Koroğlunun kimliyi haqqında dartışma…

Azär Häsrät

Azär Häsrät, azer@azerhasret.com

“Koroğlu haqqında nä qädär deyilmiş, nä qädär yazılmışdır! Hälä nä qädär dä deyiläcäk, nä qädär dä yazılacaq! Amma tädqiqatçılar incimäsinlär, Koroğlunun şäxsiyyäti mäsäläsinä aydınlıq gätirilmäyincä bu tädqiqatların elä bir däyäri olmayacaq.”

Yuxarıdakı sitat Mirzä Hacıyevin ötän ilin avqustunda Ankarada därc edilmiş “Koroğlu sirri: äfsanädän häqiqätä” adlı kitabındandır. Anlaşılan odur ki, müällif Koroğlu ilä bağlı bu günä qädär mövcud olan täsbitläri rädd edir vä Koroğlunun, äslindä, bizim bildiyimiz şäxs olmadığı iddiasını iräli sürür. Düzdür, iräli sürdüyü ehtimal vä tutarqalar hälä ciddi araşdırılmalı vä sübut edilmälidir. Ancaq istänilän halda bu kitab Koroğlunun kimliyi ilä bağlı araşdırmaçılarda yaxşı mänada şübhälärin yaranmasına täkan verä bilär.

Müällifä görä, Koroğlu heç dä 16-cı yüzilin qährämanı deyil. Onun tarixi daha qädimdir: “Koroğlu on altıncı äsrdä yaşamış olsaydı tüfängi görüncä heyrät etmämäli idi. Çünki tüfäng dä, top da ondan hälä azı 150 il ävvällärdän Osmanlı ordusunda istifadä olunurdu”.

Düzü, bu fikir heç dä mäntiqsiz sayılmaz. Doğrudan da, necä olur ki, bir neçä yüz il öncä icad edilmiş tüfängi Koroğlu bu qädär gec färq edir? Här halda, araşdırmağa däyär mäsälädir.

Kitabın üz qabığı

Müällif iddia edir ki, Koroğlu än azı tüfängin icad edildiyi yüzillikdä, yäni 13-cü yüzillikdä ömür sürmüş olmalıdır. Bir daha qeyd edirik ki, mäntiqsiz sayılmaz. Doğrudan da tüfäng kimi bir silah Koroğlu kimi asıb käsän oğlana bu qädär gec gälib çatmamalıydı. Ancaq bir daha qeyd etmäk istärdik ki, bu iddialar ciddi araşdırılaraq räsmän täsdiq edilmälidir.

Müällifin daha bir maraqlı tutarqası da ondan ibarätdir ki, Koroğlunun äsas qalası olan Çänlibeldän azan säsi yüksälmir: “Koroğlu här bir dini münaqişädän uzaqdır. Ümumiyyätlä, Çänlibeldän azan säsi eşidilmir”.

Doğrudan da, islamın artıq tam olaraq oturuşduğu bir coğrafiyada 7777 dälisi olan bir topluluqda islamın olmaması mümkün deyil. Demäk, Koroğlu hardasa daha öncäki yüzillärdä, yäni islamın hälä dä öz mövqelärini tam olaraq täsdiq etmädiyi dönämlärdä yaşamış olmalıdır.

Kitabda Koroğlunun niyä cämi iki atının olması da sual edilir. Doğrudan da, bu boyda dälilär ordusu olan bir särkärdänin atlarının sayı daha çox olmalı deyilmiydi? Müällifä görä yürüşlärdän birindä sonradan Koroğlu kimi tanınmış särkärdä döyüşçülärinä ämr edir ki, här käs yanına yalnız älavä bir at alsın. Koroğlu özü dä istisna deyil.

Vä bu iki atın därya atından ämälä gälmäsi haqda da maraqlı färziyyä iräli sürülür. Koroğlu vä döyüşçüläri Amudäryadan keçärkän qarşı sahildäkilär sudan çıxan atları görmüş vä onlar haqqında äfsanä qoşmuşlar. Burada täbii ki, yuxarıda qeyd edildiyi kimi, här käsin vä Koroğlunun da iki atı olduğu üçün dastanda iki atdan – Qırat vä Düratdan söhbät gedir.

Koroğlunun bizä bälli olan “Rövşän” adı üçün dä müällifin maraqlı izahı var. Ona görä, bu söz farsca “işıqlı” anlamına gälän “rövşän” deyil, äslindä, özbäk türkcäsindä olan “urusan” sözüdür. Azärbaycan türkcäsinä uyğunlaşdırdıqda bu sözün qarşılığı “vuruşan” kimi olur. Yäni Koroğlunun äsl adı Rövşän deyil, Uruşandır. Axı doğrudan da, niyä türk millätinin bu böyük qährämanının äsl adı farsca olmalıydı ki?

Vä müällif tarixi olayları sıralayaraq sonda Koroğlu adlı dastan qährämanının äsl kimliyinä qärar verir. Bu şäxs heç dä uydurma deyil, Çingiz xanın tarixdä ad qoymuş generallarından olan Subuday bahadırdır! Vä bu Subuday bahadır da bir türk särkärdäsidir: “O äsrlärdä tayfa, lähcä müxtälifliyi olsa da vahid türk coğrafiyası, vahid türk milläti anlayışı mövcud idi, bu vahid coğrafiya, sadäcä olaraq, müxtälif türkdilli hökmdarların täyin etdikläri dövlät särhädläri ilä bölünürdü. Çormaqun noyon da, Cälaläddin dä, qıpçaqlar da, Subuday bahadır da türk övladları idilär”.

Bura qädär müällifin iddiaları ilä razılaşmaq olardı. Lakin ortada bir qädär çaşqınlıq yaradan mäqamlar olmasaydı. Mäsälä ondadır ki, kitabda tüfängin 1259-cu ildä icad edildiyi yazılır. Koroğlu olduğu iddia edilän Subuday bahadır isä 1248-ci ildä dünyasını däyişib. Demäli, bu şäxs tüfängi görmäyib. Görmädiyi üçün dä Koroğlu olması sual doğurur.

Başqa bir täräfdän, bälli olduğu kimi Avropada ilk tüfänglär 15-ci yüzildä meydana gälmişdir. Osmanlı torpaqlarında isä ilk tüfänglärin 16-cı yüzilä aid olduğu tarixdän bällidir. Vä Koroğlunun da mähz hämin dövrä aid qähräman olması, tüfäng çıxdıqdan sonra märdliyin äldän getdiyini demäsi dastanlarda aydın yazılmaqdadır. Belä olan halda Mirzä Haciyevin iddiaları, här halda, bir daha täsdiq edilmäyä mähkumdur.

Bütün bunlarla bärabär demäk istärdik ki, müällifin iddialarını därhal vä araşdırmadan rädd etmäk doğru olmazdı. Bizcä, iräli sürülän fikirlär ätrafında müzakirälärin açılması, daha köklü bir araşdırma aparılması işin xeyrinä olardı. Bu baxımdan, düşünürük ki, müällifin ämäyi däyärländirilmälidir. Bizim fikrimizcä, hansı yüzildä yaşamasından asılı olmayaraq, Koroğlu gerçäk bir ümumtürk qährämanıdır vä müälliflä dä mähz bu mäqamda fikirlärimiz yüzdä yüz üst-üstä düşür.

Sonda, kitabı mänä göndärdiyi üçün müällifä täşäkkür ediräm.

Oxunma sayı: 9550
Paylaş/Saxla

4 yorum var to "Koroğlunun kimliyi haqqında dartışma…"

  1. 14 February 2013 - 16:16 - 16:16 | Permalink

    Koroğlu dastanın bir qolunu da mənim doğma babam Əli Qurban Dastançı yazıb. Məsələ ondadır ki, (Bu mənim şəxsi fikrimdir)”Koroğlu” dastanı bir növ rəmzi məna daşıyır. Fikir verin, Koroğlu tüfəngi görür və qılıncı yerə qoyaraq başqa bir həyata başlayır.Bildirir ki, kişilik dövranı getdi, yəni qabaq qənşər güc tutmaq, qol güləşdirmək, qol gücü dövranı getdi. Biz Azərbaycanlılar üçün bu dastan Koroğlunun hansı əsrdə yaşamasından çox, igidlik, qorxmazlıq, arxadan vurmamaq, ikiüzlü olmamaq, dostu darda qoyub qacmamaq və bu kimi qəhrəmanlıq simvoludur….O ki qaldı Koroğlunun iki atının olması, burada da güclü və ilahi güclü məsələsi yer tutur…Bütünlüklə Koroğlu dastanı barədə bir məqalə yazmaq fikrinə düşdüm…Tezliklə görüşənədək…

  2. mirza's Gravatar mirza
    26 March 2012 - 15:14 - 15:14 | Permalink

    sevgili oxucularımın nəzərinə bir şeyi çatdırmaq istəyirəm.Koroglu hekayələrinin hamısı 1220-1223 -cu illərdeə baş vermiş hadisələrdir.Bir tək tufənglə baglı son hekayənin tarixi o əsrin yarisından sonranındır.Subuday bahadırın nə dogumçnə də ölum tarixi internetdə dogru verilməmishdir.Guya o 1176-da doğulmuş 1248-də dunyasını dəyişmişdir.O Tuva xalqındandır və oradan əTuva humanitar tədqiqatlar institutundan mənə demişlər ki o nə vaxt dunyadan getmiş bilinmir.Avropa səfərindən sonra ondan məlumat yoxdurşAmma onun Kubilay xanla göruşməsi faktdır.Kubilay xan isə 1264-dən Pekində olmuşdur.Tufəng isə 1259-da icad olmuşdur.

  3. mirza's Gravatar mirza
    23 March 2012 - 13:15 - 13:15 | Permalink

    mirza
    23-03-2012 Salam eziz oxucularim.Kitabim haqqinda dedikleriniz,deyecekleriniz,hamisi menim ucun son derece onemlidir.Amma cox rica edirem sozlerinizi kitabimi oxuduqdan sonra deyiniz,Azer Hasret bey kimi.Kitabi oxumadan onun haqqinda nece danishmaqolar?Eger Size sevimli qehremanimiz haqqinda qeti olaraq fikir bilmek lazimdirsa kitabim ‘Ali ve Nino’ kitab maqazininde satishdadir.Isteyen oradan ala biler.Derin hormetle Mirza Haciyev.