Seçki 2005: düşüncələrim və qənaətlərim

Azər H.Həsrət. Dərc edilib: 24 saat qəzeti, 08 avqust 2008. (Əvvəli ötən sayımızda)

Nə isə. Birlikdə yol getdik. Yolun sonuna gəlmədən pərən-pərən düşdük və hətta sonradan bir-birimizə düşmən kəsildik. Sanki millətin dərdi-səri bitibmiş ki, Əli Kərimli-İsa Qəmbər deyişmələrinə vaxt xərcləməliymişik…

Yaddan çıxmadan bəzi adamlara təşəkkür də etmək istərdim. Yuxarıda adları keçən dostlarımla bərabər Bozqurdların öndəri İsgəndər Həmidova və Qarabağ Qazilərinin başçısı Etimad Əsədova verdikləri dəstəkdən dolayı təşəkkür edirəm. “İctimai Liderlər” Seçki Blokunun bütün üzvlərinə təşəkkür edirəm. Mənə verdikləri dəstəyə görə. Bir də ki, təvazökarlıqdan uzaq olsa da mənə sürücülük etmiş əmoğlum Vidadiyə, bütün seçki dövründə hər işlərini atıb yanımda olan qardaşlarıma, eləcə də məni dəstəkləyən və mənə səs verən hər bir sadə insana təşəkkür edirəm. Bu insanların hər biri ayrıca kişilik rəmzidir. Onların cəsarəti, qətiyyəti və prinsipiallığı mənim də daha ürəklə mübarizə aparmağıma stimul verirdi. Mən sevinirəm. Baxmayaraq ki, qələbəm oğurlanıb, sevinirəm. Çünki 2005-ci ilin seçkilərindən yetkin bir siyasətçi kimi çıxa bildim. Daha da bərkidim, möhkəmləndim və ən əsası sınıb yolumdan sapmadım. Əslində mən qalib gəldim. İyirmi il öncə çıxdığım doğma yurduma yenidən qayıdıb bir siyasi kampaniya apardım və qalib gəldim. İnsanlar mənə etimad göstərdilər, sağ olsunlar. Tam üç ay boyunca Xaçmaz rayonunun tən yarısında bir azadlıq karvanı dolaşdı. İnsanlar sözün və cəsarətin təntənəsini görüb heç olmasa üç ay azad nəfəs ala bildilər. Buna sevinməyəsən də nə edəsən?

…O zaman mənim təklif etdiyim şərti “Milli Məclis”in tərkibini elan edə bilmədik. Daha doğrusu “Azadlıq” Blokunun başbilənləri bunu məqsədəuyğun saymadılar. Elə isə mənim də susmağımın bir həddi var və həmin hədd əslində çoxdan başa çatıb. Hesab edirəm ki, heç kimə hesabat vermədən və heç kimin qınaqlarından çəkinmədən bir daha müstəqil mövqeyimi açıqlamaq mənim haqqımdır və bunu da edirəm. Siyahıya da şərti olaraq “Azər Həsrətin Milli Məclisi” adını verirəm. Buyurun, gec də olsa tanış olun və fikirlərinizi mənimlə bölüşün. Bunun üçün azer@azerhasret.com ünvanına e-məktub yaza və ya (050) 335 2795 saylı telefona zəng vura bilərsiniz. Məmnun olaram. Daha bir vacib məqam isə ondan ibarətdir ki, məncə, biz udmaqdan öncə uduzmağı öyrənməliyik. Bunu bacarmadan heç zaman qalib gəlməyi də bacaran deyilik!

Azər Həsrətin Milli Məclisi

Dairələr Qaliblər
1 saylı Şərur-Sədərək: Talıbov Vasif Yusif oğlu
2 saylı Şərur: Həbibbəyli İsa Əkbər oğlu
3 saylı Babək-Kəngərli: Mehbalıyev Səttar Suliddin oğlu
4 saylı Naxçıvan Şəhər: İbrahimov Eldar Rza oğlu
5 saylı Şahbuz-Babək: Novruzov Siyavuş Dünyamalı oğlu
6 saylı Culfa-Babək: Hacıyev İsmayıl Muxtar oğlu
7 saylı Ordubad-Culfa: Əylisli Əkrəm Nəcəf oğlu
8 saylı Binəqədi I: Səmədbəyli Arzu Həbib oğlu
9 saylı Binəqədi II: Məmmədov Sərdar Cəlal oğlu
10 saylı Binəqədi III: Hüseynli İlham Qəşəm oğlu
11 saylı Qaradağ: Ələsgərov Murtuz Nəcəf oğlu
12 saylı Qar-Bin-Yas: Zabelin Mixail Yuri oğlu
13 saylı Əzizbəyov I: Əliyev Rauf Asif oğlu
14 saylı Əzizbəyov II: Əliyeva Mehriban Arif qızı
15 saylı Yasamal I: Namazov Eldar Saqif oğlu
16 saylı Yasamal II: İmanov Nazim Müzəffər oğlu
17 saylı Yasamal III: Hacıyeva Lalə-Şövkət
18 saylı Nərimanov-Nizami: Həsənli Cəmil Poladxan oğlu
19 saylı Nərimanov I: Əhmədov Əli Cavad oğlu
20 saylı Nərimanov II: Əliyev Adil Abış oğlu
21 saylı Nəsimi I: Mustafayev Fuad İlham oğlu
22 saylı Nəsimi II: Mollazadə Asim Nazim oğlu
23 saylı Nəsimi-Səbail: Səmədzadə Ziyad Əliabbas oğlu
24 saylı Nizami I: Abdullayev Rövnəq İbrahim oğlu
25 saylı Nizami II: Məmmədov Qurban Cəlal oğlu
26 saylı Sabunçu I: Mustafayev Fazil Qəzənfər oğlu
27 saylı Sabunçu II: İbrahimli Xaləddin Cəlal oğlu
28 saylı Sabunçu III: Abbasov Rauf Arif oğlu
29 saylı Səbail: Kərimov Həsən Hüseyn oğlu
30 saylı Suraxanı I: Məmmədxanov Anar Camali oğlu
31 saylı Suraxanı II: Kərimli Əli Əmirhüseyn oğlu
32 saylı Suraxanı III: Abiyev Ağacan Qulam oğlu
33 saylı Xətai I: Mirələmov Hüseynbala Fazil oğlu
34 saylı Xətai II: Nəsibli Nəsib Loğman oğlu
35 saylı Xətai III: Ağazadə İqbal Fehruz oğlu
36 saylı Xətai IV: Seyidov Səməd İsmayıl oğlu
37 saylı Gəncə-Nizami I: Abbasov Aydın Abbas oğlu
38 saylı Gəncə-Nizami II: Əmirxanlı Cahangir Hüseyn oğlu
39 saylı Gəncə-Kəpəz: Məmmədov Vidadi Yunis oğlu
40 saylı Gəncə-Kəpəz II: Quliyev Musa İsa oğlu
41 saylı Sumqayıt I: İsrafil İkram İsrail oğlu
42 saylı Sumqayıt II: Kərimova Flora Ələkbər qızı
43 saylı Sumqayıt III: İsgəndərov Nizami Zaman oğlu
44 saylı Sumqayıt IV: Qasımzadə Nəriman Qasım oğlu
45 saylı Abşeron: Əsədov Oqtay Sabir oğlu
46 saylı Əli Bayramlı: Quliyev Azay Əjdər oğlu
47 saylı Mingəçevir: Mirzəzadə Aydın Böyükkişi oğlu
48 saylı Yevlax: Məmmədov İlham Kazım oğlu
49 saylı Yevlax-Ming: Hüseynov Əli Məhəmməd oğlu
50 saylı Qob-Xızı-Quba: Xanlarova Zeynəb Yəhya qızı
51 saylı Qusar: Günəşov Xəlilbəy Günəş oğlu
52 saylı Quba: Əhmədov Vahid Qazməmməd oğlu
53 saylı Quba: Abramov Yevda Sasun oğlu
54 saylı Dəvəçi-Siyəzən: Süleymanov Tahir Süleyman oğlu
55 saylı Xaçmaz şəhər: Vəfa Xuraman Məcid qızı
56 saylı Xaçmaz kənd: Həsrət Azər Hacıqulu oğlu
57 saylı Kürdəmir: Qəribov Fərhad Həsən oğlu
58 saylı Hacıqabul-Kürdəmir: Hüseynov Rafael Baba oğlu
59 saylı Salyan: Abdullayev Əkrəm Kamal oğlu
60 saylı Salyan-Neftçala: Ağamalı Fəzail Rəhim oğlu
61 saylı Neftçala: Hüseynov Fərman Kamran oğlu
62 saylı Saatlı: Hacıbəyli Ənnağı Bahadur oğlu
63 saylı Sabirabad I: Hüseyn Pənah Çodar oğlu
64 saylı Sabirabad II: Xəlilov Rüstəm Gülabba oğlu
65 saylı Saat-Sab-Kür: Əhmədov Gülhüseyn Əhməd oğlu
66 saylı Biləsuvar: Şahbazov Akif Rəhim oğlu
67 saylı Cəlilabad şəhər: Həsənov Aydın Xanhüseyn oğlu
68 saylı Cəlilabad kənd: Kazımov Mirkazım Məhəmməd oğlu
69 saylı Cəl-Mas-Bil: Əlibəyli Qulamhüseyn Surxan oğlu
70 saylı Masallı şəhər: Abıyev Əhəd Mikayıl oğlu
71 saylı Masallı kənd: Axundova Elmira Hüseyn qızı
72 saylı Yardımlı-Masallı: Rüstəmxanlı Sabir Xudu oğlu
73 saylı Lənkəran şəhər: Quliyev Rüfət Atakişi oğlu
74 saylı Lənkəran kənd: Rəcəbli Hadi Musa oğlu
75 saylı Lənk-Masallı: Paşazadə Cavanşir Hümmət oğlu
76 saylı Lənkəran-Astara: Əsgərov Ziyafət Abbas oğlu
77 saylı Astara: Əliyev Vasif İzzət oğlu
78 saylı Lerik-Lənkəran: Qənbərov Miri Əhəd oğlu
79 saylı İmişli: Əkbərli İltizam Nizam oğlu
80 saylı İmişli-Beyləqan: Əhmədov Əhəd Abbas oğlu
81 saylı Beyləqan: Abbas Taqdıq Əlikişi oğlu
82 saylı Ağcabədi: Rzayev Tahir Musa oğlu
83 saylı Ağcabədi-Ağdam: Abbas Aqil Məhəmməd oğlu
84 saylı Füzuli: Bayramov Qubad İbad oğlu
85 saylı Şamaxı: İbrahimbəyov Maqsud Məmmədibrahim oğlu
86 saylı İsmayıllı: Məmmədov Mehman Cavad oğlu
87 saylı Ağsu-İsmayıllı: Kərimli Tahir Zayıdağa oğlu
88 saylı Göyçay: Hacıyev Sabir Kamal oğlu
89 saylı Göyçay-Ağdaş: Hacıyev Şəmsəddin Hümmət oğlu
90 saylı Ağdaş: Qənizadə Çingiz Aşralı oğlu
91 saylı Ucar: Məmmədov Elton Arzuman oğlu
92 saylı Zərdab-Ucar: Əliyeva Jalə Fazil qızı
93 saylı Bərdə şəhər: Oruc Zahid Məhərrəm oğlu
94 saylı Bərdə kənd: Baxşəliyeva Gövhər Baxşəli qızı
95 saylı Tərtər: Quliyeva Aynur Camal qızı
96 saylı Goranboy-Naftalan: Hacıyeva Gültəkin Yunis qızı
97 saylı Gor-Ağdam-Tərtər: Həsənquliyev Qüdrət Müzəffər oğlu
98 saylı Şəmkir şəhər: Əmiraslanov Azər Kamal oğlu
99 saylı Şəmkir kənd: Həsənova Məlahət İbrahim qızı
100 saylı Şəmkir-Daşkəsən: Qurbanlı Mübariz Qəhrəman oğlu
101 saylı Xanlar-Daşkəsən: Rzayev Rövşən Şükür oğlu
102 saylı Samux-Şəmkir: Ələsgərov Valeh Feyruz oğlu
103 saylı Gədəbəy: Quliyev Nizami Yusif oğlu
104 saylı Gədəbəy-Tovuz: Məmmədov Saleh Məmmədəli oğlu
105 saylı Tovuz: Paşayeva Qənirə Ələsgər qızı
106 saylı Tov-Qaz-Ağstafa: Aşurov İsaxan Qara oğlu
107 saylı Qazax: Vəkilov Vaqif Səməd oğlu
108 saylı Ağstafa: Cəfərov Nizami Qulu oğlu
109 saylı Balakən: Aslanova Rəbiyyət Nurullah qızı
110 saylı Zaqatala: Hacılı Arif Mustafa oğlu
111 saylı Zaqatala-Balakən: Xəlilov Dünyamin Zakir oğlu
112 saylı Qax: Kərim Əyyub Zakir oğlu
113 saylı Şəki Şəhər: Məsimli Əli Əhməd oğlu
114 saylı Şəki kənd I: Hacızadə Hikmət Əbdürəhim oğlu
115 saylı Şəki kənd: Şükürov Məjlum Şükür oğlu
116 saylı Qəbələ: Heydərov Fəttah Səməd oğlu
117 saylı Oğuz-Qəbələ: Qurbanov Eyvaz Daşdəmir oğlu
118 saylı Ağdam şəhər: Əliyev Bəxtiyar Həmzə oğlu
119 saylı Ağdam kənd: Əhməd Əsgər Sucayət oğlu
120 saylı Cəbrayıl-Qubadlı: Şahverdiyev Astan Nuşiravan oğlu
121 saylı Laçın: Hətəmov Sevindik Hacağa oğlu
122 saylı Xankəndi: Məmmədova Həvva İsa qızı
123 saylı Kəlbəcər: Qurbanov Cavid Qəmbər oğlu
124 saylı Şuşa-Füz-Xoc-Xoc: Məmmədov Elman Camal oğlu
125 saylı Zəngilan-Qubadlı: İsmayılov İmamverdi İbiş oğlu

Göründüyü kimi, bu siyahıda qaliblər arasında “Azadlıq” Blokunun 30-a qədər namizədinin adı var və məncə bu da elə həqiqətə uyğun olar. Yəni heç bir ciddi maddi bazası ilə seçilməyən bir siyasi blokun əslində bu qədər yer ala bilməsi özlüyündə böyük bir şeydir. Digər tərəfdən də nəzərə almaq lazımdır ki, dairələrin böyük əksəriyyətində blok normal seçki kampaniyası təşkil edə bilməyib. Ən acınacaqlısı da odur ki, bu, hakimiyyətin yaratdığı əngəllər üzündən deyil, sadəcə namizədlərin zəif olması üzündən belə olub. Elə isə blok normal 25-30 namizədlə seçkiyə qatılıb onların davasını aparsaydı daha düzgün olmazdımı? Məncə olardı! Bundan başqa bu siyahıda adları keçən şəxslərin ümumilikdə təxminən 50 nəfəri “Azadlıq” bloku üçün “əleyhdar” sayıla bilməz və onlarla bir çox məsələlərdə iş birliyi mümkündür. Məsələn, keçmiş cəbhəçilər olan Asim Mollazadə, Fazil Qəzənfəroğlu, başqa blokdan olan Vahid Əhmədov, Əli Məsimli və s. bu sıraya aid edilə bilər. Yəni 125 nəfər deputatdan ən azı 50 nəfər birbaşa hakim partiyanı təmsil etməməklə bərabər öz müstəqil mövqeləri ilə seçilən insanlardırsa, məncə burda zərərli heç nə olmamalıdır. Hər halda əlində ciddi maddi və siyasi imkanları olan hakimiyyətin tam olaraq iflasa uğramasını düşünmək də ədalətsizlik olardı və bu baxımdan YAP-ın 2005-ci il seçkilərində qələbəsi şübhəsizdir. Ancaq o da şübhəsizdir ki, bu qələbənin faizi şişirdilib.

Bir də onu qeyd etmək istərdim ki, bu siyahıda səsverməyə buraxılmayan namizədlərin adları nəzərə alınmayıb. Bəllidir ki, bir sıra dairələrdə YAP-ın namizədinin işini asanlaşdırmaqdan ötrü ən güclü namizədlərin qeydiyyatını ləğv etmişdilər…

Son olaraq onu da qeyd etmək istərdim ki, mənim bu yanaşmam mümkündür ki, subyektiv olsun. Yəqin ki, həm iqtidarda, həm də müxalifətdə kimlərsə bunu bəyənən deyil. Hətta məni kimlərəsə işləməkdə günahlandıranlar da tapılacaq. Ona görə də bəri başdan deyirəm ki, lütfən, belə fikrə düşməyin. Mən sadəcə düşüncələrimi qələmə alıram. O düşüncələri ki, neçə illərdir mənə rahatlıq vermir və içimdəki ədalət hissi də onları aşkara çıxarmağı tələb edir. Vəssalam!

Daha bir qeyd isə ondan ibarətdir ki, burada yalnız noyabrın 6-da keçirilən səsvermənin nəticələri (hansı ki, onlardan bəziləri ləğv edilib) nəzərə alınıb. Təkrar seçki zamanı seçilənlər arasında da bizim üçün arzuolunan sayıla biləcək insanlar var. Məsələn, İlyas İsmayılov və Fəzail İbrahimlini bu sıraya aid etmək olar.

S.A. Bu yazının orijinalı və müəllifin tərcümeyi halı www.azerhasret.com ünvanlı İnternet saytında yerləşdirilib. Bir də onu əlavə etmək istərdim ki, bu yazını dərc etmək üçün qəzet seçimində ciddi problemlə üzləşdim. Yəni nə müxalifət, nə də iqtidar qəzetlərinin mənim müstəqil mövqeyimə tribuna verəcəyinə əmin olmadığım üçün “24 saat”ın üzərində dayandım. Bu imkanı yaratdıqlarına görə qəzetdəki həmkarlarıma, xüsusən də baş redaktor İlham Tumasa təşəkkürlərimi ifadə edirəm.

Yazının sonu

Oxunma sayı: 12710