­hi­fə­lə­rin­də qan da­mar­kən, in­di ni­yə bu qə­dər lo­yal­laş­dı? Bir za­man­lar Mət­bu­at Şu­ra­sı­nın və Əf­la­tun Ama­şo­vun qor­xu­lu rö­ya­sı olar­kən, nə ol­du ki, in­di Əf­la­tu­nun ən bö­yük mü­da­fiə­çi­lə­rin­dən bi­ri­nə çev­ril­di? Ge­niş və ət­raf­lı söh­bət et­dik… Bu­ra­da Əli Kə­rim­li ilə ay­rı­lıq­dan Azər Həs­rə­tin AXCP-nin köh­nə ofi­si­ni tərk et­mə­si­nin giz­lin­lə­ri­nə qə­dər hər şey açıq­lan­dı. Yə­ni an­la­şı­lan Azər Həs­rə­tin bu mü­sa­hi­bə­si keç­miş par­ti­ya­daş­la­rı­nı əməl­li-baş­lı hirs­lən­di­rə­cək.

Be­lə­lik­lə, qo­na­ğı­mız Yed­di Döv­lət Bir Mil­lət Kon­se­yi­nin baş­qa­nı Azər Həs­rət­dir…

Əv­və­li ötən say­la­rı­mız­da

– Bö­yük bir mil­lə­tin bu­daq­la­rı­dır, is­tə­mə­sə­lər də qə­bul et­mə­yə məc­bur­dur­lar…

– Çin əha­li­nin sa­yı eti­ba­ri­lə ta­rix bo­yu türk­lər­dən ar­tıq olub. Hət­ta bu gü­nün özün­də də qa­rış­qa ki­mi dün­ya­ya da­ra­şıb­lar. Am­ma ba­xın, 6 metr hün­dür­lü­yün­də, 6 metr enin­də, 6 min ki­lo­metr uzun­lu­ğun­da bir Çin səd­di ti­kib­lər. Kos­mos­dan ba­xan­da gö­rü­nür. Ni­yə bu səd­di ti­kib­lər? Türk­lə­rin qor­xu­sun­dan. Bu­nun al­tın­da ya­tan hik­mət nə­dir? De­mə­li, türk xal­qı az və ya çox ol­ma­sın­dan ası­lı ol­ma­ya­raq, güc­lü mil­lət­dir. De­yir­lər ki, tür­kün ya­zı­lı ta­ri­xi “Or­xon Ye­ni­sey”dən o tə­rə­fə get­mir. Bu­nun sir­ri­ni bil­mə­yə nə var ki? Bu gü­nü­mü­zü gö­tü­rək. Baş ve­rən ha­di­sə­lə­rin nə qə­dər his­sə­si­ni biz qə­lə­mə alı­rıq mil­lət ola­raq? Yaz­mı­rıq. 20 Yan­var ha­di­sə­lə­ri­ni o qə­dər olub ki, is­tə­mi­şəm ya­zam. Yaz­mı­ram. Hal­bu­ki göz­lə­ri­min qar­şı­sın­da baş ve­rən hər bir epi­zod ta­rix­dir. Er­mə­ni­lər ol­ma­yan şey­lə­ri ya­zıb dün­ya­ya ya­yır və sü­but et­mə­yə ça­lı­şır­lar ki, Azər­bay­can tor­paq­la­rı bun­la­ra məx­sus­dur. Biz isə ola­nı yaz­mı­rıq, ta­ri­xə sal­mı­rıq. Bu­dur sə­bəb. Türk heç vaxt yaz­ma­ğa, nə­yi­sə sü­bu­ta ye­tir­mə­yə hə­vəs­li ol­ma­yıb. Gün­lə­rin bi­rin­də atı­nın be­li­nə qal­xıb Av­ro­pa­ya qə­dər ge­dib. Yo­lu uza­na-uza­na ge­dib. Tür­kün ta­ri­xi­ni son­ra­lar ərəb­lər, çin­li­lər, av­ro­pa­lı­lar ya­zıb. Biz ona gö­rə də ta­ri­xi­mi­zi di­gər mil­lət­lə­rin yaz­dıq­la­rın­dan oxu­yu­ruq. On­lar da tə­bii ola­raq ta­ri­xi öz­lə­ri­nə uy­ğun qə­lə­mə alıb­lar. “Or­xon Ye­ni­sey”dən üzü bə­ri Mah­mud Qaş­qar­lı­nın üzə­ri­nə ge­di­rik ki, heç ol­ma­sa ta­ri­xi­mi­zə aid on­dan nə­sə ta­pa bi­lək. Son­ra­kı ta­rix­lə­ri­mi­zi qə­lə­mə alan adam­la­rı­mız, ta­rix­çi­lə­ri­miz var, am­ma qə­dim ta­ri­xi­miz ya­zıl­ma­yıb. Bi­ri­lə­ri id­dia edir­lər ki, əgər ta­ri­xi­miz ya­zıl­ma­yıb­sa, de­mə­li, mil­lət ola­raq da hə­min dövr­də ol­ma­mı­şıq. Hal­bu­ki ax­ta­rıb ta­pan­da gbö­rür­sən ki, qə­dim türk­lə­rin ta­ri­xi şu­mer ya­zı­la­rı­na qə­dər ge­dib çı­xır. Yə­ni türk mil­lə­ti o qə­dər bö­yük, o qə­dər ağa­ya­na bir mil­lət olub ki, ta­ri­xi­ni be­lə qə­lə­mə al­maq ağ­lı­na gəl­mə­yib. Bu­nun ya­nın­da Çin ki­mi çox­say­lı bir xal­qa sa­hib olan döv­lət türk­lə­rin qar­şı­sın­da tir-tir tit­rə­yib. Bu gün Uy­ğu­rus­tan­da – Şər­qi Tür­küs­tan­da apa­rı­lan təh­qi­qat­lar qə­dim­lər­də bu tor­paq­lar­da pi­ra­mi­da­la­rın – qə­dim eh­kam­la­rın ol­du­ğu­nu sü­but edir. Çin bir döv­lət ola­raq bu ta­pın­tı­la­rın üs­tü­nü qum­la bas­dı­rıb ki, el­mə, ta­ri­xə mə­lum ol­ma­sın. Mə­nim uy­ğur dost­la­rım var, on­lar de­yir­lər ki, Do­ğu Tür­küs­ta­nın uy­ğur kənd və şə­hər­lə­rin­də elə yer­lər var ki, əc­nə­bi­lər­dən bir nə­fər də ol­sun ora bu­ra­xıl­mır. So­ru­şu­ram ki, nə var ora­da? De­yir, biz də bil­mi­rik. Adi kənd­dir, am­ma bir nə­fər də ol­sun xa­ric­dən ora adam bu­rax­mır­lar. Bu ya­xın­lar­da pi­ra­mi­din üs­tü açı­lan­da mən bil­dim ki, nə­yə gö­rə ora adam bu­rax­mır­mış­lar. De­mə­li, Şər­qi və Do­ğu Tür­küs­tan­da bi­zim ta­ri­xi­miz hə­lə ya­tır. Və o ta­ri­xin üs­tü­nü tor­paq­la­ya­raq sax­la­yır­lar. Kaş­kar şə­hə­ri bu ya­xın­lar­da çin or­du­su tə­rə­fin­dən da­ğı­dıl­dı. Al­tı üs­tü­nə çev­ril­di. Nə eh­ti­yac var­dı bu­na? Çün­ki türk­lə­rin ta­ri­xi bu­ra­da ya­tır­dı və ora­nı da­ğıt­maq üçün bir bə­ha­nə la­zım idi. De­mək is­tə­yi­rəm ki, biz be­lə mə­sə­lə­lə­rin üzə­ri­nə get­mə­dik­cə, əl­bət­tə, ye­rin­dən qal­xa­nın bi­ri du­rub de­yə­cək ki, öz­bək kim­dir?

– Azər bəy, uzun müd­dət mət­bu­at­da ça­lış­dı­nız, am­ma son­ra­dan sə­si­niz biz­nes alə­min­dən gəl­di…

– İş qur­maq is­tə­dim, am­ma alın­ma­dı.

– Son­ra Yeddi Döv­lət – Bir Mil­lət İc­ti­mai Bir­li­yi ya­rat­maq ide­ya­sı or­ta­ya gəl­di. Ne­cə ol­du bu mə­sa­fə­ni qət et­mək?..

– Əs­lin­də, ha­di­sə­lər plan­laş­dı­rıl­ma­mış şə­kil­də hə­ya­ta keç­mə­yə baş­la­dı. Türk dün­ya­sı ilə hə­ya­tım bo­yu məş­ğul ol­mu­şam. Yə­ni ağ­lım kə­sən­dən türk dün­ya­sı ilə məş­ğu­lam. 1986-cı il­dən – əs­gər­lik xid­mə­ti­ni Al­ma­ni­ya­da hə­ya­ta ke­çi­rər­kən mil­lə­tin nə ol­du­ğu­nu dərk et­mi­şəm. Xa­ric­də 2 min əs­gə­rin içə­ri­sin­də olan 70-80 nə­fər azər­bay­can­lı­nın içə­ri­sin­də mil­li hiss­lər oyan­ma­ğa baş­la­dı. Öz öl­kə­miz­də olan­da bu his­sə­lə­rin nə ol­du­ğu­nu bil­mə­mi­şəm. Heç er­mə­ni­nin kim­li­yi­ni də bil­mə­mi­şəm. Bi­zim böl­gə­də heç bir vaxt er­mə­ni ya­şa­ma­dı­ğı üçün on­la­rın kim ol­du­ğu­nu da bil­mə­mi­şəm. Düz­dür, atam-anam 1905-ci il ha­di­sə­lə­rin­dən – er­mə­ni türk sa­va­şın­dan, er­mə­ni­lə­rin bi­zim kənd­lə­rə qə­dər gə­lib çıx­ma­sın­dan da­nı­şır­dı­lar. Son­ra­lar ora­lar­da da bə­zi qə­bir­lər var idi ki, de­yir­di­lər er­mə­ni­lə­rin qə­bir­lə­ri­dir.

Əs­gər­lik­də olan­da isə mil­lət ki­mi kim ol­du­ğu­mu­zu dərk et­mə­yə baş­la­dıq. Hət­ta Or­ta Asi­ya­dan gə­lən axıs­ka türk­lə­ri var idi ki, on­la­rın da bi­zim dil­də da­nış­dı­ğı­nın şa­hi­di olur­duq. O za­man qə­ri­bə gəl­miş­di ki, Or­ta Asi­ya ha­ra, bi­zim di­li­miz ha­ra? Jur­na­lis­ti­ka­ya gə­lən­dən son­ra Or­ta Asi­ya­ya tez-tez gə­lib get­mə­yə baş­la­dım. Da­vam­lı ola­raq 2005-ci ilə qə­dər bu fəa­liy­yət­də ol­mu­şam. 2005-ci il­də par­la­ment seç­ki­lə­ri­nə qa­tıl­ma­ğım­la əla­qə­dar me­dia­dan uzaq­laş­ma­ğım haq­da mə­lu­ma­tı rəs­mi ola­raq açıq­la­dım. Bu, çox ada­ma tə­əc­cüb­lü gəl­di ki, nə üçün əlim­də­ki im­kan­la­rı bu­ra­xı­ram – yə­ni jur­na­list ola­raq si­ya­sət­də da­ha çox uğur əl­də et­mək olar. Mən də de­dim ki, jur­na­lis­ti­ka­nı si­ya­sət­dən ayı­rı­ram. 2005-ci ilin seç­ki­lə­ri də mə­nim üçün çox uğur­lu ol­du, yax­şı nə­ti­cə­lər əl­də et­dim. Əl­bət­tə, sax­ta­laş­dır­ma ol­ma­say­dı, mil­lət və­ki­li idim. Hə­min mər­hə­lə­də öz gü­cü­mə ina­mım art­dı və hiss elə­dim ki, si­ya­sət­də ye­tiş­mi­şəm. Am­ma Xalq Cəb­hə­si­nə da­ha ya­xın idim.

– AXCP-yə ya­xın idi­niz, çox ra­di­kal­dı­nız… Son vaxt­lar möv­qe­yi­niz­də bir yum­şal­ma hiss olu­nur…

– Bir qə­dər yox, ümu­miy­yət­lə lo­yal­laş­ma var. 2005-ci il seç­ki­lə­rin­dən son­ra nə­dən­sə AXCP-də mə­nə qar­şı bir so­yuq­laş­ma hiss et­mə­yə baş­la­dım.

– Cəb­hə­nin üz­vü idi­niz?

– Hə­rə­kat vax­tı Cəb­hə­nin üz­vü ol­mu­şam. Re­fe­ren­dum ke­çi­ri­lən­dən son­ra Əli Kə­rim­li­yə qar­şı hü­cum­lar baş­la­mış­dı. Hə­qi­qə­tən də əx­la­qa zidd hü­cum­lar gö­rür­düm. Da­xi­lim­dən bir əda­lət his­si baş qal­dı­rır­dı ki, bu cür ol­maz. Ona gö­rə də bir-iki də­fə kö­şə ya­zı­sı yaz­dım. AXCP-dən in­san­la­rın qrup­la ay­rıl­dı­ğı vaxt­lar idi. On­da kö­şə ya­zı­mın al­tın­da acı­ğa “bu gün­dən AXCP-nin üz­vü­yəm” yaz­dım.

– İna­dı­na?

– Bə­li, ina­dı­na. Əli bəy mə­ni ça­ğır­dı və tə­şək­kür elə­di ki, mə­nim çox pis gü­nüm­də mə­nə yar­dım­çı ol­dun. Özü­mə gö­rə də əla­qə­lə­rim var­dı və həm da­xil­də, həm də xa­ric­də ta­nı­nır­dım. O ba­xım­dan he­sab et­dim ki, düz­gün ad­dım at­mı­şam. Hət­ta rəs­mi əri­zə yaz­dım. 2005-ci ilə ki­mi ya­rı­for­mal ol­sa da, AXCP-nin üz­vü ol­mu­şam. Am­ma 2005-ci il seç­ki­lə­ri­nə müs­tə­qil na­mi­zəd ki­mi qa­tıl­dım. Qa­lib gə­lə­cə­yim­lə bağ­lı özü­mə ina­nım bö­yük idi, hət­ta qa­lib gəl­mə­səm be­lə si­ya­sət­də öz fəa­liy­yə­ti­mi da­vam et­di­rə­cək­dim. Bu də­fə AXCP-də…

– Niy­yə­ti­niz bu idi?

– Bə­li. Hət­ta plan da açıq­la­mış­dım… 2005-ci ilin 26 no­yabr mi­tin­qi da­ğı­lan­dan son­ra, tək­lif­lə­rim ol­du ki, al­ter­na­tiv məc­lis elan edək. Hə­min si­ya­hı­da hət­ta YAP-ın be­lə üz­vü olan, am­ma xalq tə­rə­fin­dən hə­qi­qə­tən se­çi­lən in­san­la­rın da adı­nı sal­ma­ğı tək­lif et­miş­dim. Tu­taq ki, YES blo­kun­dan qa­lib gəl­di­yi­nə inan­dı­ğı­mız Va­hid Əh­mə­dov Qu­ba­dan se­çil­miş­di. Bu seç­ki də mə­nim gö­zü­mün qar­şı­sın­da ol­muş­du. Və ya­xud Əli Mə­sim­li Şə­ki­dən hə­qi­qə­tən də se­çil­miş­di. O de­pu­tat ola­raq da fay­da­lı adam­dır, mən şəx­sən onun Mil­li Məc­lis­də əy­ləş­mə­si­nə se­vi­ni­rəm. Və ya­xud da Azay Qu­li­yev bi­tə­rəf na­mi­zəd ola­raq seç­ki­lə­rə qa­tıl­mış və se­çil­miş­di… Gənc ola­raq pers­pek­tiv­li, di­li və dil­çə­yi olan adam­dır, in­san ki­mi də çox gö­zəl in­san­dır. Biz tam ola­raq mü­xa­li­fə­tin qa­lib gəl­di­yi­ni id­dia et­mir­dik. Ola bi­lər ki, o si­ya­hı­da 10-15 nə­fər ada­mı­mız var idi ki, hə­qi­qə­tən də qa­lib gəl­miş­di­lər, am­ma sax­ta­laş­dır­ma yo­lu ilə seç­ki­lər­dən kə­nar­laş­dı­rıl­mış­dı­lar. O ba­xım­dan de­dim ki, gə­lin biz də öz si­ya­hı­mı­zı elan edək və Qər­bə də, Şər­qə də gös­tə­rək ki, biz bu­yuq. YAP-ın elə na­mi­zəd­lə­ri var ki, hə­qi­qə­tən də se­çil­miş­di­lər. Bu gün YAP-ın elə na­mi­zəd­lə­ri var ki, on­la­rı Məc­lis­də gör­mək­dən məm­nu­nam. Mə­sə­lən, Gül­tə­kin Ha­cı­bəy­li, Qə­ni­rə Pa­şa­ye­va. Mən şəx­sən bu iki xa­nı­mın mil­lət və­ki­li ol­ma­sı ilə ra­zı­yam. Ni­yə də ol­ma­sın? Mən Av­ro­pa­ya, Or­ta Asi­ya­ya, Tür­ki­yə­yə ge­di­rəm, mən­dən azər­bay­can­lı de­pu­tat ki­mi ilk ola­raq Qə­ni­rə Pa­şa­ye­va­nı so­ru­şur­lar. Ni­yə? Çün­ki ta­nı­yır­lar. Am­ma elə “ölü de­pu­tat­lar” var ki, var­lı­ğı ilə yox­luq­la­rı bi­lin­mir. Sa­bir Rüs­təm­xan­lı­nın bu ya­xın­lar­da bir mü­sa­hi­bə­si get­miş­di, de­yir ki, elə de­pu­tat var ki, mən hə­lə də onun adı­nı bil­mi­rəm. Ki­mə la­zım­dır bu de­pu­tat­lar?

2005-ci il seç­ki­lə­rin­də na­mi­zəd­lər var idi ki, səs­ver­mə­yə qə­dər ha­ki­miy­yə­tin ya­nın­da idi­lər, udu­zan­dan son­ra bi­zə qo­şul­muş­du­lar. “Azad­lıq” Blo­ku­nun ADP-də ke­çi­ri­lən top­lan­tı­sın­da to­xun­dum ki, qar­daş, bir üzü­nüz ol­sun. Dü­nə­nə qə­dər ha­ki­miy­yə­ti tə­rif­lə­yir­di­niz ki, hər şey yax­şı­dır, in­di isə de­yir­si­niz yox pis­dir, ay­rı­lın biz­dən, bi­zə qo­şul­ma­yın. Son­ra­lar on­lar top­lan­tı­la­ra gəl­mə­di­lər. Mən müs­tə­qil na­mi­zəd ol­du­ğum üçün çox da bu­nun üzə­ri­nə get­mə­dim ki, bu in­san­lar par­ti­ya­la­rın irə­li sür­dük­lə­ri na­mi­zəd­lər­dir və qə­ra­rı da on­lar ver­mə­li­dir­lər. Bu vax­ta qə­dər rəs­mən heç yer­də de­mə­mi­şəm, yal­nız in­di bi­rin­ci də­fə­dir ki, de­yi­rəm… Or­ta­lı­ğı qa­rış­dır­maq ki­mi bir fik­rim yox­dur, sa­də­cə iza­hı­nı ala bil­mə­di­yim bir mə­sə­lə ol­du­ğu üçün, mə­ni dü­şün­dür­dü­yü üçün de­yi­rəm. 2005-ci ilin de­kabr ayın­da çox pis vax­tı­mız idi – pu­lu­muz-pa­ra­mız yox, heç bir mad­di qay­na­ğı­mız yox, bü­tün ener­ji­mi­zi seç­ki­lə­rə qoy­du­ğu­mu­za gö­rə sis­te­mi­miz da­ğıl­mış­dı. Şə­bə­kə­min, əla­qə­lə­ri­min ge­niş ol­ma­sı­na bax­ma­ya­raq, hə­min vaxt çox bö­yük boş­luq ya­ran­mış­dı. Mən də ağır gün­də idim, aya­ğa dur­maq üçün za­ma­na eh­ti­ya­cım var idi. O za­ma­nı əl­də et­mə­li ol­du­ğum bir vaxt­da mə­nə “Azad­lıq” qə­ze­tin­dən ul­ti­ma­tiv şə­kil­də bə­ya­nat ver­di­lər ki, bi­na­nı tərk et­mə­li­sən. So­ruş­dum ki, ne­cə? De­di­lər, bu otaq bi­zə la­zım­dır. De­dim, əgər la­zım­dır­sa, heç bir prob­lem yox­dur, tərk elə­yə­cəm. Bəs ni­yə tə­ci­li, tə­xi­rə­sa­lın­ma­dan bu­nu et­mə­li­yəm? De­di­lər, biz re­dak­si­ya­da ic­las ke­çir­mi­şik və bu qə­ra­ra gəl­mi­şik. O vaxt Qə­ni­mət Za­hi­dov “Azad­lıq” qə­ze­ti­nin baş re­dak­to­ru idi, am­ma bu ul­ti­ma­tu­mu mə­nə Azər Əh­mə­dov ver­di. Mən də de­dim, adaş, be­lə bir qə­rar ha­ra­dan qay­naq­la­nır, bu­nun al­tın­da nə ya­tır, nə­dən­dir bu? Al­lah tə­rə­fi de­yim ki, bir az da uta­na­raq de­di. Yə­ni mü­na­si­bə­ti­miz hər za­man yax­şı olub, elə in­di də yax­şı­dır. De­dim, bir az mə­nə vaxt ve­rin. Ya­dı­nız­da olar mə­nim o vaxt ava­dan­lıq­la­rım çox idi və mən xey­li say­da ofis ava­dan­lı­ğı yığ­mış­dım…

– Bö­yük də otaq idi…

– 45-50 kvm-lik otaq idi. Za­ra­fa­ta sal­dım ki, bo­şalt­mı­ram. İki gün ke­çən­dən son­ra sə­hər tez­dən ev­də idim. Azər mə­nə zəng vur­du ki, qar­daş, sa­at 2-yə ki­mi ota­ğı bo­şalt­maq la­zım­dır…

– Al­lah, Al­lah… Hö­ku­mət ki­mi…

– Qa­ça­raq… Ən pis vaxt­la­rı­mız idi. Al­la­ha şü­kür, mə­nim yı­xı­lıb-qal­xan vaxt­la­rım çox olub. Am­ma o dövr­də nə­fəs al­ma­ğa eh­ti­ya­cım var idi. Hət­ta mən pis adam ol­say­dım be­lə, on­lar yax­şı adam olub, bu­nu mə­nə qar­şı et­mə­mə­li idi­lər. Müş­fiq Ələs­gər­li­yə zəng vu­rub de­dim ki, uşaq­la­rı yığ, ge­din o ava­dan­lıq­la­rı çı­xa­rın otaq­dan. Hə­sən Kə­ri­mo­va da zəng vur­dum, sağ ol­sun, kö­mək elə­di…

– Əli Kə­rim­li­nin özü ilə ni­yə şəx­sən da­nış­ma­dı­nız?

– O vax­ta qə­dər Əli bəy­lə iki də­fə söh­bə­ti­miz ol­muş­du. “Azad­lığ”ın çay­xa­na­sın­da bə­zi adam­lar var idi ki, do­la­şıb, haq­qım­da söz-söh­bət ya­yır­dı­lar. Sö­zün dü­zü, “ör­tü­lü ba­zar, dost­lu­ğu po­zar” fi­kir­lə­şib Əli bəy­lə iki də­fə gö­rüş­düm. De­dim ki, Əli bəy, bu adam­lar sə­nin ya­xın ət­ra­fın olan adam­lar­dır, am­ma haq­qım­da sağ­da sol­da pis fi­kir­lər ya­yır­lar. Gu­ya mən ha­ki­miy­yə­tə sa­tıl­mı­şam, ha­ki­miy­yət mə­nə de­pu­tat man­da­tı ve­rə­cək­miş… Hə­lə o vaxt sa­laq bir fi­kir də irə­li sür­müş­dü­lər ki, Azər Həs­rət Mət­bu­at Şu­ra­sın­dan ona gö­rə çı­xır ki – elan et­miş­dim ki, MŞ-dan çı­xı­ram – ha­ki­miy­yət ona de­pu­tat man­da­tı ve­rir.

– Ha­ki­miy­yət Mət­bu­at Şu­ra­sı­na gi­rə­nə de­pu­tat man­da­tı ve­rər, çı­xa­na yox ki…

– Ay sağ olun… nə qə­dər ba­şı­boş ol­maq la­zım­dır ki, Azər Həs­rət ki­mi od­lu-alov­lu tən­qi­di fi­kir­lər söy­lə­yən bir ada­mı Mət­bu­at Şu­ra­sın­dan çı­xa­rıb par­la­men­tə qo­ya­san və de­yə­sən ki, mə­ni tən­qid elə. İki də­fə Əli bəy­lə bu söh­bət­lə­ri ya­rım­çıq apar­dıq. De­dim, da­ha də­ri­nə get­mi­rəm, xa­hiş edi­rəm, üç nə­fər­dir, on­la­rı ya­nı­nı­za ça­ğı­rıb söh­bət edin…

– Kim­lər idi o üç nə­fər?

– Ad­la­rı­nı çək­mək is­tə­mi­rəm. Bir az prob­lem­li adam­lar­dır. Sa­də­cə on­la­rın Əli bəy­lə söh­bət et­mə­si­ni is­tə­dim. Bi­rin­ci də­fə söz ver­di, de­di, yax­şı, də­vət edə­rəm, gə­lər­lər söh­bət edə­rik, am­ma in­di im­ka­nım yox­dur. Göz­lə­dim, də­vət elə­mə­di. İkin­ci də­fə də mən özüm cəhd elə­yib onun özü ilə gö­rüş­düm və ye­nə də de­dim ki, bu söh­bət­lər sən­gi­mək bil­mir. Qə­zet­də yaz­mır­dı­lar, am­ma ya­dı­nız­da olar, “Azad­lığ”ın çay­xa­na­sı, ara­da gə­zib-do­la­şıb, söz ya­yır­dı­lar. Onu bu­na, bu­nu ona qa­tır­dı­lar. Elə adam var idi ki, “Azad­lığ”ın çay­xa­na­sın­da bir söz de­yir­di, Mü­sa­va­tın çay­xa­na­sın­da baş­qa bir söz. İkin­ci də­fə də Əli bəy söz ver­di ki, da­nı­şa­cam, am­ma elə­mə­di. Üçün­cü də­fə ya­nı­na get­mə­dim. Sağ ol­sun, na­mi­zəd­li­yi­min rəs­mi­ləş­di­ril­mə­sin­də kö­mə­yi ol­sun. Mən 34-cü dai­rə­dən na­mi­zəd­li­yi­mi irə­li sür­müş­düm. De­di ki, Mü­sa­vat aya­ğı­nı di­rə­yib ki, ora­dan Nə­sib Nə­sib­li get­mə­li­dir. Mən de­dim ki, 56-cı Xaç­maz Seç­ki Dai­rə­si mə­nim yur­dum­dur, ora­dan da ge­də bi­lə­rəm, alın­ma­sa, 34-cü dai­rə­dən müs­tə­qil na­mi­zəd ola­raq seç­ki­yə qa­tı­la­ram, gü­nah da siz­dən ge­dər. Nə isə, bu mə­sə­lə də həll olun­du. Na­mi­zəd­li­yi­mi Xaç­maz Seç­ki Dai­rə­sin­dən irə­li sür­düm. De­di­lər, çox sağ ol, dü­şün­cə­li ol­du­ğun üçün… 2005-ci il seç­ki­lə­rin­dən son­ra tə­bii ola­raq bu­nu de­mə­dim. Və de­mə­di­yim dövr­də də qə­rar­gah­dan ul­ti­ma­tiv şə­kil­də çı­xa­rıl­dım. Ava­dan­lı­ğı­mın ha­mı­sı da da­ğıl­dı, get­di, məhv ol­du. Mə­nə san­ki ar­xa­dan zər­bə vu­rul­du, ba­da­laq vu­rul­du. Mən də sə­si­mi kə­sib çı­xıb get­dim.

– Əli Kə­rim­li?

Da­va­mı gə­lən sa­yı­mız­da

Qaynaq: Xural qəzeti, 4-10 iyul 2010

Müsahibə:

1-ci hissə: 30 İyun Türk dünyası üçün örnəkdir!
2-ci hissə: Tac Mahalı da sevgi tikib!
3-cü hissə: AXCP mənə arxadan zərbə vurdu
4-cü hissə: Həqiqətən də loyallaşmışam

5-ci hissə: Başımızda Heydər Əliyevin yumruğu olmalıydı!

Oxunma sayı: 11057