2010-cu il Milli Məclis seçkilərinin noyabrın 7-də keçirilməsi haqqında prezidentin sərəncamı elan edildi. Haydı, dostlar, birlikdə gücümüzü göstərəlim! Elan etdiyim kimi, 34 saylı Xətai II seçki dairəsindən müstəqil namizəd olaraq mübarizəyə qoşuluram. Seçki kampaniyamda iştirak edəcək könüllülərlə iş uyğun şəkildə qurulmaqdadır. Kampaniyada vəzifə almaq istəyənlər, lütfən, mənimlə ƏLAQƏ saxlasınlar. Biz birlikdə bu kampaniyanı qələbəylə başa vuracayıq!