Teletəxribat

Azer H.Hesret

Prezident seçkileri ile bağlı baş verenlerle yanaşı Azerbaycanda televiziyaların fealiyyeti de son zamanların ciddi müzakire mövzusudur. Bu müzakirelerde diqqeti daha çox çeken tebii ki, TV-lerin prezidentliye namizedlere münasibeti oldu ki, bu da gözlenilen idi. Bir ölkede ki, vetendaşlar hakimiyyetin birbaşa nezareti altında olan TV-lerin ümidine qala, orada esas müzakire mövzularından biri de ele onlar olmalıdır. Azerbaycanın “özel” ve “dövlet” TV-lerinin fealiyyetine cemiyyet artıq qiymetini verib. Özü de birmenalı şekilde: TV-lerin hamısı istisnasız olaraq sesverme öncesi ve ondan sonrakı günlerde qerezli, terefli ve qeyri-obyektiv olub.

Bu arada müzakire olunanlardan biri de Azerbaycana “müselman qardaşımız” deyib de bize qarşı heç de qardaşlıq göstermeyen İranın “Seher-2” televiziyasının fealiyyeti oldu. Eslinde bu kanalla bağlı ara-sıra narazılıqlar ifade edilirdi. Ancaq Azerbaycan hakimiyyeti buna o qeder de baş qoşmurdu ve hetta bezen verilen suallardan da yayınmaqdan çekinmirdi. Oktyabrın 14-de, yeni sesvermeye 24 saatdan az vaxt qalanda, bu kanalın prezidentliye namized İsa Qember haqqında tebliğat xarakterli materiala geniş yer vermesi ise bir çoxlarını herekete getirdi. Esasen de tayfaya yarınmaq yarışına girişenler bundan özlerinin heç de xoş olmayan meqsedleri üçün istifade etmek fürsetini elden vermemekden ötrü seferber olundular. Onların iddiası beledir: “İran TV-si İ.Qemberi tebliğ etmekle Azerbaycan qanunvericiliyine zidd addım atıb. Eyni zamanda ölkenin daxili işlerine qarışmaqla bu ölkede kimi prezident görmek istediyini gösterib. Yeni bu, İranın resmi mövqeyi kimi anlaşılmalıdır ki, islamçı dövlet İ.Qemberi prezident görmek isteyir ve bu da onun İranperest olmasından ireli gelir.” İlk baxışdan ağlabatan versiyadır. Ancaq çox adam bu “tebliğatın” kökünde neyin dayandığının ferqinde deyil deyesen. Yaxud da çoxları bunu anlasa da dile getirmir ve ya getire bilmir. Biz ise anladığımızı anlatmaqla “Seher-2″nin ne üçün İ.Qemberi “tebliğ” etmesine aydınlıq getirmeye çalışacağıq.

Meselenin kökü derindedir. Özü de çox derinde. Yeqin her kes xatırlayar ki, bir vaxtlar İ.Qember Bakı-Ceyhan Esas İxrac Boru Kemerinin İran erazisinden (eslinde Güney Azerbaycan) keçmesini teqdir etdiyini bildirmişdi. Tebii ki, bu İ.Qemberin sehvi idi ve çoxları da hemin sehvden özü üçün yeterince yararlandı. Tayfa hakimiyyeti ise bu sehvden en böyük qazancını elde etdi. Bu qazanc ondan ibaret oldu ki, İ.Qember qerbe İranmeylli siyasetçi kimi tanıtdırıldı. Halbuki İ.Qemberin neft kemerinin İran erazisinden keçmesini istemesinin kökünde onun gelecekde yalnız Azerbaycan ve Türkiyenin nezaretinde olmasının temin edilmesi dururdu. Yeni İsa bey düşünürdü ki, yaxın illerde Güney Azerbaycan azad edildikden sonra Azerbaycan bütövleşecek ve kemerin de indi İrana aid ola bilecek hissesi Azerbaycan torpaqlarında qalacaq. Bu, olduqca doğru yanaşma olsa da İ.Qember bir siyasetçi kimi hemin meseleni dile getirmemeli idi. Getirdi ve qerbin bu günkü mövqeyinin esasını qoydu. Yeni qerbdeki müeyyen daireler (esasen de ABŞ-dakı) İ.Qemberin İranmeylli siyasetçi olduğunu qebul etmeye başladılar. Burada da aydınlıq getirilmesi vacib olan meqam var. O da bundan ibaretdir ki, eslinde qerb Azerbaycanda milli demokratik düşergeni temsil eden kimsenin hakimiyyet başına gelmesini istemir ve İ.Qember haqqında deyilenler de onlara behane vermiş oldu. Yeni biz (qerb) İranla az qala savaş durumunda olduğumuz halda ona meyl eden birisinin Azerbaycan prezidenti olması ile razılaşa bilmerik. Bu arada onu da qeyd etmek vacibdir ki, İ.Qemberin yerine prezidentliye daha şanslı başqa bir müxalifet namizedi olsaydı, meselen, lap ele deyek ki, AXCP sedri Eli Kerimli, eyni “tebliğat” onun üçün de teşkil edilecekdi. Yeni buradakı yanaşma eslinde konkret şexse qarşı deyil, bütövlükde Azerbaycanın milli demokratik qüvvelerine qarşıdır. İran TV-si İ.Qemberi o formada “tebliğ” etmekle eslinde onu vurmaq meqsedi güdürdü ki, bunun sebebine bir daha toxunacağıq. Maraqlı ve ilk baxışdan tezadlı görüne bilecek bir sehne ortaya çıxır: bir-birine düşmen olan iki qüvve – hem ABŞ, hem de İran Azerbaycanda milli demokratların hakimiyyete gelmesini istemir. (Yeri gelmişken deyim ki, şexsen menim üçün hazırda İran nedirse, ABŞ da hemin şeydir.) Üstelik buraya Rusiyanı da elave etsek çox maraqlı üçbucaq alınır. Halbuki çoxlarının düşüncesine göre, Rusiyayla İranın istediyini ABŞ istememelidir. Yaxud da eksine. Gördüyümüzse odur ki, üçlerin hamısı eyni mövqeden çıxış edir. Yeni Heyder Eliyev kursunun davamını isteyir. Bu, bir siyasetçi kimi H.Eliyevin nailiyyeti sayıla bilse de Azerbaycan xalqının ve bütövlükde türk dünyasının ziyanına olan yanaşmadır.

Yene de qayıdırıq İranın İ.Qember “sevgisine”. Bu ölkenin mehz hemin gün İ.Qember haqqında “tebliğat” materialı yayması eslinde onu vurmaq meqsedi güdürdü. Çünki İran dövletinin başında duranlar anlayır ki, Azerbaycanın milli demokratlarından her hansı birisi bu ölkenin başçısı olacağı teqdirde indiki hakimiyyetden ferqli olaraq Güney Azerbaycan meselesinde ciddi seylere baş vuracaq. Bunun qarşılığında ise H.Eliyevin siyasi kursu İranın “iç işlerine” qarışmamaq üzerinde qurulub ki, bu da o ölkeye hava ve su kimi lazımdır. Mehz bu yanaşma İranı İ.Qemberi qerbin gözünden salmağa xidmet ede bilecek daha bir addım atmağa sövq edib ve melum 14 oktyabr TV tebliğatı efire verilib. Yeni İran TV-sinin İ.Qember üçün teşkil etdiyi “tebliğat” eslinde ona qarşı yönelmiş teletexribatdan başqa bir şey deyildi ve bu, prezidentliye namizedin iradesinden kenar baş verib. Hetta onu da iddia etmek olar ki, hemin verilişi Azerbaycan hakimiyyetinin, yaxud da hakimiyyetde temsil olunan hansısa qruplaşmanın birbaşa sifarişi esasında teşkil edibler ve bu işde iki qardaş rejim (Azerbaycana ve İrana başçılıq eden rejimler doğrudan da qardaşlıq edirler) birge çalışıb. Burada deyile biler ki, ele ise nece olur ki, İran resmen “Seher-2″nin yayımından xebersiz olduğunu, hetta teessüflendiyini bildirir, Azerbaycan terefi ise hazırda meseleye ciddi tepki gösterir? Bunun izahı o qeder de çetin deyil. Qardaş rejimler sadece olaraq göze kül üfürmek üçün bu cür metod seçibler. Buraya Azerbaycanın işğal altında olan torpaqlarının azad edilmesi ehtimalını da elave etsek ABŞ-İran-Rusiya üçlüyünün ne üçün bele sıcaq iş birliyine baş vurmasını anlamaq olar. İ.Qemberin siyasi kursu ona köklenmişdi ki, hakimiyyete geldikden sonra belli bir müddet erzinde danışıqlar aparıb torpaqları Ermenistan işğalından qurtarmaq mümkün olmasa güc faktorundan istifade edilsin. Bunun derinliyine getmeden bildirmek vacibdir ki, bele olacağı teqdirde yaxın bir neçe il erzinde torpaqları işğaldan qurtarmaq mümkün olacaqdı. Halbuki H.Eliyev kursu dinc danışıqları sonsuzadek davam etdirmeye hazır görünür. Bu ise hem ABŞ-a, hem de Rusiya ile İrana serf edir. Bu ölkelerden heç biri Azerbaycanın torpaq bütünlüyünün temin edilmesinde maraqlı deyil. Meselen, İran anlayır ki, torpaqlarını Ermenistan işğalından qurtarmağı bacarmış Azerbaycan Güney meselesine daha çox diqqet ayıra biler. Ne qeder ki, Ermenistan torpaqlarımızı işğal altında saxlayır İranla birlikde ABŞ ve Rusiyanın istenilen anda Azerbaycana tezyiq etme imkanı olacaq. Bele olan halda İranın ne üçün milli demokratik düşergeni temsil eden ve gerçek şansı olan prezidentliye namized İ.Qembere qarşı teletexribat teşkil etmesini anlamaq çetin deyil.

Son olaraq bir daha qeyd etmek isterdik ki, İranın İ.Qembere olan “telesevgisinin” kökünde eslinde onu nüfuzdan salmaq meqsedi durur. Bu “sevginin” milli demokratik düşergeden olan başqa siyasi xadimlerimize qarşı tezahürü de istisna deyil.

Oxunma sayı: 6423
Share