Dövlət mətbuatı nədən olsun?

Azər Həsrət. Dərc edilib: Azadlıq, 17 oktyabr 2002

Son günlerin müzakire olunan meselelerinden biri de dövlet metbuatının varlığı ile bağlıdır. Artıq ölkede öz yerini tapmış müsteqil ve müxalif KİV-le beraber dövlet orqanlarına birbaşa bağlı olan KİV-in qalıb-qalmaması da suallara sebeb olur. Dövlet metbuatından imtina etmeyin zamanı yetişmeyibmi? Bizce, yetişib. Doğrudur, bezileri hele bunun tez olduğunu iddia etmekdedir. Ancaq demokratik ölkelerin tecrübesi gösterir ki, zamanında dövletin KİV-den elini çekmesi ölkenin inkişafı üçün zox vacibdir. Ele biz de bele düşünürük. Ola bilsin ki, fikirlerimiz yuxarıda söylenenlerden bir qeder ferqli olsun. Ancaq sonuc ferqli olan deyil. Yeni birmenalı şekilde deyirik ki, dövlet metbuat erası artıq sona çatıb.

İndi ise dövlet metbuatının azad edilmesinin lehine olan arqumentlere diqqet edek. Birincisi, dövlet hakimiyyeti orqanlarının öz çalışmalarını tebliğ etmesine ehtiyac yoxdur. Bu, sovetler döneminde “vacib” sayılırdı. Ele metbuat bütövlükde hakimiyyet orqanlarının tribunası rolunu oynayırdı. İndi ise bele olmamalıdır. Çünki demokratik cemiyyet quruculuğu ile hakimiyyete bağlı metbuat bir araya sığmır. İkinci terefden ise, bu gün var olan hakimiyyet metbuatına nezer salsaq, bu metbuatdan onu maliyyeleşdiren vetendaşlara qarşı bir tribuna kimi istifade edildiyinin şahidi olarıq. Söhbet ondan gedir ki, hakimiyyete birbaşa bağlı olan qezetlerin hamısı dövlet büdcesinden maliyyeleşir. Meselen, “Xalq qezeti”, “Respublika” kimi qezetler bu qebildendir. Ele Az.TV kimi neheng bir KİV de dövlet büdcesinden maliyyeleşir. Yaxud da, birbaşa dövlet büdcesinden olmasa da, xalqın serveti hesabına derc edilen qezetler de var. Bura “İki sahil” kimi qezetleri de aid etmek olar. Diqqeti çeken esas meqam odur ki, bu KİV-in demek olar ki, hamısı esasen müxalifeti ve serbest fikirli insanları, yumşaq desek, tenqid etmekle meşğul olur (eslinde tehqir etmekle). Halbuki bu qezetler mehz hemin vetendaşların dövlet büdcesine ödediyi vergiler (yaxud da xalqın serveti) hesabına derc edilir. Bele olan halda onların birterefli qaydada vetendaşlara qarşı işlemesinin qarşısı alınmalıdır. Ola bilsin ki, hansısa memur kütlevi informasiya vasitesine gerçekden bir ehtiyac duysun. Yaxud da hansısa saheye bağlı müessisenin bele bir ehtiyacı ola biler. Normal sayıla bilecek bir şeydir. Bu zaman hemin şexs, yaxud müessise buyurub öz vesaiti hesabına qezet buraxsın. Ve hemin KİV-den de meqsedyönlü şekilde istifade etsin. Meselen, Azerbaycan Respublikası Dövlet Neft Şirketinin tesisçiliyi ile çıxan qezet (“İki sahil”) müxalifete qarşı tribuna rolunu oynamamalıdır. Onda, tebii ki, kimse bir söz deye bilmez. Yeni adi mentiq de bunu deyir ki, neft şirketinin buraxdığı qezetin esas meqsedi neftle bağlı meseleleri işıqlandırmaqdır. Ele ise niye bu sahenin qezeti işini-gücünü atıb müxalifetin fealiyyetine kölge salan yazılar yazmaqla meşğuldur? Yaxud da bu cür qezetler hakim Yeni Azerbaycan Partiyasının tribunası rolunu oynayır. Eger YAP gerçekden bir qezete ehtiyac duyursa, buyurub onu öz vesaiti hesabına neşr etdirsin. Lap ele “Yeni Azerbaycan” qezeti kimi. Bu qezete qarşı heç bir iradımız yoxdur. Ele üstüne de yazılıb ki, partiya qezetidir.

Son olaraq onu da qeyd edek ki, vetendaşların dövlet büdcesine ödediyi vesait hesabına qezet buraxıb onun sehifelerinde ele hemin vetendaşları söymek tecrübesine son qoyulmalıdır.

Oxunma sayı: 6062