Azad olmayan Azerbaycan…

Azer H.Hesret. Dərc edilib: Azadlıq, 23 dekabr 2003

Öten hefte ölke metbuatında Nyu Yorkda yerleşen “Azadlıq Evi” (Freedom House) teşkilatının 2004-cü il üçün hesabatı haqda xeberlerde Azerbaycanın yarımazad ölkeler sırasından azad olmayanlara doğru gerilemesi haqda xeberler mene üç il önce ve sonra baş verenleri xatırlatdı. Hele 2000-ci ilde de bu qurum metbuat azadlığı xeritesinde Qafqaz ölkelerinden yalnız Azerbaycanı azad olmayan ölke kimi tesvir etmişdi. Gürcüstanla Ermenistan ise yarımazad ölkeler sırasında idi. Hemin ilin mayında Nyu Yorkda keçirilen bir toplantıda bu xeritenin ve hesabatın hazırlanmasında iştirak eden esas şexs – “Azadlıq Evi”nin temsilçisi Leonard Sasmanla söhbetimde ona iradlarımı bildirmişdim ki, Azerbaycanda KİV-in durumu Ermenistandakından pis deyil ve hemin ölkelerin her ikisi eyni dereceye aid edilmelidir. Düzdür, bu qurum yeterince serişteli olmaqla herterefli melumata malikdir. Ancaq Azerbaycanın adının Ermenistandan daha aşağıda yer alması bir vetendaş kimi mene yaxşı tesir bağışlamır ve yeri geldikce ölkemizin heç olmasa Ermenistandan daha yaxşı durumda olmasını sübut etmeye çalışıram. Ele “Azadlıq Evi”nin nümayendesi ile müzakire açmağımın sebebi de bu idi. O vaxt menim iradlarım dinlenildi ve söz verildi ki, Azerbaycanla bağlı deyerlendirmeye bundan sonra daha diqqetle yanaşacaqlar. Ancaq mesele bununla bitmedi. Teşkilatın 2001-ci il üçün hesabatında da Azerbaycana münasibet Ermenistana münasibete en azı beraber olmadı. Ve 2002-ci ilin sentyabrında Dakarda (Seneqal) keçirilen növbeti toplantımızda qurumun nümayendesi xanım Karin Karlekarla bir daha söhbet etmeli oldum. Bu defe bir qeder etraflı ve müqayiseli melumat vermekle Azerbaycanda KİV-in durumunun Ermenistandakından pis olmadığını sübut ede bildim. Ona göre bele deyirem ki, hemin il üçün olan hesabatda ölkemiz başqa Qafqaz ölkeleri kimi yarımazad ölkeler sırasına aid edildi. Ve bu da bir vetendaş olaraq mene rahatlıq getirdi…

Ancaq bu defe ölkemizde KİV-in durumunun Ermenistandakından yaxşı olduğunu sübut ede bilmeyeceyem. Sadece olaraq buna cehd etsem kimse mene inanmayacaq ve üstelik obyektivliyim şübhe altına alınacaq. Azerbaycanın sülale hakimiyyeti meni ve menim kimi yalnız Azerbaycanın menafeyi üçün çalışanları terksilah edib artıq. İndi biz heç kese deye bilmeyeceyik ki, ölkemizde azad metbuatın fealiyyeti üçün teminat var. Biz dünya ictimaiyyetini nece inandıra bilerik ki, ölkemizde jurnalistlerin tehlükesiz çalışması üçün şerait var? Heç cür! Çünki onlar tekce iki günde – 15-16 oktyabr 2003-cü ilde 80-dek jurnalistin döyülmesi ve hebs edilmesi haqda melumata malikdirler. Onlar bilirler ki, qezetlerin metbee problemi var. Müxalifet metbuatına reklam verilmesinin qeyri-resmi şekilde qadağan olunduğunu da onlar bilirler. Üstelik “Azadlıq Evi” kimi qurumlara jurnalisti döyen polislerin bu ölkede heç zaman cezalandırılmaması da bellidir. Ve onları nece inandıra bilerem ki, menim ölkemin daxili işler naziri, baş prokuroru bütün dünyanın gözü qarşısında baş veren zorakılıqları danmaqdan heç çekinmir?! Üstelik durub beyan edirler ki, jurnalistlere qarşı polislerin qanunsuzluq töretmesi haqda faktlar qeyde alınmayıb. Bes Yaşar Eliyevin sentyabrın 8-de bir qrup jurnalisti döymesi? Bes 15-16 oktyabr hadiseleri zamanı jurnalistlere qarşı baş veren zorakılıqlardan en azı 30-nu polislerin töretmesi? Bes hemkarımız Azer Qaraçenlinin beş gün müddetinde oğurlanaraq polis idaresinde gizledilmesi? Ve bes Zakir Qaralovla Ramil Usubovun “prezident seçkisi”nden sonra Azerbaycana gelen beynelxalq jurnalist qurumlarının nümayendelerine baş verenleri araşdırmaqla bağlı söz verib heç bir addım atmaması? Bütün bunları axı danmaq mümkün deyil! Bu defe men artıq beynelxalq qurumlarla mübahise ede bilmeyeceyem. Siz, R.Usubov, Z.Qaralov ve sülale-tayfa hakimiyyeti, menim kimilerini terksilah etdiniz! İndi daha beynelxalq teşkilatlara ölkemizde yarımçıq da olsa metbuat azadlığının varlığını sübut etmekle deyil, yalnız gerçek metbuat azadlığını formalaşdırmaqla meşğul olmaq zorundayıq!

Oxunma sayı: 13415