Esl hedef Türkiye olmamalıdır!

Azer H.Hesret

Prezident seçkisinden hele bir xeyli önce “Milli Yol” qezetinde “Türkiye üçün daha bir Özbekistan” adlı yazım çap edilmişdi. Yazının meğzi ondan ibaret idi ki, eger Türkiye iqtidarı Azerbaycanda baş veren qanunsuzluqlara göz yumub hakimiyyeti qesb edenleri desteklese bu, iki ölke arasında münasibetlerin korlanmasına sebeb olacaq. Onsuz da Türkiyeye qarşı menfi tutumu olanların el-ayaq açması, Rusiya ve İrana meyllerin güclenmesi ehtimalı da yazıda yer almışdı. Elbette ki, burada söhbet gerçek türk milliyyetçilerinden deyil, sadece Azerbaycanla Türkiye arasında soyuqluq yaratmaq üçün behane gezenlerin eline fürset düşe bileceyinden gedirdi. Biz qorxurduq ki, insanlarımız Türkiye hakimiyyetinin yanlış hereketlerine dayanaraq bütövlükde Türkiye dövletine qarşı davranışlar ortaya qoysunlar. Ve ne yazıq ki, bu bele de görsenmekdedir. Hetta bezileri öz yazı ve çıxışlarında Türkiyeni de artıq İran, Rusiya kimi dövletlerden biri saydığını gizletmir, ona qarşı en sert ifadeler işletmekden çekinmirler. Özü de ki, bezen belelerinin arasında gerçek milliyyetçi saydığımız insanların da imzasına rast gelmek mümkündür…

Bir acı heqiqeti de qeyd etmek vacibdir ki, ele 15 oktyabrdan derhal sonra da Türkiye hakimiyyetinin İlham Eliyeve sıcaq münasibet nümayiş etdirmesi Rusiya ve İran meyllilerden “gördünüz, qardaş saydığınız Türkiyeni? Hakimiyyeti deyişmek üçün vaxtında İranla, Rusiya ile anlaşmaq lazım idi” kimi iradlar eşitdik. Bunu gözleyirdik ve teeccüb etmedik. Türkiye hakimiyyetinin o cür davranışlarının bu cür sonuclar doğurması tesadüf deyildi. O da mümkündür ki, hele bir müddet de Türkiye (yalnız Türkiye hakimiyyeti deyil) eleyhine çıxışlar davam etsin. Ele bedxahlarımıza da bele bir behane lazım deyilmiydi? Ne olur olsun, teki türk ölkelerinin bir-biriyle münasibetleri soyusun! Bu cür düşünen ve fürset düşdükce buna çalışan ünsürler de az deyil…

Ancaq biz düşünürük ki, bu meselede bir xeyli diqqetli olmaq lazımdır. Yeni kimsenin kimise tenqid etmesini teftişe meruz qoymaq fikrimiz yoxdur. Sadece bir isteyimiz var ki, Türkiyede hazırda hakimiyyet başında olanların özel maraqlardan çıxış edib Azerbaycandakı antimilli rejimi desteklemesine dayanaraq Türkiye dövletine ve türk kimliyine qarşı hücumlar edilmemelidir. Eslinde Türkiyenin öz hakimiyyeti bu ölke üçün bir problemdir ve ister Türkiye türkleri, isterse de bütün dünya türkleri hemin ölkede milli güclerin hakimiyyete gelmesine çalışmalıdır. Receb Tayyib Erdoğanın Edalet ve Qalxınma Partiyası hakimiyyete gelmekle Türkiyenin özünü faktiki olaraq iç savaş ve parçalanma tehlükesi ile üz-üze qoyub. Ele bu ilin yayında bu hakimiyyetin “Eve dönüş yasası” adlı bir qanun qebul etmekle Türkiye edaletinden gizlenen minlerle PKK-çının ölkeye qayıtması ve Ankaranın, İstanbulun tam ortasında çocuq qatili Abdullah Öcalanın şeklini ve PKK bayrağını dalğalandırmasına sebeb olduğu o qeder de uzaq keçmişin xatiresi deyil. Elbette, kimlerise bağışlamaq ve normal heyata qayıtması üçün şerait yaratmaq arzu edilen bir şey olsa da Erdoğan hökumetinin mehz PKK-çılara telem-telesik beraet vermesi başqa şeylerden xeber verir. Ele bu yaxınlarda İstanbulda baş veren partlayışlarda da PKK izinin olmasına şübhe yoxdur. Düzdür, bezileri bunları hansısa virtual islamçı güclerle bağlamağa çalışır. Ancaq kimin töretmesinden asılı olmayaraq bu partlayışlar Erdoğan hakimiyyetinin nezaretinde olan ölkede baş verib. Hazırda Türkiyede milliyyetçilik künce sıxışdırılır ve bir qayda olaraq hakimiyyetin en yuxarı qatları kürdlerle doldurulur. Üstelik son zamanlar tez-tez merkezi Türkiyenin Diyarbekir şeheri olmaqla hansısa kürd dövletinin qurulacağı haqda söhbetler de geniş yayılmaqdadır. Yeni Türkiye dövletinin özü tehlüke qarşısındadır. Bu tehlüke ise mehz Erdoğan hakimiyyetinin xeyir-duası olmadan ortaya çıxa bilmezdi. Hetta bu dövletin esl teminatı sayılan ordu da Erdoğan hakimiyyetinin kerameti neticesinde evvelki qüdretini itirmiş kimi görünür. Bele olan halda ağla gelen odur ki, Türkiyede hakimiyyet başında olanlar türk eleyhdarı insanlardır ve bu da Azerbaycan ve başqa türk dövletlerine münasibetde özünü büruze vermeye bilmezdi. Erdoğan hakimiyyetinin İlham Eliyevi desteklemesinin meğzinde duran amil de mehz her iki menfeet qrupunun maraqlarının türk birliyine qarşı olan meqamda kesişmesidir. Ele ise buna Türkiye dövleti ne etsin? Axı hakimiyyet heç de dövletin özü demek deyil! Öten yazılarımın birinde qeyd etdiyim kimi Azerbaycanda hakimiyyetin qesb edilmesine göre kimse öz dövletimizi ittiham etdimi? Yox tebii! Çünki bir qrup adamın hakimiyyeti qesb etmesi vetendaşın öz dövletine asi olmasından daha çox hemin qrupun qanunsuz emellerine asi olmasına revac verir ki, bu da normal bir şeydir. Düzdür, Erdoğan Türkiyede hakimiyyeti bizdeki kimi qesb etmeyib. Sadece olaraq insanların dine inamından meharetle istifade etmekle ses çoxluğu qazanıb. Bununla da Türkiye dövleti 21-ci yüzili öz varlığı üçün iç tehlüke ile başlamalı olub. İster Azerbaycan, isterse de Türkiye dövleti hazırda türk milliyyetçiliyi eleyhine olanların nezaretindedir. Ve bu rejimlerin bir-birini desteklemesi de tebiidir. İndi biz bir şeyi de yeqin etdik ki, tekce Azerbaycanı deyil, hem de Türkiyeni antimilli hakimiyyetlerden qurtarmaq lazımdır. Bunun üçünse her iki ölkedeki gerçek milli gücler arasında elaqeler daha da genişlendirilmeli, nezeri deyil, emeli sonuclara hesablanmış fealiyyetlere başlanmalıdır. Ola bilsin ki, türk ölkelerindeki antimilli hakimiyyetler bir müddet de davam etsin ve bir qayda olaraq milletin menafelerine zidd fealiyyetler daha da keskinleşsin. Bu zaman yene de diqqet edilmesi vacib olan odur ki, antimilli hakimiyyetlerin davranışlarına dayanaraq türk dövletlerimize qarşı menfi çıxışlara şerait yaratmayaq. Yeni Azerbaycanda bir Eliyev tayfası, Türkiyede Erdoğan, Özbekistanda İslam Kerimov, yaxud da Türkmenistanda Saparmurad Niyazov ümumtürk birliyini engelleyen davranışlar ede bilerler. Bele olan halda nezere almaq lazımdır ki, bunların hamısı milli hakimiyyet sahibleri deyil, menafe qruplarıdır ve onları türk birliyinin möhkemlenmesine yönelik fealiyyetler heç maraqlandırmır. Bizce bunu anlamaq ele de çetin mesele deyil ve isterdim ki, milliyyetçi eqide yoldaşlarımız Türkiye ile bağlı fikir söylerken tenqid hedefini düzgün nişan versinler. Bu ise Türkiye dövleti deyil, ona başçılıq edenlerdir ki, bunlar da ferqli bir şeylerdir.

Oxunma sayı: 7884
Share