Son həmlə

Azər Həsrət. Dərc edilib: Azadlıq, 25 oktyabr 2002

Bu, son hemledir. Sadece olaraq kimin üçün son olacağı tam belli deyil. Söhbet müxalifet-iqtidar münasibetlerinden gedir. Müxalifetin her defe yaz-payız hücumu kimi herekatlar ved etmesi ve sonucda ortaya bir şey qoya bilmemesi her kesin xatirindedir. Ele son vaxtlaradek bu cür vedler eşidib heç bir deyişikliye rast gelmeyen vetendaş da artıq bezmiş kimi görünürdü. Ancaq, deyesen, buz erimekdedir. Birleşmiş müxalifetin dalbadal üç izdihamlı kütlevi aksiya keçirmesi insanlarda bir inam oyadıb. İndi bu istiqametde davam etmek lazımdır. Ortaya çıxa bilecek her cür anlaşılmazlığı, sadece, qarşılıqlı güzeşt ve danışıqlar yolu ile aradan qaldırmaq ele de böyük müdriklik teleb etmir. Bu gün bezileri hefte sekkiz, men doqquz hetta düşmenimiz ermenilerle bir stol arxasında oturub müzakireler aparmağı bacarırsa, qanı bir, canı bir qardaşımızla stol arxasında otura bilmemeyimiz ayıb olmazmı? Yeni müxalifet önderleri aradakı söz-söhbeti metbuat sehifelerinde deyil, bir çay süfresi arxasında müzakire edib millete daha faydalı olacaq sonuca varmağı bacararsa, o zaman qurtuluş uzaqda deyil. Yox, eger yene de yersiz tekebbür her şeyi üstelerse, onda batdıq. Bunu ise ne tarix, ne de millet bağışlar. Ele ise bunu anladığımız halda neden yene de yersiz dartışmalara vaxt itiririk? Eger müxalifetin birliyinden danışırıqsa ve hamımız da buna ehtiyacı doğrudan duyuruqsa, onda neyi gözleyirik?

Mesele yene de herlenib-dolanıb AXCP-nin üzerine gelir. Artıq son birge etiraz tedbirleri de gösterdi ki, AXCP-nin proseslere qatılması ne demekdir. İnsanlar gördü ki, ölkenin en iri partiyaları olan AXCP, Müsavat, AMİP ve ADP-nin güclerini birleşdirmesi xalqı yerinden oynada biler. Burada birinci iki partiyanın rolu xüsusile diqqetçekendir. İki ildir AXCP-nin bir “klassikler” problemi var. Bununla beraber Demkonqresin de bir problemi var. Sebeb ise ele hemin “klassikler” problemidir. Bu beledir ve siyasi proseslerden az-çox baş çıxaran her kes problemin hellinin müxalifet üçün ne qeder vacib olduğunu anlayır. Ancaq ortada bir “balaca” problem de var ki, o, AXCP-nin evvelki mövqeyini berpa etmesini engelleyir. Bu da cemiyyetin AXCP temsilçisi kimi qebul etdiyi tereflerin (şerti olaraq) bir araya gele bilmemesidir. Artıq yerlerde AXCP bayrağı altında fealiyyet gösteren teşkilatların bütövleşme meylleri getdikce güclenir. Hetta bir sıra rayon teşkilatları birge açıqlama ile çıxış ederek heç bir iddiasız birleşmeye hazır olduqlarını bildiribler. Yeni aşağılar psixoloji maneeleri yeterince def ede bilib ve birleşmeye hazırdır. Ele ise yuxarıları bu prosesi tezleşdirmekden çekindiren nedir?

Eli Kerimli ermeni deyil ve bir türkdür. Ele Mirmahmud Mirelioğlu da ermeni deyil. Üstelik, bu iki siyasetçi bir-birinin ölkesini işğal da etmeyib, yaxud yurdunu yağmalamayıb. Ancaq ne sebebdirse, AXCP-nin bütövleşmesinin vacibliyini her ikisi yeterince anlasa da, bunun gerçekleşdirilmesi üçün vacib olan bir addımı ata bilmirler. Doğrudur, E.Kerimli tez-tez istenilen formatda ve istenilen yerde M.Mirelioğlu ile görüşüb müzakireler aparmağa hazır olduğunu beyan edir. Ele ikinci de müzakirelerin vacibliyine inandığını deyir. Ancaq yene de ortada belli olmayan bir sebeb var ki, o da bu iki insanın bir araya gelmesini engelleyir. Bizce, bu sebeb psixoloji maneeni def ede bilmemekden doğur. Özü de mehz “klassikler” terefden bezi şexslerin bilerekden, ya bilmeyerekden müeyyen hereketlere yol vermesi hemin sebebi doğurur…

Son hemle ise AXCP-nin bütövlüyünü teleb edir. Yoxsa H.Eliyev yene de qalib çıxacaq. Ondan sonra ise müxalifetin bütöv, ya yarımçıq olmasının ele bir ehemiyyeti de qalmayacaq.

Oxunma sayı: 6771
Share