Güney Azərbaycan Cümhuriyyəti və İran Xalq Respublikası!

Azər Həsrət

Türküstan, Yalquzaq.com, 04.02.2011 – Yeddi Dövlət – Bir Millət Konseyinin başqanı Azər Həsrət son zamanlar İran özülçü fars rejiminin Quzey Azərbaycan torpaqlarını işğal altında tutan oyuncaq dövlət Ermənistana qucaq açmasını və eyni zamanda Azərbaycan Respublikasına qarşı dağıdıcı çalışmalarını sürətləndirməsini əsas götürərək Güneyli soydaşlarımıza müraciət edib. Müraciətdə deyilir:

“Əziz Güney Azərbaycanda və bütövlükdə İranın başqa torpaqlarında yaşayan soydaşlarımız! Özülçü fars şovinist rejimi yüz illərdir sizi – 35 milyondan artıq sayı olan və əslində farslardan heç də az sayda olmayan bacı və qardaşlarımızı istismar etməkdədir. Sayınızın farslardan çox olmasına baxmayaraq sizin ən adi orta məktəbiniz belə yoxdur. Ana dilimiz olan tükcə hər addında sıxışdırılır, fars rejimi türk millətinə qarşı aşağılayıcı davranışlarından əl çəkmir. Bütün dövlət qurumlarında gerçək türklər sıxışdırılır və bu rəzaləti gizlətməkdən ötrü müqəddəs islam dini alət edilir.

Əziz soydaşlarımız!

Bunlar azmış kimi İran-fars rejimi bütün dünya türklüyünün qatı düşməni olan ermənilərə açıq şəkildə dəstək olmaqdadır. Əslində acından öləcək olan ermənilərə İran rejiminin ciddi çalışmalarıyla hər cür dəstək verilir. Bunlar həmin ermənilərdir ki, təkcə son yüz il ərzində bir milyona yaxın Azərbaycan türkünü öz yurdlarından qovmuş, müsəlmanların müqəddəs yerlərini təhqir etmişlər. İran isə özünü islam respublikası adlandıraraq məscidlərimizə özləri kimi murdar donuzlarını bağlayan islam düşmənlərinə qucaq açmaqdadır. Bu isə ondan xəbər verir ki, İranın rəsmi dövlət siyasəti əslində islam düşmənliyidir və islam dini bu dövlətin iyrənc əməllərini gizlətmək üçün istifadə edilir.

Əziz soydaşlarımız!

Hazırda Yaxın Doğuda baş verən proseslər onu göstərir ki, dünya xalqları artıq zülmə və əsarətə dözmək fikrində deyildir. Özünün inqilab və şərəfli mübarizə ənənələri olan Güney Azərbaycan türklərinin bu aşamada səssiz qalması doğru olmazdı. Biz sizi haqq səsinizi ucaltmağa, basqıçı fars rejimini məhv etmək üçün hərəkətə keçməyə çağırırıq. Bizim düşmənlərimizə qucaq açan və türk millətini öz əsarəti altında tutmağa çalışan, əslində bütün göstəricilərinə görə sizdən aşağıda duran bir rejimin zülmünə daha dözməyin! Bu gün cahil fars rejimindən qurtulmaq, bağımsızlıq əldə etmək üçün ən uyğun şərait yaranmışdır və bir an belə itirmədən hərəkətə keçməyinizə ciddi zərurət vardır.

Əziz soydaşlarımız!

Biz, Quzey Azərbaycan və dünya türkləri olaraq hər zaman sizin haqq mübarizənizi dəstəkləyirik! Cahil və orta yüzil təfəkkürlü fars şovinistlərinin sizi idarə etməsinə daha dözməyin! Haqqınızı tələb edin və əmin olun ki, səsinizi yüksəltdiyiniz an bütün dünyanın tərəqqipərvər insanları sizin bu mübarizənizə dəstək olacaqdır! İran adlı dünya ayıbı səhnədən silinməlidir artıq! Onun yerində çağdaş dünya qaydalarına uyğun iki dövlət – Güney Azərbaycan Cümhuriyyəti və İran Xalq Respublikası qurulmalıdır! Bu proses sürətlənəcəyi təqdirdə bölgəmizdə dəngələr Türk millətinin xeyrinə dəyişəcək və İranın açdığı nəfəslikdən nəfəs alan Ermənistan da dərhal öz əməllərindən əl çəkəcək!”

Oxunma sayı: 6512

1 Comment to "Güney Azərbaycan Cümhuriyyəti və İran Xalq Respublikası!"