Milli Məclisin Qərarı – Video

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

“İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 17.2 – 17.4-cü və 17.6-cı maddələrinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Aşağıdakı şəxslər 6 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvləri seçilsinlər:

Azər Hacıqulu oğlu Həsrət – namizədliyi Azərbaycan Mətbuat Şurası tərəfindən irəli sürülmüşdür;

Muxtar Kazım oğlu İmanov – namizədliyi Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən irəli sürülmüşdür;

Həsən Şahhüseyn oğlu Cəfərov – namizədliyi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən irəli sürülmüşdür.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri O.Əsədov
Bakı şəhəri, 14 aprel 2017-ci il.

Qaynaq: AzərTAc

Milli Məclisin 14 aprel 2017-ci il tarixli toplantısından Az.TV-nin reportajı



Oxunma sayı: 49