Amnesty International jurnalistləri azad etməyə çağırır

Beynəlxalq hüquq müdafiə təşkilatı Amnesty International Azərbaycan hakimiyyətini öz fikirlərini sərbəst ifadə etdikləri üçün həbs olunan ficdan məhbuslarını dərhal və şərtsiz azad etməyə çağırıan bəynatla çıxış edib Sənəddə “Avropa və biz” məqaləsinə görə 3 və 4 il müddətinə azadlıqdan məhrum edilmi.

Rafiq Tağı və Samir Sədaqətoğlu siyasi məhbus adlandırılır və onların dərhal azadlığa buraxılması tələb edilir. Jurnalistərin hüqularının müdafiəsi ilə məşğul olan digər təşkilat Sərhədsiz reportyorlar isə müqəddəs Ramazan bayramı günü hazırda həbsdə olan 7 Azərbaycan jurnalistinin buraxılmasını məqsədəuyğun hesab edir.

Amnesty İnternational təşkilatının bəyanatına görə, 2006-cı ildə “Sənət” qəzetində dərc olunan “Avropa və biz” məqaləsinə görə 3 və 4 il müddətinə azadlıqdan məhrum edilən məqalə müəllifi Rafiq Tağı və qəzetin redaktoru Samir Sədaqətoğlunu həbs və məhkum edərək, Azərbaycan ifadə azadlığına riayət edilməsi haqqında öz beynəlxalq öhdəliklərini pozub.

Odur ki, hər iki jurnalistin dərhal və şərtsiz azad edilməsi Azərbaycan hakimiyyətinin insan hüquqları və ifadə azadlığı prinsiplərinə riayət etməsi barədə siqnal ola bilər.

Eyni zamanda, təşkilat Azərbaycan KİV-lərinin nümayəndələrini din və mədəniyyət kimi həssas mövzulara toxunarkən məsuliyyətli olmağa, dini və digər liderləri isə cəmiyyətdəki gərginliyi aradan qaldırmaq və zorakılığa yol verməmək üçün səy göstərməyə çağırıb. .

Beynəlxalq söz azadlığını müdafiə təşkilatı “Sərhədsiz reportyorlar” isə ramazan bayramı ilə əlaqədar, Azərbaycan hakimiyyətini mərhəmət göstərməyə və hazırda həbsxanada olan məhkum edilmiş bütün yeddi jurnalisti azad etməyə çağırıb.

Yeni Azərbaycan partiyasından millət vəkili, “Azərbaycan ” qəzetinin redaktoru, Mətbuat Şurasının üzvü Bəxtiyar Sadıxov beynəlxalq təşkilatların mövqeyi ilə razılaşmır.

Bəxtiyar Sadıxovun fikrincə ramazan ayının bitməsi belə həbsdə olan jurnalistləri azadlığa buraxılmasına haqq vermir.

Orta Asiya və Güney Qafqaz söz azadlığı şəbəkəsinin sədri Azər Həsrət isə deyir ki, RAfiq Tağının “Avropa və biz” məqaləsində yazdığı fikirlərlə şəxsən razılaşmasa da onun söz və əqidəsinə görə həbsə atılması fikri ilə razılaşır.

O ki qaldı Sərhədsiz reportyorların jurnalistlərin Ramazan bayramı zamanı azadlığa buraxılmasını məqsədəuyğun saymasına Azər Həsrət bildirir ki, Azərbaycan hakimiyyəti bu kimi addımı atsa nəinki allah qarşısında öz günahını yuyar , həm də ölkənin beynəlxalq aləmdə aşağı düşən imicini yüksəldə bilər.

Orta Asiya və Güney Qafqaz söz azadlığı şəbəkəsinin sədri apardığı monitorinqlərə əsaslanaraq həmçinin bildirdi ki, hazırda Azərbaycanda söz azadlığının vəziyyəti, nəinki Orta Asiya ölkələrindən , həm də söz azadlığının təqib olunmasına görə daim tənqid olunan İrandan da pisdir.

Oxunma sayı: 4194