Hansı dili anlayırsınız?

Azər Həsrət. Dərc edilib: Azadlıq, 20-22 oktyabr 2002

Vetendaşları qanunsuz olaraq dustaq eden rejim mensubları haqqını qorumağa qalxanları da veten xaini adlandırır

Bu meseleye bir defe de toxunmuşduq. İndi dünyanın her yerinde Azerbaycan adı çekilende göz önüne insan haqlarının en kobud şekilde pozulduğu, yüksek dövlet meqamlarının boğazadek korrupsiyaya qurşandığı bir ölke gelir. Bu ölkede her addımbaşı en adi vetendaşın en adi hüquqlarının tapdanması artıq normaya çevrilib. ¡ger bir gün Azerbaycanda en çoxu yarım saat erzinde hansısa hüquq pozuntusu qeyde alınmasa bütün dünya teeccüb deryasında qerq olar. Azerbaycan iqtidarı ve insan haqlarının pozulması arasında beraberlik işaresi qoyulmalıdır. İnsan haqlarını pozmaq bu rejimin en başlıca atributudur.

Elbette, deyilenler her kese bellidir ve bunları tekrarlamaqla kimseni teeccüblendirmek iddiasında deyilik. Bizim üçün qaranlıq olan başqa bir şeydir. Bu da iqtidar sahiblerinin anlayacağı dildir. Yeni vetendaş bilmek isterdi ki, rejim hansı dili anlamaq iqtidarındadır. Dünyanın her yerinde normal cemiyyetlerde normal anlaşma dili qanun dilidir. Qanun pozuntuları en demokratik ölkelerde bele mövcuddur. Tebii ki, insanların hamısının bütün qanunlara yüzde yüz emel etdiyi cemiyyet qurmaq mümkün deyil. Hetta en demokratik ölke saydığımız ABŞ-da da her gün qanun pozuntuları baş verir. Ancaq mesele heç de qanun pozuntularının olub-olmamasında deyil. İş ondadır ki, bütün dünyada haqqı tapdanan vetendaş öz ölkesinin hüquq-mühafize orqanlarına, yaxud da iqtidar sahiblerine üz tutur ve bir qayda olaraq haqqının berpasına nail ola bilir. Azerbaycanda ise eksinedir. Haqqı tapdanan vetendaş ne mehkemeye, ne polise, ne de ki, ölke başçısına müraciet edir. Haqqı tapdanan vetendaşın ağlına gelen ilk müraciet instansiyası beynelxalq qurumlar, yaxud da ABŞ hökumeti olur. Acınacaqlıdır, deyilmi? Axı biz müsteqillik uğrunda çarpışarken heç de Moskvanı Vaşinqtonun, yaxud da Strasburqun evez etmesini istemirdik. Bes nece oldu ki, bizler yene de özge qapılarına düşmeli olduq? Kimdir bizi bu köke salan? Ne üçün menim ölkemin iqtidar sahibleri derdime çare etmirler ki, men de onun-bunun qapısında boyun burmalı oluram?

Bax, mesele de ele bundadır. İndi H.Eliyev ve onun berqerar etdiyi rejim ailesine qayğı göstermeyen pis ataya benzeyir. Adeten ata pis olanda aile üzvleri oan-buna üz tutmalı olurlar. Kimse bunun eksini sübut ede bilmez!

Qeyd etdiyimiz kimi bu meseleler haqda bir defe de yazmışdıq. O zaman da bizi buna mecbur eden iqtidar nümayendelerinin beynelxalq qurumlara üz tutan vetendaşlarımızı az qala veten xaini elan etmesi idi. Yene de hemin sebebden bu meseleye qayıtmalı olduq. Yene de iddia edirler ki, ölkede insan haqlarının pozulması haqda beynelxalq qurumlara, ABŞ Konqresine melumat verenler veten xainidir! He böyük ittiham!

Yaxşı, beynelxalq qurumlara üz tutmayaq, sizin temsil etdiyiniz rejim de bizim hüquqlarımızı tapdamaqda davam etsin. Heye göre biz dözmeliyik? Yaxud da kim daha çox veten xainidir: vetendaşın haqqını durmadan tapdayan ve onu qapılara salanlar, yoxsa haqqını sivil dünya normalarına uyğun olaraq beynelxalq qurumların da imkanlarından istifade etmekle qoruyanlar? Bizler beynelxalq qurumlara üz tutmazdan önce axı ölke mehkemelerine, polisine ve başçısına müraciet edirik. Yeni biz her şeyi qanun diliyle hell etmeye cehd edirik. İndi ne edek ki, siz qanun dilini anlamırsınız! İndi ne edek ki, menim ölkemin iqtidarı hele de qanun dilinde danışanları sadece lağa qoyur? Qanun dilini anlamırsınız, barı anladığınız bir dil varsa deyin, o dilde danışaq!

Oxunma sayı: 5733