Rusiyadan gäläcäk istänilän inqilaba yox!!!

Azär Häsrät

Azär Häsrät

Azär Häsrät, azer@azerhasret.com

Gürcüstan Prezidenti Mixeil Saakaşvili Azärbaycana bir günlük säfärindä gündämi ämälli-başlı mäşğul edä biläcäk fikirlär säsländirdi. Onlardan biri dä bu oldu ki, o, “dünyanın heç bir lideri İlham Äliyev qädär iş görmäyib” kimi çox mäsuliyyätli bir açıqlamada bulundu.

Saakaşvili özünün savadına, dünya görüşünä, qärb däyärlärinä bälädliyinä görä sayılıb-seçilän, üstälik dä sözünün sağını-solunu bilän birisidir. Bu şäxs häm dä öz ölkäsindä nail olduğu radikal demokratik däyişikliklär baxımından täqdir görän bir liderdir. Onu dä unutmamalı ki, Saakaşvili ABŞ başda olmaqla bütün qärb güclärinin sayğısını qazanmış, sözünä güvändiyi bir prezidentdir. Demäk ki, belä bir çäkisi olan şäxsin dediyi sözlärä dä sayğı duyulmalıdır. O baxımdan qeyd edä bilärik ki, Prezident İlham Äliyev haqqında söylädiyi täk bir cümlälik fikri ilä Saakaşvili demokratiya keşikçisi olan qärb dövlätlärinin dä ismarıcını Azärbaycan cämiyyätinä ötürmüş oldu. Här halda, siyasi gündämi müäyyän edänlär bundan özläri üçün ciddi näticä çıxarmalıdırlar.

Saakaşvilinin daha bir açıqlaması Rusiyanın Azärbaycanda inqilab etmäk istämäsi ilä bağlıdır. Ciddi bir liderin dilindän säslänän çox ciddi bir fikir olduğu üçün täbii ki, Azärbaycan ictimai räyi buna da yetärincä diqqät ayırmaqdadır. Öncä hakim partiyanın tämsilçiläri Saakaşvilinin “nä dediyini yaxşı bildiyini” söylädilär. Ardından da müxalifät cäbhäsi Rusiyanın Azärbaycanda inqilab edä biläcäyini gerçäk saydığını dilä gätirdi. Demäli, Azärbaycan daxilindä qarşı duran siyasi güclärin här ikisi Saakaşvilinin bu xäbärdarlığını ciddiyä alır vä alırsa, ortada doğrudan da inqilab senarisi var.

İnqilabın zäräri vä ya xeyri haqqında fikir bildirmädän burada bir mäqama mütläq toxunmaq vä därhal da qärar vermäk istärdik: bu inqilab bizä fälakät gätirärdi! Säbäbini soruşan olarsa, cavabımız qısadır: çünki Rusiya qaynaqlıdır!

Rusiyadan gälän istänilän inqilab bizä yaxşı heç nä väd edä bilmäz! Çünki bu ölkänin özü zatän yaxşı bir demokratiya inqilabına şiddätli ehtiyac duyur!

Rusiya öz torpaqlarında än adi insan haqlarını tämin etmirsä, media azadlığını büsbütün boğaraq ifadä azadlığını tam olaraq näzarät altında tutursa, özälliklä dä rus olmayanlara qarşı räsmi dövlät säviyyäsindä dözümsüzlük särgiläyirsä, bizä gätiräcäyi inqilab da ölkämizin ondan daha bärbad günä düşäcäyinin xäbärçisidir!

Diqqätli olaq, aldanmayaq. Biz başa düşürük ki, ölkämizdä siyasi gälişmälärdän razı olmayan insanlar vä siyasi qruplar var. Onların hakimiyyät uğrunda apardığı mübarizä dä anlaşılandır vä buna görä kimsäni qınamaq olmaz. Ancaq mäbadä kimsä indiki hakimiyyätlä hesab çäkmäk kimi şäxsi näfsini tämin etmäk üçün Rusiyanın inqilab havasına aldana! Ölkämiz üçün fälakät olardı bu!

Uzun sözün qısası, Azärbaycanda näyin necä olmasının Rusiyaya qäti däxli yoxdur vä täsadüfän kimsä bu şär imperiyasının oyunlarında rol alsa, günah bizdän getmişdir demäk…

Oxunma sayı: 4583
Share

2 Comments to "Rusiyadan gäläcäk istänilän inqilaba yox!!!"

  1. 1 March 2013 - 21:16 - 21:16 | Permalink

    2013-cü il Azərbaycan üçün daxildə və xarixdə siyasi cəhətdən gərgin başladı. Seçkiqabağı fəallıq və ölkədaxili məmur özbaşınalığından cana doymuş əhali narazı halda fikirlər söylədi. Hətta səbri daşmış vətəndaşlar acıqlarını məmurların üzərinə tökdü. Hökumət yarana biləcək narazılıqları dəyanətlə aradan qaldırsa da, bu günkü dövr üçün əsasən də orta təbəqənin bir qədər çətin güzaran sürməsinə əlac edə bilmədi. Ölkədə islahatlara geniş ehtiyyac duyulsa da, yüksək rütbəli məmurlar, xüsusən də bir çox deputatlar hələ də baş tutmayan islahatlara mane olurlar.Qanunun aliliyi yüksək rütbəli məmurlar tərəfindən pozulur. Ancaq bu gün Azərbaycan dövlətinin böyük potensialı var ki, baş verəcək hər hansı narazılığın qarşısını vaxtında alsın. Rusiyanın özünün yetərincə problemləri var və əgər Azərbaycan hələ əsası 1993-cü ildə Ulu Öndər tərəfindən qoyulan dövlətçiliyimizi layiqli davam etdirərsə, heç bir fövqaldövlət Azərbaycana qarşı məkrli siyasət apara bilməz. Azərbaycan hökuməti paralel olaraq əhalinin güzaranının yaxşılaşdırılması yönümündə təcili addımlar atmasa hər-hansı təhlükə qaçılmazdır.İndi Qafqazda hegomon dövlətə çevrilmiş Azərbaycan öz gücündən layiqli istifadə etməlidir…Hal-hazırda mövcud olan sosial ədalətsizlik təcili olaraq aradan qaldırılmalıdır….