Tag Archives: azadlıq bloku

Azər Həsrət: "Mənə partiya rəhbərliyi təklif ediblər, fikirləşirəm…"

Tanınmış jurnalist Lent.az-a sirrini açdı: “Mən yalquzağam…” “Sən haradasan” rubrikasının bu dəfəki qonağı tanınmış jurnalist Azər Həsrətdir. Bir neçə il əvvəl bu ad qaynar olaylarda səslənər, mətbuat səhifələrindən düşməzdi. Biz onu təkcə duzlu-tikanlı yazılarına görə tanımırdıq, mitinqlərdə, mətbuatla bağlı proseslərdə də görürdük. 2005-ci il parlament seçkiləri ərəfəsində isə o, artıq siyasətlə məşğul olacağını bildirdi. “Azadlıq” […]

Share

Seçki 2005: düşüncələrim və qənaətlərim

Azər H.Həsrət. Dərc edilib: 24 saat qəzeti, 08 avqust 2008. (Əvvəli ötən sayımızda) Nə isə. Birlikdə yol getdik. Yolun sonuna gəlmədən pərən-pərən düşdük və hətta sonradan bir-birimizə düşmən kəsildik. Sanki millətin dərdi-səri bitibmiş ki, Əli Kərimli-İsa Qəmbər deyişmələrinə vaxt xərcləməliymişik… Yaddan çıxmadan bəzi adamlara təşəkkür də etmək istərdim. Yuxarıda adları keçən dostlarımla bərabər Bozqurdların öndəri […]

Share

Seçki 2005: düşüncələrim və qənaətlərim

Azər H.Həsrət. Dərc edilib: 24 saat qəzeti, 07 avqust 2008. (Əvvəli ötən sayımızda) Amerikalı xanım haqlı idi. Xaçmazın da daxil olduğu Şimal bölgəsində “Azadlıq” Bloku özünü hiss etdirə bilməmişdi. Ona görə belə olmuşdu ki, blokun namizədləri çox zəif idi. Bakıdan çıxıb Sumqayıtı keçəndən sonra Xızı, Siyəzən, Dəvəçi, Quba, Xaçmaz və Qusar kimi rayonlardakı seçki dairələrində […]

Share

Seçki 2005: düşüncələrim və qənaətlərim

Azər H.Həsrət. Dərc edilib: 24 saat qəzeti, 06 avqust 2008. Əvvəli ötən sayımızda …Xaçmaz şəhərinin içindən keçib ucqar bir kəndə görüşə gedirdik. Xaçmaz şəhər dairəsindən olan namizədimizi dəstəkləmək üçün bütün gücümüzü də işə salmışdıq. Elə şəhərin mərkəzini keçirdik ki, tində duran iki polis nəfərindən biri bizi görüb tez əlini telefonuna atdı və lazım olan yerə […]

Share

Anons. 24 saat qəzeti, 02 avqust 2008

Üç illik fasilədən sonra tanınmış jurnalist Azər Həsrət yenidən qələmə sarıldı! Onu buna vadar edən nə oldu?! Azər Həsrət öz siyasi mövqeyini necə açıqladı? Əsl öndər necə olmalıdır? Onun “Azadlıq” Blokunun dəstəklədiyi deputatlığa müstəqil namizəd kimi düşüncələri nədən ibarətdir? “Azadlıq” Bloku, iddia edildiyi kimi, doğrudanmı 2005-ci il seçkilərində qalib gəlmişdi? YAP-ın qələbəsi necə, legitim sayıla […]

Share

Kişi adam

Ötən il noyabrın 6-da səsvermənin sona çatmaq üzrə olduğu məqamda seçki qərargahımın üzvləri ilə etdiyim bir söhbəti xatırlayıram. Axşama doğru 56 saylı Xaçmaz kənd seçki dairəsinin demək olar bütün məntəqələrindən məlumat toplanmışdı ki, total saxtalaşdırma tətbiq edilir. “Azadlıq” Blokunun vahid namizədi kimi artıq noyabrın 6-dək bilirdim ki, ən azı 80% səslə YAP-ın namizədini darmadağın edəcəm. […]

Share