"Əliyevin daha sözü də keçmir"

Azər Həsrət. Dərc edilib: Azadlıq, 03 oktyabr 2002

Bunu mene bir taksi sürücüsü dedi. Sadece yol gelirdik ve demek olar ki, her yüz metrden bir polis maşını dayanmışdı. Evveller olduğu kimi, nece ve kimi isteyirdiler saxlayırdılar. Daha çox da kasıb görünüşü olan maşınları. Bir az “berk geden” maşınları ise saxlamağa cüret etmirdiler. Yeqin bütün bunları her bir vetendaş müşahide etmiş olar. Her gün yol kenarına çıxıb bir neçe deqiqe dayanmaq yeter ki, yollarımızda qayda-qanunun işlemesine nezaret eden polis emilerin bu işi nece gerçekleşdirdiyini göresen.

Bu meseleye toxunmamaq da olardı. Hamının her gün gördüyünü qezet sehifesine çıxarmağa ne ehtiyac var ki? Ancaq ehtiyac var. Özü de bu ehtiyac aşağıdan dikte edilir. Lap ele mindiyim taksinin sürücüsü terefinden. O, indi ne baş verdiyini daha yaxşı anlamaq isteyir. Meselen, bu sürücü bilmek isteyir ki, daxili işler naziri Ramil Usubov ne üçün H.Eliyevin üzüne ağ olur? Yeni bir gün ona ved edir ki, yoldakı polislerin sayını mütleq azaldacaq. Ancaq cemi iki hefte sonra sözünü yaddan çıxarır ve istediyini edir?! Menim sürücü dostum ise deyir ki, şexsen özü televizorda görüb ki, H.Eliyev R.Usubovu tenqid edib ve yoldakı polislerin çoxluğunu vurğulayıb. R.Usubov da, öz növbesinde, deyib ki, “cenab prezident, mütleq onların sayını azaldarıq”. Ve doğrudan da sonrakı iki hefte erzinde yolda olduqca az polise rast gelinib ve xalqımız da ele bilib ki, R.Usubov kişi kimi verdiyi sözü yerine yetirib. Ancaq deyir “H.Eliyev saydığını saysın, gör R.Usubov ne sayır” (Hacı Zamin demişken: “bir el meselinden”).

R.Usubov ve zoren ona tabe olan polisler bu ölkede öz qanunlarını tetbiq edirler. Onlar heç kimi saya salmırlar. Yeqin çox az adam polislerin “H.Eliyeve olmur, kime isteyirsen, get şikayet ele!” dediyinin şahidi olmayıb. Bir qayda olaraq, polisle her hansı problemi olan vetendaş ölke başçısına şikayet edeceyini deyende adeten bu ifadeni eşidir. Bu da bir göstericidir. R.Usubovun hakimi-mütleq olmasının göstericisi.

Ölkede polis rejimi ve polis özbaşınalığı hökm sürür. Bu rejim o qeder dehşetlidir ki, vetendaşlar, sadece, onun gözüne görünmemekden başqa çare tapa bilmirler. Adi vetendaş bele “yaxşısı budur rüşvet verib canımı bunların elinden qurtarım” deyir ve R.Usubovun bu “esgerlerinden” qurtulmaq üçün var-yoxundan keçmeye razılaşır. Çünki vetendaş guya özünü polis menteqesinin penceresinden atanların taleyini yaxşı xatırlayır. Yaxud, Allahın siqaretini bele çekmeyenlerin narkotik üstünde mesuliyyete celb edilmesinin çox adi hal olduğunu bilir. Vetendaş onu da bilir ki, indi polisden kimseye şikayet etmeyin faydası yoxdur. Lap ele H.Eliyevin özüne de. Çünki R.Usubov faktiki olaraq ondan da yuxarıda durur…

Doğrudan da, H.Eliyevin daha sözü de keçmir. Bir zamanlar bu adamın adı gelende memurlar tir-tir eserdi. İndi ise Allahın polis naziri de ona kef gelir. Özü de bu işi o qeder açıq şekilde edir ki, deyirsen, bes H.Eliyev heç ölke başçısı deyil. Ey gidi dünya… Bir ölkenin “dünya şöhretli” prezidenti olasan, ele hemin ölkenin daxili işler naziri de sene kef gele, üzüne bir söz deyib, arxada başqa iş göre. Açığı, men H.Eliyevin yerinde olmaq istemezdim. Olsaydım bele, ya dediyime emel edilmesine nail olar, ya da çekilib gederdim. Çünki sözün keçersizliyi çox ağır derddir. Bir zamanlar qılıncının dalı da, qabağı da kesen H.Eliyev üçünse ikiqat ağır derddir.

Oxunma sayı: 11105
Share