Azər Həsrətə açıq məktub əvəzi!!!

Sərdar ƏLİBƏYLİ: “MTN-çilərin illərlə öz sahəsində elədiklərini MŞ da mediada eliyib”

İndi Kanal13-dən Azər Həsrətlə Əvəz Zeynallının ölkəmizdə müstəqil medianın durumu və insan haqlarınin vəziyyəti ilə bağlı debaına baxdım. Təbii ki, razılaşdığım və razılaşmadığım məqamlar var idi debatda, zatən başqa cür də olmur. Bu məmləkətin durumu bu. Olsun…

Amma bu statusu başqa bir səbəbdən yazıram. Azər Həsrət “QARA SİYAHI”nın mövcudluğu ilə bağlı maraqlı fikirlər səsləndirdi. Əvəz Zeynallı da bu haqda xeyli məsələlərə toxundu və təbiidi ki, əsasən “Xural”ın “QARA SİYAHI”ya salınma səbəblərindən danışdı. Bu da olsun…

Amma mən artıq öz qəzetimin (“Nota”) o mənfur siyahıya salınmasını unutmuşam, zətən məndən heç bu haqda soruşan da olmayıb ki. Amma Azər Həsrətin bəzi iddialarını əsas tutaraq burdan bəyan eliyirəm ki, əgər o, bu iddialarında səmimidirsə, mənim “reket” redaktorlar siyahısına, “Nota” qəsetinin isə “QARA SİYAHI”ya sanınmasına səbəb olmuş yazını, elə Mətbuat Şurasının genişləndirilmiş iclasında, özümün, Əvəz Zeynallının, eləcə də bir sıra tanınmış media mənsublarınin və ekspertlərin iştirakı ilə müzakirəyə çıxarılmasını təmin etsin. Təbii ki, müzakirənin, həmin yazının reketçiliklə hər hansı əlaqəsinin olub-olmaması predmetinin araşdırılması yönündə aparılması şərti ilə.

İndi oturub demək ki, mən onda yox idim, orda baş vermiş belə- filan məsələlərdən xəbərim olmayıb demək çox asandı. Amma indi ki varsınız Azər bəy. Baxın, indi sabiq MTN-in sabiq bosslarının özlərini də, onların kuratorluq etdikləri qəzetçiləri də reket adı ilə dama doldururlar, Mən də iddia edirəm ki, illər uzunu MTN-çilər öz sahələrində necə reketçilik ediblərsə, eyni işi də, zamanında, bəzi hallarda elə indinin özündə də, Mətbuat Şurası media sahəsində eliyib və etməkdə davam eliyir.. Və əksər hallarda da, bu bədnam ŞURA elə MTN-dən gələn sifarişlər əsasında qərarlar verib. Mən adım kimi əminəm ki, “Nota”-nın “QARA SİHAHI”-ya salınması da MTN Sərdar Əlib.bossllarının tapşırığı əsasında baş tutub. Əgər cəsarətiniz və gücünüz yetəcək və mənim tələb etdiyim müzakirələri təşkil edə biləcəksinizsə, mən bu harda konret sübutları da təqdim eliyəcəm. Buyurun, təşəbbüsünüzü ortaya qoyun. Gerçəkdən də dediyiniz boyda varsınızsa və həqiqətləri görmək istəyirsinizsə, bu meydan, bu da şeytan. Mən sizə kokret addım atmağı təklif elədim, Öz məharətinizi, özünüzün və sözünüzün kəramətini göstərin.

Sayğı və səmimiyyətlə Sərdar ƏLİBƏYLİ

Qaynaq: PS-Nota.com

PS Nota

PS Nota

Sərdar Əlibəylinin açıq məktubuna cavab

Oxunma sayı: 430

1 Trackback to "Azər Həsrətə açıq məktub əvəzi!!!"

  1. on 10 October 2016 - 11:42 at 11:42