Endirmeyin bayraqları!

Azer H.Hesret

Heç vaxt ağlıma bele getirmezdim ki, bir gün geler, evde Azerbaycan bayrağı ile yanaşı saxladığım Türkiye bayrağı mende menfi emosiyalar doğurar. Bu mesele haqda prezident seçkisinden bir neçe gün sonra keçirilen bir toplantıda hetta bir qeder sert ifadeler de işletmişdim. Ele düşündüklerimi qeleme almaq fikrim de vardı. Türkiye hakimiyyetinin bezi qerb müşahideçilerinin dediyi kimi “seçki adlandırılması mümkün olmayan” Azerbaycandakı 15 oktyabr olayları ile bağlı teleskenlik göstermesi, ortada resmi neticeler olmadan hakimiyyeti faktiki olaraq qesb etmiş birisini tebrik etmesi neinki tekce mende, milyonlarla Azerbaycan türkünde bir teessüf hissi doğurmaqla qalmadı. Hemin günlerde Türkiye dövletine ve onun evlerde saxlanan bayrağına qezeblenenler çox oldu. Bir çox hemkarlarım açıq şekilde Türkiye hakimiyyetinin davranışlarını tenqid eden yazılar yazdılar. Toplantılarda Türkiye tenqid edildi. Yeqin ki, hemin günlerde bir yazı da men yazsaydım o, bu günkünden öz keskinliyi ile seçilecekdi…

Ancaq bir qeder sebr edib soyuq başla qerar vermek fikrine düşmeyim her halda düzgün oldu. İndi “seçki adlandırılması mümkün olmayan” olaylardan bir aydan çox vaxt keçib ve bizce baş verenleri yalnızca duyğularla deyil, ağılla deyerlendirmek mümkündür. Ağıl ise onu deyir ki, Türkiyenin bayrağına esebleşmek doğru deyil. Bu, çağdaş türk dünyasının en qüdretli dövleti olan, zaman-zaman tarixe öz damğasını vurmuş Türkiyenin bayrağıdır. Azerbaycan bayrağı bize ne qeder ezizdirse, Türkiye bayrağı da o qeder ezizdir. Ölkemizde baş veren eybecerliklere etiraz elameti olaraq kimse üç rengli bayrağımızı endirmek fikrine düşdümü heç? İnanmıram ki, bele birisi olsun. Yeni bu o demekdir ki, baş verenlerde ne bizim, ne de Türkiyenin bayrağının bir günahı var. Elece de ne Türkiye, ne de Azerbaycan dövlet olaraq baş verenlerde günahkardır. Günah, elindeki hakimiyyet imkanlarından istifade edib haqqımızı tapdayanlarda ve onları telem-telesik tebrik edenlerdedir! Bayraq dövletin remzlerinden biridir ve dövlete başçılıq edenler ne qeder yaramaz olsa da bayrağa sayğısızlıq etmek doğru deyil! Doğru olan odur ki, insanların bu bayrağa esebleşmesine sebeb olanlar tenqid edilsin! Yeni Azerbaycandakı “seçkilerin” sonuclarını qanunileşdirmeye qol qoyan her kes qınanmalıdır. O cümleden ve her kesden önce Türkiye dövletine ve hökumetine başçılıq eden “dünyevi hüquqçu” prezident Ehmed Necdet Sezer ve “dinçi” baş nazir Receb Tayyib Erdoğan Azerbaycan türküne nece bir pislik etdiklerinin ferqine bele varmadıqları üçün qınanmalıdır. Ancaq bu qınaq bir dövlet olaraq Türkiyeye, bir millet olaraq da Türkiye türklerine yönelmemelidir. Türkiye dövleti ve milleti bizim üçün ezizdir! Azerbaycanda baş verenleri destekleyenler tekce Azerbaycan deyil, Türkiye türklerinin özüne de pislik etdiler. Bizim ölkedeki tayfa mensubları milletin ve dövletin olan-qalan leyaqetini de ayaqlar altına atdılar. Ve Türkiye dövletine başçılıq edenler bu işde onların, yeni türklüye qenim kesilmişlerin yanında oldular. Bunu tarix bağışlamayacaq. Heç biz de bunu unutmaq fikrinde deyilik. Adam ister istemez soruşmaq isteyir ki, hörmetli hüquqçu prezident Sezer, nece oldu ki, siz vetendaş hüquqlarını bu cür kobud şekilde pozan bir rejimin yanında yer aldınız? Yaxud da hörmetli müselman baş nazir Erdoğan, seher-axşam Tanrıya dua edib, namaz qılıb, oruc tutaraq edaletlinin, doğrunun yanında olmalıyken neden siz de islamın esas prinsiplerine zidd getdiniz? Hörmetli prezident Sezer, budurmu sizin qanunun aliliyine sedaqetiniz? Hörmetli baş nazir Erdoğan, sizin müselmançılığınız bundan ibaretdirmi? Heç hüquqçu da, mömin de edaletsizliye qol qoyarmı? Bizce gerçek hüquqçu ile gerçek mömin bu işi etmez.

Bir şeye de emin olun. Biz Türkiye bayrağını endirmek fikrinde deyilik. Ele türkün düşmenlerinin isteyi de bu deyilmi? Mehz onların acığına, onların deyirmanına su tökenlerin acığına türk dövletlerinin bayraqlarını daha da yükseye qaldıracağıq!

Oxunma sayı: 7952
Share