Söz Azadlığı Şäbäkäsinä Mäclis öncäsi tanınmış şäxslär qoşuldu

Bakı, CASCFEN, 20.12.2012 – Orta Asiya vä Güney Qafqaz Söz Azadlığı Şäbäkäsinin (CASCFEN) İdarä Heyäti qurumun ilk Mäclisi öncäsi telekonfrans yoluyla növbädänkänar toplantı keçirib. Toplantıda yalnız quruma yeni üzvlärin qäbulu mäsäläsinä baxılıb. İH üzvlärinin yekdil qärarıyla ärizäsi daxil olmuş aşağıdakı şäxslär CASCFEN üzvlüyünä qäbul edilib (älifba sırasıyla):

1. Dr. Faiq Qäzänfäroğlu – Azärbaycan Milli Elmlär Akademiyasının böyük elmi işçisi
2. Elbrus Ärud – Qafqazİnfo.az İnternet qäzetinin baş direktoru
3. Firuzä Bäymämmädqızı – Jurnalistlär Extremal Şäraitdä İctimai Birliyinin sädri
4. Häcär Yusifqızı – müstäqil jurnalist
5. İlqar Şahmaroğlu – näşriyyat vä kitab ticaräti üzrä färdi sahibkar
6. Nigar Nizamiqızı – ‘’Palitra” qäzetinin müxbiri
7. Nurlan Qäländärli – “Yeni Azärbaycan” qäzetinin müxbiri
8. Rizvan Qänbärli – “My Media” reklam agentliyinin direktoru
9. Şirinxanım Kärimbäyli Şadiman – şairä, Azärbaycan Yazıçılar Birliyinin üzvü
10. Tahir Aydınoğlu – “Xalq qäzeti” redaksiya heyätinin üzvü
11. Väli Väliyev – “Säs” İnformasiya Agentliyinin icraçı direktoru
12. Vüqar Tofiqli – Söz Azadlığını Müdafiä Fondunun icraçı direktoru
13. Zahid Cäfärov – “Yeni Azärbaycan” qäzetinin texniki redaktoru

Xatırladaq ki, CASCFEN-in Mäclisi 23 dekabr 2012-ci il tarixindä Park Inn hotelindä keçiriläcäk. Toplantı bütün CASCFEN üzvläri üçün açıqdır. Burada häm Mäclisin, häm dä CASCFEN Näzarät-Täftiş Komissiyasının tärkibi formalaşdırılacaq, qurumun 2013-cü il üçün proqramı qäbul ediläcäk.

CASCFEN Mätbuat Xidmäti

CASCFEN logosu

CASCFEN logosu

Oxunma sayı: 1541

1 Comment to "Söz Azadlığı Şäbäkäsinä Mäclis öncäsi tanınmış şäxslär qoşuldu"