Pis nümune

Azər Həsrət

AXCP-den olan millet vekili Cemil Hesenli partiyanın qerarına baxmayaraq Milli Meclisin iclaslarına qatılır. Ondan az önce bu addımı hemin partiyanın üzvü olan başqa bir deputat – Elimemmed Nuriyev atmışdı. İkisi de cemiyyetde geden müzakirelere fikir vermeden MM-in iclaslarına qatılmaq qerarına gelibler. Bu qerara hörmetle yanaşırıq. Şexsi işleridir. Her bir vetendaş öz addımlarını müeyyen etmekde serbestdir. Ancaq burada başqa meseleler olmasaydı.

C.Hesenli AXCP sedrinin müavinidir. AXCP-nin MM-in iclaslarını boykot etmesinin sebebi adına “kombayn” deyilen birisinin partiya sedri Eli Kerimlini küçe sözleri ile tehqir etmesidir. Bu, bir neçe ay önce baş verse de MM kimi bir yerde bele terbiyesizliyin gösterilmesi elbette ki, cavabsız qalmamalıydı ve AXCP-den, elece de başqa müxalifet partiyalarından olan, özüne hörmet eden millet vekilleri üzr istenilmedikce iclaslara qatılmayacaqlarını bildirdiler. Ve bir müddet bu qerara hamılıqla emel etmeyi de bacardılar. Ancaq bezilerinin dözümü yeterince olmadı ve deputat kürsüsünü qorumağı üstün tutaraq MM-e qayıtdılar. Onlarla da işimiz yoxdur. Ele bir yandan yaxşı oldu ki, vetendaşlar kiminle “keşfiyyata” getmeyin mümkünlüyünü müeyyen etmek imkanı qazandılar. Sonadek dözecek kimi görünen AXCP-nin altı millet vekili idi ki, artıq onların da ikisiyle şexsen men keşfiyyata getmerem. Çünki yarı yolda qoyub qaçacaqlar! Nece ki, hazırda başda E.Kerimli olmaqla eqide yoldaşlarını qoyub qaçıblar. İndi bunu nece deyerlendiresen axı? Vetendaşlar, xüsusen de gencler bu insanlara baxıb daha da qetiyyetli mübarizeye köklenerken güvendiyimiz dağlara qarın yağması pis nümunedir. Kimse bunu gözlemirdi. Ancaq bu ilki “prezident seçkisi”nden sonra bele gözlenilmezlikler çox oldu. Bununla bele biz gözlemirdik ki, AXCP sedrinin müavini, professor C.Hesenli de belece tükenecek. Düzdür, bir neçe ay önce Şehidler Xiyabanında ingilis esgerine abide qoyulması ile bağlı müzakireler zamanı biz müsavatçı professor Musa Qasımlı ve C.Hesenliden bir qeder şübhelenmişdik. Yeni onlar milli menafe ve maraqlarımızla heç de uzlaşmayan fikirler söylemekle xaric vurmağa başlamışdılar. M.Qasımlı esl mahiyyetini “seçki”den az sonra ortaya qoydu ve menim kimi telebeleri onun üzerinden bir defelik xett çekdi: bu adamla yola çıxılmaz! C.Hesenli ise bir az döze bildi ve sonra… döze bilmedi. Getdi. Ancaq bu cür getmesi de yaxşı olmadı. Ola biler ki, onun ve lap ele E.Nuriyevin ele tutarqaları var ki, onlara esaslanıb MM-e qayıtmaq lazımdır. Ancaq biz bunları heç bir yerde eşitmedik. Ciddi esaslandırılmış tutarqalar her kesi inandıra ve bu adamların addımlarının doğruluğunu esaslandıra bilerdi. Bu olmadı. Ele ise bu ne nümunedir gösterirsiniz? Heç AXCP-ye böyük ümidler besleyen on minlerle insanı düşündünüzmü bu addımı atarken? Axı siz yalnız özünüze faydası olan bir deputat kürsüsünü minlerle insanın isteklerine qurban vermeyi bacarmalıydınız?! Axı ister cebheçiler olsun, isterse de bu partiyaya sadece reğbet besleyenler bele nümuneleri gördükce daha da bedbinleşir ve bu da bütövlükde cemiyyetimizin ziyanına olur?! Niye bunu düşünmürsünüz, niye?!

Ola biler ki, C.Hesenliyle E.Nuriyevin AXCP ile keskin fikir ayrılıqları yaranıb. O zaman meydana çıxıb bunu resmen beyan etmek ve partiyadan getmek ne çetin meseledir ki? Eyni zamanda eger partiya siyahısı ile MM-e seçilen C.Hesenli AXCP-ni ve onun rehberliyini ideoloji, taktiki, yaxud da başqa sebeblerden buraxıb getmek yolu tutubsa, o zaman deputat mandatından imtina etmek üçün özünde güc de tapmalıdır. Yeni partiya çoxluğu bir terefde, sen başqa terefde olanda tebii ki, o çoxluğa göre qazandıqlarından da imtina etmelisen. Bu sade ve adi bir normadır. Men bilmirem AXCP rehberliyi bu meseleyle bağlı hansı qerarı qebul edecek. Ancaq C.Hesenliden esaslandırılmış açıqlamalar ve imtina etmek bacarığını gözleyirem. Xatırladım ki, men de seçiciyem.

Oxunma sayı: 6868
Share