Partiya müəssisə deyil

Azər Həsrət. Dərc edilib: Azadlıq, 04 sentyabr 2002

Son zamanların üze çıxardığı eybecerliklerden biri de bezi eqidesi sapıqların uzun iller üzvü olduqları müxalifet partiyalarından behane ile qopmalarıdır. Bir qayda olaraq bu cür insanlar özlerinin sosial-iqtisadi durumlarının keskinleşdiyini bildirir ve bu çetin anda partiyalarından heç bir maddi yardım görmediklerini deyirler. Onların düşüncesine göre, partiya bu adamların ailelerini çörekle temin etmelidir. Hetta bezen bele ittihamlar da seslenir ki, “partiyanın başqanı ve onun etrafındakı bir qrup adam, ne bilim, xarici maşınlarda gezir, günde bir ölkeye sefer edir. Ancaq bizim kimi yazıq bendeler bu qayğıdan kenarda qalmışıq. Ona göre de filan partiyanın üzvlüyünde qala bilmerik”. Bunun ardınca da hemin “siyasetçiler” ictimaiyyeti inandırmağa çalışır ki, “bes menim bugünedek üzvü olduğum partiya az qala korrupsiyaya uğrayıb”. Bir az da uzağa gedib H.Eliyevle işbirliyinin vacibliyini dile getirmekle bu adamlar eslinde hem özlerinin esl mahiyyetlerini açır, hem de yelin hansı terefden esdiyini büruze verirler.

Sadece anlaşılır ki, iqtidardan aldıqları tapşırıqla hereket eden bu cür eqidesi sapıqlar siyasi proseslerden o qeder de baş çıxarmayan insanları sosial beraberliyin pozulması “faktı” ile aldatmağa cehd edirler. Bezen bunun faydalı sonuclarının olduğunu da deyenler var. Ancaq möhkem eqide sahibi olanların bu cür aldanışlara uyacağı inandırıcı deyil. Başqa terefden ise, siyasetin siyaset, pul qazanmanın da pul qazanma olduğunu ayırd etmeyi bacaranların sayı yeterincedir. Yeni insanlar partiyanın müessise olmadığını anlayacaq qeder bir şüur sahibidir. Bütün dünyada belli bir haldır ki, adeten partiya üzvleri öz partiyalarının fealiyyetini temin etmek üçün maddi yardımlar etmeyi özlerine borc bilir. Ve heç bir normal siyasi sistemde partiyaya dolanışıq menbeyi kimi baxılmasına rastlanmayıb. Düzdür, sovetler dövründe pul qazanmanın ele en rahat yolu belke de partiya üzvü olmaq idi. Ancaq o başqa sistem, başqa dövr idi. Sovetlerde her şey eybecer ve normalardan kenar olduğu kimi, partiya üzvlüyünün de öz özellikleri vardı. İndi ise başqa zamandır ve şüurlar da o şüurlar deyil. Bele olan halda birisinin qalxıb da “partiyam menim ac uşaqlarımı doyurmadı” demekle eqide yoldaşlarına arxa çevirmesinin yalnız bir adı var: xeyanet. Bezi insanlar xeyanete meylli olduqlarından, sadece, duruş getire bilmeyib bir gün öz mahiyyetlerini büruze verir ve özlerine haqq qazandırmaq üçün müxtelif üsullara el atırlar. Halbuki onların bu cehdleri yalnız sovet tefekkürünün istehsal ede bileceyi ucuz demaqogiyadan başqa bir şey deyil. Dünene kimi, guya, Azerbaycanın müsteqilliyi uğrunda can qoymağa hazır olduğunu deyib, bu gün ölkeni özel mülkiyyeti sayanların verdiyi paya satılanların sabah ölkeni işğal eden düşmene satılmayacağına inanmaq çox çetindir. Bu insanların gerçekden bir parça çörek problemi varsa, o zaman partiya üzvü deyil, hansısa iş yerinin üzvü olsunlar. Meselen, alver etsinler, müessise qurub başqa insanlarla çiyin-çiyine çalışsınlar. Bele olan halda ne kimse onları qınayar, ne de onlardan inciyer. Ancaq bizim gördüyümüz ferqli bir şeydir. “Ac uşaqlarını doyurma” problemi olanlar nedense iş yerlerine deyil, rejimin ixtira etdiyi alternativ “partiyacıqlar”a üz tuturlar. Demeli, mesele tekce qarın meselesi deyil. Burada siyasi reqiblerin meydandan çıxarılması üçün “sapı özümüzden olan baltalar”dan istifade edilmesine heç şübhe yoxdur. Sadece, bu baltalar indi rejime lazımdır ve bir gün istifade müddetleri bitecek. Bax, o zaman bunların hara gedeceyi çox maraqlıdır. Çox güman ki, o zaman da satılmağa bir müşteri axtaracaqlar. Bu tale ise kimseye arzu edilen deyil.

Oxunma sayı: 7540
Share