Azər Həsrət: Xətainin kürd olduğunu iddia etmək cəfəngiyyatdır

Şah İsmayıl Xətai

Bakı, Azadİnform, 04.02.2011 – Şah İsmayıl Xətainin kürd olduğunu iddia etmək cəfəngiyyatdır. Bu barədə AZADİNFORM-a müshibəsində Yeddi Dövlət – Bir Millət Konseyinin başqanı Azər Həsrət bildirib.

Onun sözlərinə görə, Türkiyədə Şah İsmayıl Xətai ilə bağlı bu cür fikirlərin səsləndirilməsi ilk dəfə deyil. Hələ SSRİ-nin tərkibində, Türkiyə ilə sərhədlərimiz qapalı olarkən Türkiyədə Şah İsmayıl Xətaiyə qarşı bir düşmənçilik siyasəti var idi.

A.Həsrət qeyd edib ki, bu gün də bəzi siyasət və elm adamlarının Ş.İ.Xətaiyə belə münasibəti hələ də qalmaqdadır. Onların Xətaiyə qarşı bəslədikləri özəl bir kin var. Təbii ki, bu kinin tarixi Ş.İ.Xətai ilə Sultan Səlim arasında baş vermiş Çaldıran döyüşü və eləcə də həmin illərdə Səfəvi-Osmanlı münasibətlərindən başlanır.

Yeddi Dövlət – Bir Millət Konseyinin başqanı bildirib ki, bu cür arzuolunmaz hallar bizim tariximiz və keçimişimizdə baş verib. “Amma bu, Şah İsmayıl Xətainin aşağılanmasına heç bir bəraət qazandırmır. Şah İsmayıl Azərbaycan türküdür, o insan qanı ilə, canı ilə bir türk sərkərdəsidir”, – deyə A.Həsrət söyləyib.

A.Həsrət əlavə edib ki, Osmanlı və Səfəvi dövlətləri arasındakı münasibətlərin tənqid olunmasına rast gəlsəm də, heç bir zaman Şah İsmayıla qarşı onun milli kimliyinə şübhə doğuracaq ittiham irəli sürüləcəyini ağlıma belə gətirməmişdim. “Millət vəkili Reha Çamuroğlunun bu cür fikir səsləndirməsi məsuliyyətsizlik, eyni zamanda onun Azərbaycan türklərinə qarşı pis münasibətdə olmasının göstəricisidir”, – deyə o, vurğulayıb.

A.Həsrət qeyd edib ki, bu gün Türkiyədə türk olmayan, xüsusilə də dini təriqətlərə meyl edən insanlar kifayət qədərdir. “Həmin insanlar bir qayda olaraq türk birliyini, türkçülüyü baltalamaqla məşğuldurlar. Həmin insanlar tarixi şəxsiyyətlərimizə belə adlar verməkdən çəkinmirlər. Görünür, Reha Çamuroğlu da onlardan biridir. Şah İsmayıla qarşı bu cür fikirlər səsləndirməklə dövlətlərimiz, xalqlarımız arasındakı isti qardaş münasibətlərini korlamağa xidmət edir. Təbii ki, biz bu cür adamları qınayırıq. Onlara imkan verməməliyik ki, bu cür çıxışlara yol versinlər”, – deyə A.Həsrət söyləyib.

Günel Əbil

Oxunma sayı: 10703
Share

1 Comment to "Azər Həsrət: Xətainin kürd olduğunu iddia etmək cəfəngiyyatdır"

  1. Zərəngiz Dəmirçi Qayalı's Gravatar Zərəngiz Dəmirçi Qayalı
    14 February 2011 - 13:01 - 13:01 | Permalink

    Salam, cox hormetli Azer bey! Yene de siz birinci dindiniz, sesinizi ucaltdiniz, var olasiz! Tanri sizi qorusun!
    Sah Ismayil Xatai hec zaman kurd oplmadi! O cox quretli, cox qeyratli, cox-cox hunerli bir Azerbaycan bahadiri, shahi, aslanidir! Ona yadlar qiymet vermish!
    Karl Mark deyib ki, Shah Ismayil Xatai yegane fatehdir ki, 24 il hokmuranliq etmish, 24 olka almishdir. O ki qaldi Caldiran doyushu. Onu da reha camuroqlu kimiler yaratdi ve maqlibiyyetinde de elleri oldu. Temiz qanli turk ucun bunu xatirlamaq bele utanc detirir!
    reha camuroqlu bunlari yada salmaqla hec na qazanmir. Bele insanlari eshitmek lazim deyil! Onlari unutmaq daha yaqshi olar