24 avqust Heydər Əliyevin əsl gücünü göstərdi

Azər Həsrət. Dərc edilib: Azadlıq, 30 avqust 2002

H.Eliyev daha bir “ümumxalq” sesvermesi keçirdi. Önceki seçkilerden ferqli olaraq bu defe daha da zeif neticeye nail oldu. İster 2000-ci ilin Milli Meclis seçkileri, isterse de 1998-ci ilin prezident seçkileri H.Eliyev ve tayfasının biabırçı meğlubiyyeti ile sonuclanmışdı. Bura 1995-ci ilin sesvermesini de elave etmek olar. Sadece olaraq bütün hallarda H.Eliyev öz komandası ile birlikde hakimiyyeti qesb etmişdi. Ve bu günedek de qesbkarlığını davam etdirir. Eger 1993 ve ondan sonrakı seçkilerde H.Eliyev az da olsa xalqın desteyini qazana bilirdise bu sesvermede ona da nail ola bilmedi. Bir yandan müxalifetin boykotu, başqa yandan da xalqın bu rejimden cana doyması onun zorla 6-7 faiz civarında seçici sesini qazana bilmesinin mümkünlüyünü gösterdi. Doğrudur, müxalifet bu reqemin 15 faize yaxın olduğunu deyir. Ancaq bu 15 faizin de eyni “seçiciler”in bir menteqeden başqa menteqeye daşınması hesabına elde edildiyi unudulmamalıdır. Yeni son sesverme oyunu H.Eliyevin öz eleyhine çevrildi. Rejim rehberi özüne olan esl münasibeti müeyyen ede bildi. Azerbaycan xalqı sesvermeye getmemekle, yeni H.Eliyevin teşebbüsüne qoşulmamaqla ona birmenalı şekilde “yox” dedi. Demokratik rejimli ölkelerde adeten bu cür biabırçı meğlubiyyetden sonra hakimiyyetdekiler istefa verirler. Ancaq bunun Azerbaycana dexli yoxdur. Çünki burada hele de H.Eliyev hakimiyyeti hökm sürür. Ne qeder ki, bu Sovet tefekkürlü (yalnız Sovet tefekkürlümü? – A.H.) insanlar ölkemizde hakimiyyet başındadır, normal siyasi davranışlardan söhbet gede bilmez.

Son referendum mezhekesi bir daha gösterdi ki, vetendaşları yalanla, qorxutmaqla ses vermeye mecbur etmek olmaz. Çox zaman Azerbaycan seçicisinin siyasi passivliyinden şikayet edenler bu defe de yanıldılar. Mecburiyyet üzünden büdce teşkilatlarında çalışanların bir hissesinden başqa kimse bu rejime boyun eymek fikrinde deyil. Hetta bu vaxtadek rejime qul olmağa razılaşan müellimler, hekimler ve polisler de artıq onun üzüne ağ olmaqdan çekinmirler. Bu kateqoriyadan olan insanların böyük bir hissesinin de son mezhekeni boykot etmesi deyilenlere sübutdur. Bura YAP Siyasi Şurası üzvlerinin müxalifet başçılarının metbuat konfransında küçe seviyyeli davranışlarını da elave etsek sehne tam aydınlaşar. Gör H.Eliyev ne güne qalıb ki, artıq müxalifetin üstüne göndermeye sıravi vetendaş tapa bilmir. Mecbur olub Fikret İsmayılov kimi ağsaqqal insanı, yaxud da Abdin Ferzeliyev kimi Bakı şeherinin böyük bir idaresinin rehberini qaraqışqırıq salmağa gönderir. Artıq hakimiyyet deyesen “qezeblenmiş nehremlilere” de bel bağlaya bilmir. Bu ise esl iflas demekdir. İflas başqa cür olmur. Eger bir rejimin “ağır topları” özlerinin layiq olduğundan qat-qat aşağı seviyyeli işleri görmeyi mecbur edilirse (yüksek rütbeli YAP-çıların melum metbuat konfransındakı davranışları nezerde tutulur), demeli daire çox daralıb. O qeder çox ki, tayfa rehberi artıq adi küçe xuliqanlığını teşkil etmeye de adam tapmır.

P.S. Son günler iqtidar metbuatı vetendaşların guya müxalifet sıralarını terk etmesi haqda sicilleme yalanlar uydurur. Mehz bu yalançıların acığına men AXCP sıralarına qoşulduğumu beyan edirem.

Oxunma sayı: 7458