Sadəcə bir imza! Sən də qatıl!

Bütün dostlarımın diqqətinə!

Dildə, fikirdə, işdə birlik dedi böyük Türk fikir adamı İsmayıl bəy Gaspıralı. İşdə birlik olmağımız üçün daha bir fürsət!

Azərbaycanda 17 ayrı qeyri-hökumət təşkilatı Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının təşəbbüsüylə 20 yanvar 1990 olaylarını qınamaq və Ermənistan prezidenti Serj Sargsyanın savaş suçlusu olaraq elan edilməsi üçün beynəlxalq kampaniya başlatmışdır.

Lütfən, aşağıdakı iki ayrı müraciəti imzalayaraq başqalarının da imzalaması üçün yardımçı olun.

Bu elanı e-poçt, internet saytları və sosial media (şəbəkələr) üzərindən paylaşaraq yardımçı ola bilərsiniz.

Müraciətlərin ikisi də millətimiz üçün olduqca önəmlidir.

Davamıza sahib çıxaq, dünyaya birliyimizi göstərək.

Haydı, görək Türk Millətinin və onun dostlarının gücünü, birlik və bərabərliyini! Artıq hərəkət zamanı gəlmişdir. Hədəfimiz ən az yüz min imzadır!

Birləşmiş Millətlər Təhlükəsizlik Şurasına: 19-20 yanvar 1990-cı ildə Bakıda baş vermiş qanlı olaylar tanınsın
United Nations Security Council: Recognize the bloody incidents in Baku on January 19–20, 1990
http://goo.gl/2BDav6

Birləşmiş Millətlər Təhlükəsizlik Şurasına: Ermənistan prezidenti Serj Sargsyan savaş suçlusu olaraq tanınsın
United Nations Security Council: Recognize Serzh Sargsyan, the President of Armenia, as a war criminal
http://goo.gl/SBr6jB

Salam, saygı və sevgilərlə,
Azər Həsrət
Yeddi Dövlət – Bir Millət Konseyinin Başqanı
Bakı, Azərbaycan

Uşaqlar 20 yanvar şəhidləri məzarlarının üzərinə çiçək qoyarkən

Uşaqlar 20 yanvar şəhidləri məzarlarının üzərinə çiçək qoyarkən

Oxunma sayı: 2729
Share