Gagauziya türkləri də Azər Həsrəti deputat görmək istəyir

Azər Həsrət

Bakı, AzerHasret.com, 05.11.2010 – 34 saylı Xətai II seçki dairəsindən deputatlığa namizəd Azər Həsrətə böyük türk coğrafiyasından dəstək məktubları gəlməkdə davam edir. Bu dəfə daha bir neçə müraciət Moldovada yaşayan Azərbaycan diaspor nümayəndələri və Gagauzlardan daxil olub.

Gagauziyanın xalq rəssamı Dmitriy Savastin (Mete Savaşan) öz məktubunda Azər Həsrətin millət vəkili seçilməsinin türk dünyası üçün ciddi önəm kəsb etdiyini qeyd edərək yazır: “Biz Gagauzlar Azərbaycanı çox sevirik. Çünki bizim soyumuz birdir. Keçiriləcək parlament seçkilərində Azərbaycan xalqına başarılar diləyirik. Gagauzlara ilgi göstərən, yazılarından və çalışmalarından faydalandığımız Azər bəy Həsrətin deputat seçilməsinin bütün Türk soylu xalqların taleyində önəmli rol oynayacağını bilirik və ona görə də insanları Türk Dünyasının öndərlərindən olan Azər Həsrətə səs verməyə çağırırıq. Türk Dünyasının dostu insanlığın dostudur”.

Moldovada yaşayan bir qrup Azərbaycanlının adından daxil olan məktubda isə deyilir ki, orada da builki seçkilər həyəcanla izlənir: “Biz müvəqqəti olaraq Vətəndən uzaqda yaşasaq da, ölkəmizdə baş verən hadisələri hər zaman izləyirik. Bütün Azərbaycan və Azərbaycanı secənlər üçün taleyüklü hadisə olan noyabrın 7-də keçiriləcək parlament seçkilərinin önəmini anlayırıq. Məhz buna görə də hər kəsi tanınmış ziyalı, 34 saylı Xətai II seçki dairəsindən millət vəkilliyinə namizəd Azər Həsrətə səs verməyə çağırırıq”. Bu müraciəti Moldovada yaşayan bir qrup Azərbaycanlı adından Oğuzxan Məmmədli, Orxan Bayramlı və Kənan Şahalızadə imzalayıb.

Azər Həsrətin seçki qərargahı

Oxunma sayı: 9441

1 Comment to "Gagauziya türkləri də Azər Həsrəti deputat görmək istəyir"

  1. Cavid Bayramov's Gravatar Cavid Bayramov
    6 November 2010 - 11:33 - 11:33 | Permalink

    INSHALLAH AZER BEY UGURLU NETICELER ELDE EDERSINIZ MILLETCHI GENCLIK OLARAQ SIZI DESTEKLEYIRIK.