Jurnalist namizədliyini irəli sürəcək

Azər Həsrət artıq istefa verib

Azərbaycan Jurnalistlər Konfederasiyasının baş katibi Azər Həsrət tutduğu vəzfədən istefa verib. O, bu addımının qarşıdan gələn parlament seçkiləri ilə əlaqəli olduğunu deyib. Azər Həsrətin sözlərinə görə, məsuliyyətli bir qurumun baş katibliyində qala-qala, seçkilərdə fəal iştirak etmək mümkün olmadığından, istefa vermək qərarına gəlib.Azər Həsrət istefa məsələsini AJK-nın prezidenti Hacı Hacıyevlə müzakirə etdikdən və onun razılığını aldıqdan sonra bu addımı atdığını deyib. O, millət vəkili seçildikdən sonra da AJK ilə işbirliyini davam etdirmək, onun inkişafı üçün çalışmaq niyyətindədir. Hələlik qurumun baş katibi vəzifəsi Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədliyə həvalə olunub. Qeyd edək ki, Azər Həsrət 56 saylı Xaçmaz kənd seçki dairəsindən namizədliyini irəli sürmək fikrindədir.

Qaynaq: secki.info

Oxunma sayı: 4630
Share