Azər Həsrət yeni görəv qəbul etdi

Azər Həsrət

Almatı, Yalquzaq.com, 06.12.2010 – Yeddi Dövlət – Bir Millət Konseyinin başqanı Azər Həsrət qardaş Qazaxıstanın Almatı şəhərində yerləşən Türk Xalqları Mədəniyyəti Vəqfinin (Fondunun) genəl başqan yardımçılığı görəvini qəbul etdi. Vəqfdən Yalquzaq.com saytına verilən bilgiyə görə, Vəqfin genəl başqanı sayın Ahmet Dağduranın təklifini bir sürə incələdikdən sonra Türk Dünyası üçün daha olumlu və ortaq çalışmaları sürətləndirmək üçün Azər Həsrət qurumda genel başqan yardımçısı görəvini üstlənməyə qərar vermişdir.

Artıq yeni görəvə başladığını söyləyən Azər Həsrət Ahmet Dağduran və heyəti ilə 2004-cü ildən başlayan bir işbirliyi içində olduqlarını, Türk Dünyası üçün birlikdə çalışmalara diqqət göstərdiklərini, Vəqfin Almatıdakı ofisini ziyarət edərək çalışma ortamı ile tanış olduğunu, həm də Vəqf tərəfindən Almatıda düzənlənən bir etkinliyə qatıldığını da sözlərinə əlavə etmişdir.

“Biz gəlmiş keçmiş böyüklərimizdən İsmayıl Bəy Gaspıralının “Dildə, fikirdə, işdə birlik” fəlsəfəsi üzərinə uca millətimiz üçün çalışan insanlar olaraq imkanlarımızı birləşdirməyin daha faydalı olacağı qənaətindəyik. O üzdən də sayın Ahmet Dağduranın məni görəvə dəvət etməsinə çox sevindim və teklifi sevərək qəbul etdim. Vəqfin çalışmalarını yaxından izləyirəm və o üzdən belə bir vəqfdə görəv almaq mənim üçün bir şərəfdir”, – deyən Azər Həsrət bütün enerjisini hər zamankı kimi Türk xalqlarının birlik və bərabərliyi üçün xərcləyəcəyini vurğulamışdır.

Türk Xalqları Mədəniyyəti Vəqfi 1999-cu ilin aprel ayında Almatı şəhərində qurulmuşdur. Vəqfin amacı Türk Xalqları arasında birlik və bərabərlik, qardaşlıq duygularının sürətləndirilməsi, ortaq yaxınlaşmağa yardımçı olmaqdır. 11 ili aşan tarixi sürəcdə Vəqf bir çox başarılı projelərə imza atmışdır. Bunların arasında Qazaxıstan və Türkiyə gəncləri, aydınları, xanımları və bələdiyyələri arasında bağlantıların qurulması, qarşılıqlı səfərlərin təşkili, qardaşlaşmış şəhərlər projesi, ortaq bayramların birlikdə düzənlənməsi və başqalarını örnək verə bilərik.

Vəqf Qazaxıstanla beraber artıq Türkiyənin bir sıra şəhərlərində təmsilçiliklərini qura bilmişdir. Həm də Almatıda dərc edilən və Vəqfə aid olan “Türki əlemi” qəzetinin artıq Türkiyə qolu da 2010-cu ilin sentyabr ayından yayıma başlamışdır. Azərbaycanda da təmsilçiliyin açılması və qəzetin burada yayımlanması öngörülən fəaliyyətlər içindədir.

Oxunma sayı: 10782
Share

1 Comment to "Azər Həsrət yeni görəv qəbul etdi"

  1. 6 December 2010 - 15:36 - 15:36 | Permalink

    azer Bey Kardeşim,
    Yeni görevinizn Türk Dünyası’na hayırlı olmasını ve başarılarınızın daim olmasını dilerim.
    M.Kemal Sallı (Önce VATAN Haber Md.)