Gənc Jurnalistlər Klubunun təqdimatı

Layihə ictimaiyyət nümayəndələri tərəfindən dəstəkləndi

Bu gün «Gənc Liderlər» Uşaq və Gənclər Təşkilatının (UGT) təşəbbüsü ilə Mətbuat Şurasında yarıdılmış jurnalistikaya marağı olan gənclər üçün «Gənc Jurnalistlər Kulubu»nun ictimaiyyətə təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan «Gənc Liderlər» UGT-nin sədri Fərid Şahbazlının sözlərinə görə, klubun yaradılmasında məqsəd ölkə mediasında çalışan gənc jurnalistlərə dəstək vermək, onların peşəkarlıq və dünyagörüşü səviyyəsini yüksəltməkdir: «Bu layihədə digər əsas məqsəd mətbuatımıza yeni imzalar təqdim etməkdir. Ona görə də, «Gənc Jurnalistlər» kulubuna yalnız jurnalistikaya marağı olan və ya artıq bu işlə məşğul olan tələbə və məktəblilər üzv ola bilər».

F.Şahbazlının sözlərinə görə, klub üzvlərinə 3 ay müddətində ölkənin tanınmış media mütəxxəsisləri tərəfindən təlimlər keçiriləcək. Eyni zamanda klub üzvlərinin ölkəmizin tanınmış media nümayəndələri ilə görüşləri, redaksiyalara və televiziyalara səfərləri təşkil olunacaq. Fəal klub üzvlərinin müxtəlif media qurumlarında təcrübələrə göndərilməsi və onların yazılarının mətbuatda çapı nəzərdə tutulub.

Təşkilat sədri deyir ki, əgər layihə uğurla reallaşarsa bir müddət sonra «Gənc Jurnalistlər Kulubu»nun müstəqil qurum kimi fəaliyyət göstərməsi haqqında qərar qəbul oluna bilər.

Təqdimatda çıxış edən Mətbuat Şurasının katibi Rəhim Hüseynzadə layihəni müsbət qiymətləndirərək ölkə mediasının peşəkar və işini sevən jurnalistlərə ciddi ehtiyac duyduğunu bildirdi. Onun sözlərinə görə, klub üzvlərinin tanınmış qələm adamları ilə görüşlərinin təşkil olunması onlar üçün yaxşı baza yarada bilər.

Mərasimdə çıxış edən Millət vəkili Nazim Məmmədov jurnalistlərin IV hakimiyyət olduğunu xatırladaraq, klubun əhəmiyyətini qeyd etdi. O, bu layihədə təmsil olunan gənclər arasından gələcəyüin tanınmış jurnalistlərinin çıxacağına əminliyini vurğuladı.

Daha sonra çıxış edən AYB-nin katibi, «525-ci»qəetin baş redaktoru Rəşad Məcid, media eksperti Azər Həsrət, «Üç nöqtə» qəzetinin redaktoru Elməddin Muradlı və Azərbaycan Dövlət Pedaqoji Universitetinin mətbuat xidmətin rəhbəri Mənsur İbrahimov layihənin vaciblyindən danışdılar. Natiqlər jurnalistika təhsilindəki bəzi problemlərə toxunaraq, jurnalist olmaq istəyənlərin daha çox təcrübəyə ehtiyac duyduğunu qeyd elədilər.

Qaynaq: QayNar.info

Oxunma sayı: 4773
Share