MÄQSÄDİM

Lap uşaqlıqdan məndə belə bir inam vardı ki, hər bir insanın bu dünyada yaşaması məqsədli olmalıdır. Yəni boş-boşuna gün keçirmək üçün yaşamağa dəyməz. Belə olarsa heç həyatın bir mənası da olmaz ki…

Mənim həmişə məqsədim olub və o məqsəd bu gün də qalmaqdadır. Mən ağlım kəsəndən hər gün o məqsədə doğru addım-addım irəliləmişəm və hər gün ona bir az daha yaxınlaşmışam. Məqsədim mənim həyatımın mənasıdır. O olmazsa yaşamaq mənim üçün çox çətin olar…

Ümumiyyətlə kəsin məqsədi olmadan bu dünyada yaşayanları anlamaq mənim üçün çox çətindir. Gəlib keçən günləri saymaq, ətrafda baş verənlərə biganə qalmaq mənim varlığıma ziddir. Mən o insanlardanam ki, bu dünyann məsuliyyəti elə bil mənim çiynimdədir. Haradasa nəsə baş versə mən o saat həm də özümün buna görə məsuliyyət daşıdığımı düşünürəm. Təyyarədə uçarkən niyə sükan arxasında özümün olmadığımı düşünürəm. Yaxud maşında gədərkən də eyni cür. Yəni sükan mənim əlimdə deyilsə elə bilirəm nəsə baş verəcək…

Əslində məqsəd həyatın mənasıdır. O olmazsa yaşamağa dəyməz məncə. Məsələn, mən səhər yuxudan duranda da, axşam yatağa girəndə də məqsədimi yada salıram. Ötən gün ərzində məqsədimə daha nə qədər yaxınlaşdım, gələn gün isə daha nə qədər yaxınlaşa biləcəyimi götür-qoy edirəm. Hələ həyatımda elə bir gün xatırlamıram ki, həmin gün məqsədimə doğru irəliləməmiş olum. Yoxdur belə gün və olmayacaq da. Nə qədər ki, canımda can var məqsədimə doğru yeriyəcəyəm. Və ona çatacağam…

Məqsəd bir niyyətdir və mənim inancıma görə “niyyətin hara, mənzilin ora” deyimi bir gerçəkdir. Öz həyatımda görmüşəm ki, qarşıma bir məqsəd qoyub ona çatmağa çalışanda həmişə istədiyimə nail olmuşam. Bu bir həyat örnəyidir. Sınanmış bir örnək…

İnsann məqsədi bəlli olmadıqca onun yaşamının da bir mənası olmaz məncə. Gərək insan nə üçün yaşadığını bilsin. Nə üçün yaşadığı bəlli olmayan insanın günü gün olmaz. Hər gün, hər saat məqsədə doğru getmədinsə, həyatın nə mənası?…

Mən məqsədi kəsin şəkildə bəlli olan birisiyəm. Məsləhətə ehtiyacı olanlara bu dünyada nə üçün yaşadığını, hansı məqsədə can atdığını müəyyən etməyi məsləhət görərdim. Məqsədsiz yaşamayın…

Oxunma sayı: 20839