Azər Həsrət daha bir səsvermədə mütləq qələbə qazandı

Azər Həsrət

Bakı, AzerHasret.com, 06.11.2010 – Xəbər verdiyimiz kimi 34 saylı Xətai II seçki dairəsindən deputatlığa namizəd Azər Həsrət Secki2010.info İnternet saytında təşkil edilən virtual səsvermədə ən yaxın rəqibini 18 faiz üstələyərək 41 faiz səslə birinci olmuşdu. Noyabrın 4-də daha bir səsvermə başa çatıb və bu dəfə də Azər Həsrət mütləq qələbə qazanıb.

34 saylı Xətai II seçki dairəsinin ən şanslı namizədi Salamnews İnformasiya Agentliyinin Seckiler.org İnternet saytında təşkil etdiyi virtual səsvermədə daha ciddi fərqlə qələbə qazanıb. Saytda yer alan yekunlara görə Azər Həsrət 73,37 faiz və ya 281 səslə ən yaxın rəqibini 66,06 faiz önləyə bilib. Bu isə bir daha göstərir ki, onun malik olduğu geniş şəbəkələr bu seçki kampaniyasında fəal iştirak edib və Azər Həsrətin qələbəsini təmin etmək üçün ciddi şəkildə səfərbər olunub. Və əlbəttə ki, səs verənlərin bir qisminin 34 saylı seçki dairəsinin ərazisində yaşamasını, yaxud da məhz bu dairəyə maraq göstərməsini nəzərə alsaq bu faizlərin gerçək səsverməyə də yansıya biləcəyini demək olar.

Seckiler.org. Son göstəricilər.

Azər Həsrətin seçki qərargahı

Oxunma sayı: 7616