MM-də abır-həya məsələsi

Azər Həsrət. Dərc edilib: Azadlıq, 10 oktyabr 2002

Milli Meclisin öten iclasında bir sıra diqqetçeken olaylar baş verdi. YAP-çı Siyavuş Novruzovun “ağaca çıxan pişiyi”nden tutmuş İsmayıl Ömerovun siyasete soxulmuş “en deleduz adamlar”ınadek. Bunlar ve başqa bu kimi meseleler doğrudan da diqqetçekendir. Bir qayda olaraq YAP-çıların özlerine aid sifetleri başqalarına yamamaq cehdlerini hemişe görmüşük ve bu da onların davamıdır. Öz işleridir. Buraxın yollarını getsinler. Onsuz da sonları çatıb. Nece deyerler, şam sönende şöle saçar.

Bizim diqqetimizi çekenler arasında MM sedri Murtuz Elesgerovun “abır-heya” meselesi, deyesen, rekord vurub. Çünki hamı onun bu “kelamını” ezberleyib ve artıq adam qalmayıb ki, Murtuz müellimin dediklerini duymamış olsun. Onun sözlerini qeribçiliye salmaq fikrinden uzağam. Ancaq bezi nesneleri demeyib de öte bilmirem. Belelikle, bir sual: kimdir heyasız?

Heyasız o kesdir ki, uzun iller ölkede hakimiyyeti qesb edib, insanları küçelere salır. Yeni 1995-ci ilde xalqın adından danışıb guya MM-e seçkiler keçiren, zorla milletin dilinin adını deyişenler, bizce, daha heyasızdır. 2000-ci ilin MM seçkisini bazara çevirib qanunverici orqanın terkibini teyin edenler de bundan az heyasız deyil. Üstelik, ölkeni rüşvet girdabında boğan, qadınlarımızı Dübeyin, İstanbulun küçelerine salanların heyasızlığı ise heç bir çerçiveye sığacaq şey deyil. Murtuz müellim, doğrudan da abır-heya yaxşı şeydir. Heyasızlığın da bir heddi olar axı. Yazıq deyilmi bu millet? MM-i işğal etmisiniz, dinmirik. Prezident kürsüsünü işğal etmisiniz, dinmirik. Ölkenin var-yoxunu talan edib bir tayfaya bexş etmisiniz, dinmirik. Bu qebilden olan deyilesi çox nesneler var ki, deyib vaxtınızı almaq istemirem. Heç olmasa, sesinizi çıxarmayın. Özünüz demişken, abır-heya yaxşı şeydir axı.

Murtuz müellim, sizin de mensub olduğunuz tayfa hakimiyyeti bu millete olmazın zülmler edir, biçare millet de ilde-ayda bir defe küçeye çıxıb öz haqqını teleb edir. İndi ne olar bir defe de biz haqqımızı teleb edende? Axı biz bir xalq olaraq yoxuqsa, demeli, siz de MM sedri ola bilmezsiniz.

En azı ona göre ki, sizi ora teyin eden adam heç olmasa görüntü üçün xalqa arxalandığını dile getirmek zorundadır. Olmaya xalq deyende demokratların hakimiyyetini devirib H.Eliyevin hakimiyyete gelmesini temin eden ve indi dustaq etdiyiniz suret hüseynovları nezerde tutursunuz? Deyesen, ele sizin anlamınızda xalq bu adamlarmış. Ele belece de demisiniz: “Xalq sizi hakimiyyetden qovdu”. Yeni Suret Hüseynovla H.Eliyev alyansı. Halal olsun, Murtuz müellim. Ancaq öz aramızdı, Surete de yaman atdınız ha. İndi dustaq evinde çürüyür. Lap ele yaxşı elediniz. Adamda abır-heya yaxşı şeydir axı. Yoxsa o, başını H.Eliyevin başına qoşmaq isteyirdi…

Ne ise. Yene qayıdaq Murtuz müellimin dediklerine. Deyir ki, “baxın dövlet metbuatına, bütün xalq size nifret edir”. Ay Murtuz müellim, imkan verin menim ödediyim vergi hesabına çap etdirdiyiniz o “dövlet metbuatı”nda birce defe çıxış edim, onda görersiniz xalq doğrudan da kime nifret edir. Heç şübhesiz, Azerbaycan xalqı nifret edir. Hele de onun torpaqlarını işğaldan qurtara bilmeyen hakimiyyet herislerine, minlerle insanı illerle çadırlarda çürüden ünsürlere, dövlet adına qezet neşr etdirib onun sehifelerinden xalqı söyenlere. Ele öten şenbe küçeye çıxıb yürüyen elli minedek insan da öz nifretini bu cür beyan etdi. Hele bir parça çöreye möhtac olduğundan vaxt tapıb küçeye çıxa bilmeyen yüz minleri demirem. Vallah, doğrudan da abır-heya yaxşı şeydir.

Oxunma sayı: 7050