Ulu Türküstandan Azər Həsrətə dəstəklər davam edir

Azər Həsrət

Bakı, AzerHasret.com, 05.11.2010 – Xəbər verdiyimiz kimi 34 saylı Xətai II seçki dairəsinin ən şanslı namizədi Azər Həsrətə ölkə içindən olduğu kimi türk dünyasının hər tərəfindən dəstək gəlməkdə davam edir. Bu dəstək xəbərlərində bir qayda olaraq onun yalnız Azərbaycanın deyil, bütün türk dünyasının millət vəkili olacağı xüsusi vurğulanır. Belə dəstək xəbərlərindən ikisi də dünən daxil olub.

Qırğızıstanda fəaliyyət göstərən Türkel Fondundan daxil olan məktubda deyilir ki, builki seçkilərdə deputatlığa iddia edənlər arasında Azər Həsrətin mübarizəsi bütün türk dünyasının diqqət mərkəzindədir. Fondun rəhbərləri olan Hökümə Xəlilova və Ramiz Məşədihəsənli bu kampaniya dövründə Azər Həsrətin özündən də artıq bir həyəcanla prosesləri izlədiklərini, bu cür uğurlu bir gedişat sonucu onun mütləq qalib gələcəyinə inandıqlarını bildiriblər. Onlar qeyd edib ki, Azər Həsrətin millət vəkili seçilməsi nəinki Azərbaycan, bütün türk dünyası üçün çox ciddi bir addım olacaq. “Biz bilirik ki, Azər Həsrət deputat seçiləcəyi təqdirdə bu günə qədər Azərbaycan dövləti və bütövlükdə türk dünyası üçün gördüyü işləri daha yüksək səviyyədə həyata keçirə biləcək”, – deyə onlar qeyd ediblər.

Elə həmin gün daha bir dəstək xəbəri Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının prezidenti Əbülfəz Müslümoğlundan daxil olub. Əbülfəz Müslümoğlu Azər Həsrətin daim diasporla yaxın təmasda olması və xaircdə yaşayan Azərbaycanlıların həyatıyla maraqlanmasını yüksək dəyərləndirdiklərini bildirib, buna görə də onun millət vəkili kimi daha çox iş görə biləcəyinə inandıqlarını deyib.

Azər Həsrətin seçki qərargahı

Oxunma sayı: 6099
Share