Kimlər deputat olmalıdır?

Azər Həsrət

Azər Həsrət

Bu ilin aprel ayında yazdığımız “Hər deputat haqqında bir cümlə” başlıqlı yazı maraqla qarşılanmışdı. Bir sıra İnternet saytlarında dərc edilən yazı bəzi deputatların xoşuna gəlməsə də oxucuların böyük əksəriyyəti onu maraqla qarşılamışdı. Xüsusən də yumor qarışıq dostyana tənqid üzərində qurulması, həmçinin doğrudan da hər deputat haqqında onu xarakterizə edəcək cəmi bir cümlənin olması yazının asan və həvəslə oxunmasına şərait yaradırdı. Elə oxucularımızdan biri buna bənzər fikirlərini e-poçtla mənə göndərərkən bir istəyini də ifadə etmişdi: hazırkı deputatları yaxşı xarakterizə etmisiniz, maraqlıdır, bəs gələcək deputatları necə görmək istərdiniz? Yəni oxucu bu ilin noyabr ayında keçirilməsi nəzərdə tutulan parlament seçkilərində nə cür insanların seçilməsinin faydalı ola biləcəyini öyrənmək istəyirdi. Daha doğrusu, bizim bu yöndəki fikirlərimiz onun üçün maraqlı idi.

Doğrudan da, nə cür insanlar parlamentə düşərsə faydalı olar? Bu sual əslində bizi də düşündürür və ona görə də həm oxucu istəyini, həm də elə öz istəyimizi nəzərə alaraq kimlərin deputatlığa layiq olması haqqında fikirlərimizi qələmə alırıq.

Hər şeydən öncə Azərbaycan Milli Məclisinin say tərkibi haqqında. 1995-ci ildə MM-in üzvlərinin sayının 125 nəfərə endirilməsi zamanı da bu düşüncələrimizi dilə gətirmişdik (bu rəqəmin 165 olmasını istəyirdik). Bizə görə, MM sadəcə millət vəkilləri qurumu deyil, həm də Azərbaycan dövləti üçün gərəkli və təcrübəli kadrların hazırlanacağı bir platforma olmalıdır. Yəni MM mərhələsini keçən insanların daha təcrübəli olacağını və buna görə də sonradan müxtəlif dövlət vəzifələrinə təyin edilməsinin yararlı olacağı düşüncəsindəyik. Xüsusən də nəzərə almaq lazımdır ki, təcrübəli, yeni düşüncəli və çağdaş dünyanı düzgün qavraya bilən vəzifəli şəxslərə çox ehtiyacımız var və beş illik deputatlıq dövründə toplanılmış çox ciddi təcrübə dövlət idarəetməsində işə yaraya bilər. O da diqqətə alınmalıdır ki, deputatlıq mərhələsi keçən insanların ictimai əlaqələri güclü olur. Misal üçün, bu gün yüksək populyarlığı olan bir deputatın sabah hansısa ölkədə səfirlik etməsi Azərbaycana ciddi xeyir gətirə bilər. Halbuki baxdığımızda bir sıra ölkələrdəki səfirlərimiz və müvafiq olaraq səfirliklərimiz heç də ciddi ictimai populyarlığı ilə öyünə bilməzlər…

İndi isə keçək əsas məsələyə. Yəni kimlər deputat olmalıdır? Burada öncə ayrı-ayrı şəxslərdən çox gərəkən keyfiyyətlər üzərində durmaq daha faydalıdır. Yəni şəxs olaraq kimlərdən deyil, fərdi keyfiyyətlərdən söz açmaq daha düzgündür. Sonra isə MM-in indiki tərkibinə münasibət bildirmək olar.

Hər şeydən öncə nəzərə almaq lazımdır ki, deputat da ölkə prezidenti kimi həmişə göz önündə olur (hərçənd bizdə çox zaman belə olmasa da). Təbii ki, göz önündə olan insanın yaxşı mənada seçilməsi, özünün şəxsi keyfiyyətləri ilə digərlərinə nümunə olması vacibdir. Bu baxımdan Milli Məclisin hazırkı tərkibində, təəssüf ki, elə də çox gözə dəyən deputatlar yoxdur. Ötən dəfə də yazdığımız kimi, ən fəal vətəndaş belə MM-in ən yaxşı halda 25-30 deputatının adını çəkə bilər. Yerdə qalan 95-100 nəfərin isə çox zaman adını belə bilmək olmur…

Deputatın ali təhsilli və həm də savadlı olmasını deməyə heç gərək də yoxdur. Ancaq nəzərə almaq lazımdır ki, bu günün deputatı sadəcə ali savadlı olmaqla qalmamalı, çağdaş dünyanın tələb etdiyi başqa bilgilərə də sahib olmalıdır. Bu bilgilərin ən öndə gələnləri informasiya-kommunikasiya texnologyalarından yüksək dərəcədə baş çıxarmaq, həmçinin ən azı iki xarici dil bilməkdir. (Bu arada onu da qeyd edək ki, bəzən insanlarımız Türkiyə türkcəsini xarici dil olaraq öz biografiyalarına əlavə edirlər. Əslində ədəbi türkcəni bilmədikləri halda bildikləri xarici dillərin sayını artırmaq üçün bu yola əl atanlar, Türkiyə və Azərbaycan türkcələrinin demək olar ki, eyni dil olduğunu görməzlikdən gəlirlər ki, bu da yaxşı qiymətləndirilə bilməz. Ona görə də xarici dil deyəndə qeyri-türk dilləri nəzərdə tutulmalıdır. Misal üçün, ingilis, alman, rus, ərəb və s. dilləri.)

Başqa bir önəmli keyfiyyət deputatlığa iddia edənin dünyaya yön verən beynəlxalq və xarici qurumlarla işləmə təcrübəsinin və şəxsi əlaqələrinin olmasıdır. Nəzərə almaq lazımdır ki, Azərbaycan dövləti davamlı olaraq beynəlxalq qurumların haqlı-haqsız tənqidlərinə məruz qalır və çox zaman da bu tənqidləri sadəcə bacarıqlı bir deputatın müdaxiləsi ilə zərərsizləşdirmək mümkün ola bilər. Di gəl ki, MM-də bu cür şəxslərin çox az olması və bəzən də ayrı-ayrı istiqamətlər üzrə ümumiyyətlə yoxluğu ölkəmizin adının davamlı olaraq qara siyahılara düşməsinə səbəb olur. Təbii ki, bu baxımdan deputat statusu olan və üstəlik də beynəlxalq qurumlarla yaxşı şəxsi münasibətlərə malik şəxslər dövlətimizə çox fayda verə bilərlər.

Başqa vacib məqamlardan biri deputatın ən azından seçildiyi dairənin insanları ilə yaxşı münasibətlər qura bilməsidir. Ötən müddət onu göstərdi ki, deputatların böyük əksəriyyəti vətəndaşın səsini alana qədər onunla təmasda olsa da MM-ə düşdükdən sonra seçiciləri ümumiyyətlə unudublar. Bunun ən yaxşı sübutu onların hər dəfə ayrı dairədən namizədliklərini irəli sürməsidir. Yəni xalqın etimadını doğruldan deputat gərəkdir ki, növbəti dəfə də eyni dairədən iddia etsin. Ancaq baxıldığında görürük ki, bu, yumşaq desək, belə deyil. Seçici sevgisi qazanmayan deputatdan isə nə dövlətə, nə də hakimiyyətə bir fayda gəlməz.

Bu yazıda deputat üçün önəmli olan başqa keyfiyyətlər haqqında da uzun-uzadı söz açmaq olardı. Ancaq düşünürük ki, toxunduğumuz məqamlar üzrə “imtahan”dan keçənlər elə digər ölçülərə də uyğun gələ biləcəklər.

Bu arada fürsətdən istifadə edib hazırda müddəti bitməkdə olan tərkibdən bəzi deputatlar haqqında fikirlərimizi də dilə gətirmək istərdik. Əlbəttə ki, bu, bizim kənar müşahidələrimizin göstəricisidir və hər hansı deputata qarşı hansısa formada rəğbət və ya nifrətimizi ifadə etmir.

Hər şeydən öncə, fəaliyyəti diqqətimizi cəlb etmiş və özünü doğrultmuş hesab etdiyimiz millət vəkilləri haqqında danışaq. Bu siyahıya aşağıdakıları daxil etmək olar (siyahı subyektivdir təbii):

  1. 14 saylı Əzizbəyov II seçki dairəsi – Mehriban Əliyeva
  2. 18 saylı Nərimanov-Nizami seçki dairəsi – Cəmil Həsənli
  3. 22 saylı Nəsimi II seçki dairəsi – Asim Mollazadə
  4. 26 saylı Sabunçu I seçki dairəsi – Fazil Mustafa
  5. 35 saylı Xətai III seçki dairəsi – İqbal Ağazadə
  6. 46 saylı Şirvan seçki dairəsi – Azay Quliyev
  7. 47 saylı Mingəçevir seçki dairəsi – Aydın Mirzəzadə
  8. 49 saylı Yevlax-Mingəçevir seçki dairəsi – Əli Hüseynov
  9. 52 saylı Quba seçki dairəsi – Vahid Əhmədov
  10. 58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsi – Rafael Hüseynov
  11. 59 saylı Salyan seçki dairəsi – Əkrəm Abdullayev
  12. 60 saylı Salyan-Neftçala seçki dairəsi – Fəzail Ağamalı
  13. 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi – Fəzail İbrahimli
  14. 72 saylı Yardımlı-Masallı seçki dairəsi – Sabir Rüstəmxanlı
  15. 79 saylı İmişli seçki dairəsi – İltizam Əkbərli
  16. 83 saylı Ağcabədi-Ağdam seçki dairəsi – Aqil Abbas
  17. 93 saylı Bərdə şəhər seçki dairəsi – Zahid Oruc
  18. 94 saylı Bərdə kənd seçki dairəsi – Gövhər Baxşəliyeva
  19. 96 saylı Goranboy-Naftalan seçki dairəsi – Gültəkin Hacıbəyli
  20. 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsi – Qüdrət Həsənquliyev
  21. 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsi – Mübariz Qurbanlı
  22. 102 saylı Samux-Şəmkir seçki dairəsi – Valeh Ələsgərov
  23. 105 saylı Tovuz seçki dairəsi – Qənirə Paşayeva
  24. 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi – İlyas İsmayılov
  25. 108 saylı Ağstafa seçki dairəsi – Nizami Cəfərov
  26. 109 saylı Balakən seçki dairəsi – Rəbiyyət Aslanova
  27. 113 saylı Şəki şəhər seçki dairəsi – Əli Məsimli
  28. 114 saylı Şəki kənd I seçki dairəsi – Yaqub Mahmudov
  29. 116 saylı Qəbələ seçki dairəsi – Fəttah Heydərov
  30. 119 saylı Ağdam kənd seçki dairəsi – Bəxtiyar Sadıqov

İndi isə MM-də yenidən təmsil olunmasını heç istəmədiyimiz deputatlar haqqında danışaq. Bir daha qeyd edirik ki, bu, bizim subyektiv fikirlərimizdir və başqalarının mövqeyi ilə üst-üstə düşməyə bilər:

  1. 1 saylı Şərur-Sədərək seçki dairəsi – Vasif Talıbov
  2. 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsi – Səttar Mehbalıyev
  3. 6 saylı Culfa-Babək seçki dairəsi – İsmayıl Hacıyev
  4. 7 saylı Ordubad-Culfa seçki dairəsi – Əkrəm Əylisli
  5. 9 saylı Binəqədi II seçki dairəsi – Rafael Cəbrayılov
  6. 10 saylı Binəqədi III seçki dairəsi – Madər Musayev
  7. 11 saylı Qaradağ seçki dairəsi – Murtuz Ələsgərov
  8. 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi – Mixail Zabelin
  9. 13 saylı Əzizbəyov I seçki dairəsi – Rauf Əliyev
  10. 16 saylı Yasamal II seçki dairəsi – Abel Məhərrəmov
  11. 20 saylı Nərimanov II seçki dairəsi – Adil Əliyev
  12. 21 saylı Nəsimi I seçki dairəsi – Ülvi Quliyev
  13. 27 saylı Sabunçu II seçki dairəsi – Fərrux Zeynalov
  14. 28 saylı Sabunçu III seçki dairəsi – Eldar Quliyev
  15. 29 saylı Səbail seçki dairəsi – Fuad Muradov
  16. 30 saylı Suraxanı I seçki dairəsi – Anar Məmmədxanov
  17. 31 saylı Suraxanı II seçki dairəsi – Əhməd Vəliyev
  18. 33 saylı Xətai I seçki dairəsi – Hüseynbala Mirələmov
  19. 37 saylı Nizami I (Gəncə) seçki dairəsi – Aydın Abbasov
  20. 38 saylı Nizami II (Gəncə) seçki dairəsi – Asəf Hacıyev
  21. 39 saylı Kəpəz I (Gəncə) seçki dairəsi – Vidadi Məmmədov
  22. 42 saylı Sumqayıt II seçki dairəsi – Məcid Kərimov
  23. 43 saylı Sumqayıt III seçki dairəsi – Nizami İsgəndərov
  24. 44 saylı Sumqayıt-Abşeron seçki dairəsi – Baba Tağıyev
  25. 48 saylı Yevlax seçki dairəsi – İlham Məmmədov
  26. 50 saylı Qobustan-Xızı-Quba seçki dairəsi – Zeynəb Xanlarova
  27. 51 saylı Qusar seçki dairəsi – Xəlilbəy Günəşov
  28. 53 saylı Quba-Qusar seçki dairəsi – Yevda Abramov
  29. 54 saylı Dəvəçi-Siyəzən seçki dairəsi – Tahir Süleymanov
  30. 55 saylı Xaçmaz şəhər seçki dairəsi – Lalə Abbasova
  31. 56 saylı Xaçmaz kənd seçki dairəsi – Nizami Xudiyev
  32. 57 saylı Kürdəmir seçki dairəsi – Fərhad Qəribov
  33. 61 saylı Neftçala seçki dairəsi – Arif Rəhimzadə
  34. 62 saylı Saatlı seçki dairəsi – Cəlal Əliyev
  35. 64 saylı Sabirabad II seçki dairəsi – Rüstəm Xəlilov
  36. 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsi – Gülhüseyn Əhmədov
  37. 67 saylı Cəlilabad şəhər seçki dairəsi – Aydın Həsənov
  38. 68 saylı Cəlilabad kənd seçki dairəsi – Mirkazım Kazımov
  39. 70 saylı Masallı şəhər seçki dairəsi – Əhəd Abiyev
  40. 73 saylı Lənkəran şəhər seçki dairəsi – Rüfət Quliyev
  41. 75 saylı Lənkəran-Masallı seçki dairəsi – Cavanşir Paşazadə
  42. 77 saylı Astara seçki dairəsi – Vasif Əliyev
  43. 78 saylı Lerik seçki dairəsi – Miri Qənbərov
  44. 80 saylı İmişli-Beyləqan seçki dairəsi – Əhəd Əhmədov
  45. 81 saylı Beyləqan seçki dairəsi – Səfər Məmmədov
  46. 82 saylı Ağcabədi seçki dairəsi – Tahir Rzayev
  47. 85 saylı Şamaxı seçki dairəsi – Maqsud İbrahimbəyov
  48. 86 saylı İsmayıllı seçki dairəsi – Novruzəli Aslan
  49. 87 saylı Ağsu-İsmayıllı seçki dairəsi – Ərəstun Cavadov
  50. 88 saylı Göyçay seçki dairəsi – Sabir Hacıyev
  51. 90 saylı Ağdaş seçki dairəsi – Çingiz Əsədullayev
  52. 91 saylı Ucar seçki dairəsi – Elton Məmmədov
  53. 92 saylı Zərdab-Ucar seçki dairəsi – Jalə Əliyeva
  54. 101 saylı Göygöl-Daşkəsən seçki dairəsi – Rövşən Rzayev
  55. 103 saylı Gədəbəy seçki dairəsi – Rafiq Məmmədhəsənov
  56. 107 saylı Qazax seçki dairəsi – Vaqif Səmədoğlu
  57. 110 saylı Zaqatala seçki dairəsi – Hikmət Atayev
  58. 111 saylı Zaqatala-Balakən seçki dairəsi – Dünyamin Xəlilov
  59. 115 saylı Şəki kənd II seçki dairəsi – Məjlum Şükürov
  60. 117 saylı Oğuz- Qəbələ seçki dairəsi – Eyvaz Qurbanov
  61. 118 saylı Ağdam şəhər seçki dairəsi – Bəxtiyar Əliyev
  62. 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi – Astan Şahverdiyev
  63. 121 saylı Laçın seçki dairəsi – Sevindik Hətəmov
  64. 122 saylı Xankəndi seçki dairəsi – Havva Məmmədova
  65. 123 saylı Kəlbəcər seçki dairəsi – Cavid Qurbanov
  66. 124 saylı Şuşa-Füzuli-Xocalı-Xocavənd seçki dairəsi – Elman Məmmədov
  67. 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi – İmamverdi İsmayılov

Göründüyü kimi, 125 nəfər deputatdan yalnız 30 nəfərinin yenidən seçilməsini rahatlıqla istəmək olar. 67 nəfərinin bir daha deputat olmaması millətin və dövlətin faydasına olardı. Yerdə qalan 28 nəfərin isə yenidən seçilməsində elə bir qəbahət yoxdur. Ancaq seçilməsələr də Azərbaycan dövlətinin nəsə itirəcəyini demək olmaz.

Bir məsələni də qeyd etmək istərdik ki, son günlər mətbuatda “vurulacaq” deputatların siyahısı dərc edilməkdədir. Mümkündür ki, bizim siyahımızda da həmin adamların adı olsun. Ancaq bu o demək deyil ki, biz fikirlərimizi qələmə alarkən həmin siyahıdan da etkilənmişik. Bir daha qeyd etmək istərdik ki, burada yazılanlar yalnız və yalnız subyektiv fikirlərdir və hər hansı xüsusi müşahidə olmadan, adi gündəlik izlənimlərdən yola çıxılaraq gəlinən qənaətlərdir.

Oxunma sayı: 12298

5 Comments to "Kimlər deputat olmalıdır?"

  1. 12 October 2010 - 16:12 - 16:12 | Permalink

    Salam mence Goyçay və Ağdaş bu günkü inkişaf tempine göre Mehriban eliyeva ilə yanaşı ADİU nin rektoru,MM-in Elm və tehsil meseleleri daimi komissiyasının sedri Semseddin haciyeve cox minnetdar olmalidir

  2. leyla's Gravatar leyla
    25 September 2010 - 2:14 - 02:14 | Permalink

    50.88 saylı Göyçay seçki dairəsi – Sabir Hacıyev

    bawqalarinin ehtimadindan sui isdifade edir.ne qeder evler yixib…. bu il secilmese Goycay ucun daha yaxwi olar!!!

  3. Nermine Aliyeva's Gravatar Nermine Aliyeva
    11 September 2010 - 20:38 - 20:38 | Permalink

    Azer bey, seni 2005-ci ilde narinci koyneklerde xatirlayiram. Internetde bu hakimiyyete qarshi radikal chixishlarim da yadimdadir. Amma bu gun 180 faiz deyishib **** (tərbiyəsiz ifadələr olduğu üçün yönətici tərəfindən çıxarılıb). Men seni deputat gormek istemirem; chunki layig deyilsen. Ne deyishen exlaqinla, ne de savadinla. Ozunu chox hormetden salma (baxmayaraq ki, hormetin onsuz da qalmayib) onsuz da seni deputat sechmeyecekler. **** (tərbiyəsiz ifadələr olduğu üçün yönətici tərəfindən çıxarılıb).